02 İyul 2024 09:05
3742
Oxucu məktubları
A- A+
Hərəkət təhlükəsizliyi təmin edilməlidir

Hərəkət təhlükəsizliyi təmin edilməlidir

 

Son illərin Xızısı tamam dəyişib. Rayona gəlib-gedənlərin də sayı artıb. Havasının təmizliyi, buz bulaqları, istirahət mərkəzlərinin münasib qiyməti respublikanın hər yerindən buraya turist axınına səbəb olub, istirahət günləri insanların çoxluğu ilə  müşahidə edilir. 
Mən uzun illərdir ki, istirahət üçün Xızını seçirəm. Bakı-Rostov magistral yolundan ayrılıb rayona doğru hərəkət etdikcə sanki başqa bir aləmlə üzləşirsən. Qırmızı, qəhvəyi dağ ərazisi, Altıağac qoruğu insanı valeh edir. Buralarda gün ərzində havanın temperaturu tez-tez dəyişir. Bir də görürsən ki, bulud hər tərəfi bürüdü və yağış yağdı. 
Respublikanın müxtəlif bölgələrindən bura təşrif buyuran turistlərin çoxu şəxsi maşını ilə gəlir. Xızının Heydər Əliyev küçəsindən Altıağac qoruğu istiqamətində yol yuxarıdan aşağıya enişlə başlayır. Bəzən aşağıdan yuxarı istiqamətdə hərəkət edən sürücülər əsas yola çıxışda çətinlik çəkirlər. O cümlədən aşağıya doğru hərəkət edən avtomobil anidən əks yolla irəliləyən maşınla üzləşir. Həmin yolayrıcında yerdə xətlərlə qeyd edilmiş hərəkət dairəsi var. İlk dəfə bura gələn adam yerdə dairəni görməsə, bu, ağır nəticə ilə bitən qəzaya səbəb olur. Əgər həmin ərazidə xüsusi daşlarla yolayrıcı inşa edilərsə, bu, həm hərəkət təhlükəsizliyinə gətirib çıxarar, həm də rayon mərkəzinə  gözəllik gətirər. Eyni zamanda həmin yol qovşağı hər yerdə məsafə göstəricisinə çevriləcəkdir. 

Məhərrəm ƏKBƏROV,
Xızı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkədə paylaşım edib

00:16
15 İyun

Regionda baş verən son hadisələrlə bağlı Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib  

23:14
14 İyun

Xəzər sahilində “Viva La Vida Longevity Camp 2025” beynəlxalq konqresinin açılışı olub

21:37
14 İyun

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

21:29
14 İyun

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:26
14 İyun

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

19:24
14 İyun

Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb

18:59
14 İyun

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

18:47
14 İyun

Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib

18:29
14 İyun

XİN: Azərbaycan ərazisindən hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə qarşı istifadə edilməsi mümkün deyil

18:23
14 İyun

Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarı ilə bölgədə yaranmış vəziyyəti müzakirə edib

18:09
14 İyun

Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib

18:01
14 İyun

İtaliyanın Baş naziri dünya liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

17:43
14 İyun

Bu gün Bakının 550 küçəsi yuyulub

17:37
14 İyun

DGK: 207 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

17:28
14 İyun

Son beş il ərzində Türkiyə ilə D-8 ölkələri arasında ticarət dövriyyəsi 126,6 milyard dollar təşkil edib

16:57
14 İyun

Papa Leo Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlığını ifadə edib

16:45
14 İyun

2000 illik nəhəng ölçülü çəkmə  

16:00
14 İyun

İtaliyada dünyanın ən böyük asma körpüsü inşa ediləcək

15:59
14 İyun

AZAL bir sıra aviareysləri ləğv edib

15:54
14 İyun

Xankəndidə 37 il əvvəlin məzunları yarımçıq qalan “Son zəng”i qeyd ediblər  

15:47
14 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!