Hərbi Qənimətlər Parkının açılışı Ermənistanda zəlzələ effekti verdi: “İlham Əliyev Paşinyan və Sarkisyanın şərəfini, erməni generallarının paqonlarını tapdaladı”
Bakıda açılan Hərbi Qənimətlər Parkı Ermənistanda əsl faciə kimi qarşılanıb, zəlzələ effekti verib. Bunu mətbuatda dərc olunan materiallardan, sosial şəbəkələrdə edilən paylaşımlardan görmək olur.
“İlham Əliyev müharibədə öldürülən erməni hərbçilərin dəbilqələrinin yanından qalib kimi keçir”
“İravnuk” qəzeti Azərbaycan Prezidentinin müharibədə məhv edilən erməni hərbçilərin dəbilqələrinin yanından qürurla keçməsinə diqqət çəkib: “Bakıda açılan Hərbi Qənimətlər Parkında İlham Əliyev müharibədə öldürülən erməni hərbçilərin dəbilqələrinin yanından keçir. Bu cür alçaldıcı vəziyyətlə barışa bilmirik”.
Erməni politoloq Stepan Qriqoryan da baş verənlərdən narazı qalanlar sırasındadır: “Qarabağ münaqişəsi mövcud olduğu dövrdə Ermənistanın regional layihələrin icrasında iştirakını əngəlləyən əsas amil oldu. Həmçinin bu münaqişə ölkənin hələ də qismən izolyasiya vəziyyətində yaşamağa davam etməsinin başlıca təkanverici mənbəyidir. Deməli, Qarabağ məsələsinin mövcudluğu Ermənistana çoxsaylı zərər vurur. Bunların fonunda daha bir ağrılı məsələ Bakıda Hərbi Qənimətlər Parkının açılışıdır. Azərbaycan bununla bizim texnikaları döyüşlərdə necə məhv etdiyini bütün dünyaya bir daha göstərir və bu, illərlə nümayiş olunacaq. Belə vəziyyət hər bir ermənini mənən, ruhən sındırır. Çox ağrılı haldır”.
Ermənistan hakimiyyətinə vurulmuş tərs sillə
Baş verənlər sosial şəbəkələrin ermənidilli seqmentində də geniş müzakirə edilir. “Facebook” istifadəçisi Ruben Ovanisyan qeyd edir ki, İkinci Qarabağ müharibəsi Ermənistan və onun ordusunun acı məğlubiyyəti ilə nəticələndi, Azərbaycan uzun illər çəkən bu siyasi-hərbi mübarizədən qalib çıxdı: “Bakı uğurlu əməliyyatları ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. İndi də bunu Hərbi Qənimətlər Parkını yaratmaqla bütün dünyaya göstərir. Bəs erməni tərəfinin, ölkə hakimiyyətinin buna hansısa cavabı varmı? Təəssüf ki, yox”.
Profilinə nəzər yetirdikdə araşdırmaçı jurnalist olduğu qeyd edilən Alina Osipyan adlı “Instagram” istifadəçisi isə belə qeyd edir: “Ermənistan üçün kədərli, üzüntülü gündür. Ölkənin keçmiş müdafiə naziri Davit Tonoyan Nyu Yorkdakı erməni icması ilə görüşündə bildirirdi ki, Qarabağ məsələsində “sülh üçün ərazilər” yanaşması tətbiq olunmayacaq. O, yeni ərazilər üçün yeni müharibədən bəhs edirdi. Bəs nə oldu? 44 gündə Ermənistan ordusu azərbaycanlılar tərəfindən dağıdıldı. Bunun nümayişi üçün azərbaycanlılar Bakıda Hərbi Qənimətlər Parkı açıblar. İlham Əliyevin o parkın açılışında dedikləri bir daha Ermənistan hakimiyyətinə vurulmuş tərs sillədir”.
“Bakının mərkəzindəki park Ermənistanın əzilməsi deməkdir”
Melik Qasparyan adlı “Facebook” istifadəçisi İlham Əliyevin Hərbi Qənimətlər Parkının açılışında hərbçilərlə görüşü zamanı səsləndirdiyi fikirlərin yer aldığı xəbərə münasibət bildirib. Profilinə baxdıqda mühəndis olduğu nəzərə çarpan istifadəçi rəyində yazır: “Həmin kadrları izləməkdənsə ölüb yerə girsəm daha yaxşı idi. Məhv edilmiş hərbi texnikalarımız, ölmüş hərbçilərin boş qalan dəbilqələri... Paşinyan isə hələ də Azərbaycana tutarlı cavab verə bilmir və yəqin ki, verə də bilməyəcək. Paşinyan İlham Əliyevə bu dəfə daha böyük hesabla uduzdu”.
Karine Melikomyan adlı “Odnoklassniki” istifadəçisi də səhifəsində maraqlı paylaşım edib. İlham Əliyevin “Qarabağ Azərbaycandır!” lövhəsinin qarşısındakı şəklini paylaşaraq yazır ki, məğlubiyyət həqiqətən insana acı verir: “Ermənistanı İlham Əliyev qarşısında niyə məğlub duruma salırsınız? Bakının mərkəzində salınan park faktiki olaraq Ermənistanın əzilməsi deməkdir. Amma biz buna cavab verə bilmirik. Paşinyan hökuməti bunlara qarşı hansısa əks həmlə edə bilmir”.
“Əliyev Paşinyanı, Sarkisyanı və Koçaryanı yenə rüsvay etdi”
“Instagram” sosial şəbəkəsində Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı xəbərə münasibət bildirən, profilinə baxdıqda idmançı olduğu nəzərə çarpan Mamvel Minosyan yazır ki, kaş o xəbəri görməz olaydı: “Dostlar, bir-birimizi aldatmayaq. Yalan danışmayaq. Əlim gəlmir yazmağa, amma həqiqət bir idi. Əliyev Paşinyanı, Sarkisyanı və Koçaryanı yenə dünya qarşısında rüsvay etdi. Erməni generallarının maketləri, həlak olan hərbçilərimizin dəbilqələrinin nümayişi millət olaraq bizi sındırdı. İdmançı kimi bundan sonra yarışlarda hansı üzlə iştirak edəcəyəm?”
Arut Xaçatryan adlı istifadəçi “Twitter”də belə bir paylaşım edib: “Biz hələ də anlaya bilmirik ki, İlham Əliyevin fəaliyyətindən niyə Paşinyan nəticələr çıxara bilmir? Azərbaycan torpaqları geri qaytarır, ələ keçirdiyi qənimətlərdən park yaradır, generallarımızın maketini düzəldib bizi alçaldır, bizdə isə geri dönən yalnız əsgərlərimizin cənazəsidir”.
Civan Qriqoryan adlı sosial şəbəkə istifadəçisi isə “Facebook”da Hərbi Qənimətlər Parkının açılışına maraqlı bir statusla şərh verib: “Dostlar, gəlin gördüklərimizi açıq şəkildə etiraf etməkdən çəkinməyək. Parkda nümayiş etdirilən Ermənistan hərbçilərinin maketləri bir çoxumuzu daha çox məyus etdi. Ora gələn hər bir türk (red. - azərbaycanlı) maketlərin üzünə tüpürüb, burunlarını qopartmaq istəyəcək. İlham Əliyev Paşinyan və Sarkisyanın şərəfini, erməni generallarının paqonlarını tapdaladı. Məğlub olmağımızın hesabını Paşinyan verməlidir. Sosial şəbəkə hesabımı bir müddət dondururam”.
“Utandığımdan az qaldı yerə girəm”
Artur Vardasyan adlı müharibə iştirakçısı da “Twitter”də çox maraqlı bir statusu ilə diqqət çəkib: “Diplomatik sferada, müharibədə İlham Əliyevə uduzursan, heç nə demirik. Lakin Azərbaycanın yaratdığı parkda nümayiş etdirilən texnikalarımız, hərbçilərimizin dəbilqələri bir müharibə veteranı olaraq bizləri ciddi narahat edir, Nikol. Uşaqlarımıza nə cavab verəcəyik?”
Arutyun Dallakyan adlı istifadəçi də İlham Əliyevin Hərbi Qənimətlər Parkındakı çıxışını “Instagram” sosial şəbəkəsində çox məyusluqla qiymətləndirib: “Ermənistan adına tarixin ən bərbad günlərindən birini yaşadıq. Aprelin 12-də İlham Əliyevin hərbi qənimət kimi ələ keçirilən texnikalarımıza baxış keçirərkən maketdən düzəldilən erməni generallarını görüb utandığımdan az qaldı yerə girəm”.
Nikol Paşinyanın “Facebook”da paylaşımına Arman Baqdasaryanın rəyi çoxlu bəyənmə toplayıb: “Baş nazir, işiniz-gücünüz sosial şəbəkələrdə paylaşımlar etməkdir. İlham Əliyev səni alçaldaraq ələ keçirdiyi qənimətlərdən park yaradır, sən isə boş vədlərlə xalqı aldadırsan. Vaxtında sizə çox dedik bizə müharibə lazım deyil, uşaqlarımızı çöldən tapmamışıq. Nəticə isə budur: ölmüş uşaqlarımızın dəbilqələri Bakıda nümayiş etdirilir”.
Ermənistanda aparılan bu müzakirələr bir daha təsdiq edir ki, Hərbi Qənimətlər Parkı Azərbaycanın Qələbəsinin, düşmənin isə məğlubiyyətinin nümayişidir. Ermənilərin, onların havadarlarının uzun illər ərzində qurduqları işğalçılıq strategiyasının iflasının ən real təsdiqi hesab edilən bu park Azərbaycan xalqının qalibiyyətinin rəmzlərindən biri olaraq tarixdə öz yerini tutacaq. Bu park Azərbaycanın gücünün, qüdrətinin göstəricisi və Ermənistanın məğlubiyyətinin bütün dünyaya nümayiş etdirildiyi əsas məkanlardan biri kimi məşhurlaşacaq.
Elçin CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
Təhlükəsizlik təmin olunacaqmı?
04 May
Ölkəmizdə ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
04 May
Gənc rəssamın rənglər dünyası
04 May
Ən çox alqışlanan "balaca əsgər"
04 May
"Su axar, çuxurunu tapar"
04 May
BP-dən Azərbaycanda kibertəhlükəsizlik üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!