24 İyul 2026 09:05
342
İQTİSADİYYAT
A- A+
Hər şəhərin öz rəmzi...

Hər şəhərin öz rəmzi...


Bəzən dünyanın ayrı-ayrı guşələrində yerləşən iki şəhərin bir-birinə bənzədiyini söyləyirlər. Lakin hər bir müqayisə kimi hər bir bənzətmə də nisbidir və bu, şəhərlərə də aiddir. İki şəhərin oxşar bir, yaxud bir neçə cəhəti ola bilər, amma onların bir-birinin eyni olması mümkün deyil. Ümumiyyətlə, bu, aksiomdur. Məsələn, inanmaq olarmı ki, əsrlərdir böyüyən, bu gün artıq meqapolisə çevrilən, lakin daim bir körpə kimi ana Xəzərin qoynuna söykənən gözəl Bakımızın haradasa "əkiz tayı" var?!

Eləcə də hər şəhər öz rəmzi (simvolu) ilə "möhürlənir". Şəhər simvolları dedikdə hər bir şəhəri tanıdan, onu digərlərindən fərqləndirən tarixi, mədəni və memarlıq abidələri, obyektləri nəzərdə tutulur. Bunun tərifini belə də verirlər: "Simvol müəyyən bir şəhərin tarixini, mədəniyyətini, coğrafi xüsusiyyətlərini və ya sosial-iqtisadi inkişafını əks etdirən maddi və qeyri-maddi dəyərlər toplusudur. Bu simvollar şəhəri dünyada və ya ölkə daxilində tanıdan əsas vizual və tarixi əlamətlərdir".

Belə ki, Nyu York deyəndə Azadlıq heykəli yada düşür. Parisin adı Eyfel qülləsi ilə qoşa çəkilir. Roma antik amfiteatrı Kolizeylə, London isə məşhur zəngli saat qülləsi Biq Benlə yaddaşlarda qalır. Brandenburq qapıları Berlinin vizit kartıdır. Moskva Kremllə xatırlanır…

Gəlin ölkəmizə qayıdaq. Paytaxtımızın rəmzləri Qız qalası və Alov Qüllələridir. Xalqımızın qədim keçmişindən - tarixindən, memarlığından, milli-mənəvi dəyərlərindən min dastan danışan Qız qalası. Yaxınlığında yüz göydələn ucalsa da, onun əzəməti azalmır və bu gün dünyanın ən mötəbər, ən qlobal tədbirlərinə evsahibiliyi edən şəhərimizin minlərlə qonağını, eləcə də milyonlarla sadə turisti heyrətləndirməkdə davam edir. 

"Alov Qüllələri" isə Bakının Azərbaycan müstəqillik qazandıqdan sonra yaranan simvollarındandır. Bu, nadir mühəndislik işi və arxitektura nümunəsidir. Adı ölkəmizin qədim Odlar Yurdu olmasından qaynaqlanıb. "Alov Qüllələri" 2013-cü ildə "Ən yaxşı hotel və turizm mərkəzi" mükafatına layiq görülüb.

Qədim Naxçıvanımızın simvolu isə Möminə Xatun türbəsidir. Bu, əsrlər keçsə də, öz möhtəşəmliyi və bənzərsizliyi ilə günümüzədək gəlib çatan, həm milli kimliyin simvoluna, həm də ümumbəşəri irsin bir hissəsinə çevrilən abidədir.

Möminə Xatun türbəsi XII əsrin sonlarında - 1186-cı ildə tikilib. Türbənin memarı və qurucusu kimi məşhur azərbaycanlı memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tanınır. Möminə Xatun türbəsi Atabəylər dövlətinin (Eldəgizlər sülaləsi) nüfuzlu xanımı, Atabəy Şəmsəddin Eldəgizin həyat yoldaşı və Cahan Pəhləvanın anası Möminə xatunun şərəfinə ucaldılıb.

Türbə, eyni zamanda Atabəylər dövlətinin gücünü, o dövrün siyasi və mədəni inkişafını simvolizə edir. Bu abidə minlərlə turist, alim, memar və tədqiqatçının diqqət mərkəzindədir. Burada hər il beynəlxalq simpoziumlar, konfranslar, ekskursiyalar keçirilir. Bakıdan sonra ikinci böyük şəhərimiz olan Gəncənin rəsmi rəmzi və simvolu 2004-cü ildə bərpa edilmiş gerbidir. Bu gerb Gəncə xanlığının son hökmdarı Cavad xanın hakimiyyəti dövrünə aid qədim bayrağın elementlərinə əsaslanır və Ziyadoğlular nəslinin rəmzlərini əks etdirir. 

Gerbin elementləri hansı mənaları verir? Buradakı günəş əbədi həyatı bildirir. Ay əbədi işıq, paklıq və təmizlik rəmzidir. Səkkizguşəli ulduz cənnətin səkkiz qapısına işarədir, Gəncənin cənnətməkan olmasını göstərir. Palıd yarpağı möhtəşəmlik, uzun ömür və müdriklik mənasını verir. 

Mədəniyyət paytaxtımız, gözəllər gözəli Şuşamızın rəmzi isə Xarıbülbüldür. Elmi adı Qafqaz Qaş Səhləbidir. Bu, Qarabağda, xüsusilə Şuşada təbii halda bitən endemik və nəsli kəsilmək təhlükəsində olduğu üçün "Qırmızı kitab"a daxil edilmiş nadir çiçəkdir. Onun haqqında çoxlu rəvayətlər gəzir. Hər il Şuşada ən-ənəvi olaraq xarıbülbülün çiçəklənmə dövründə möhtəşəm "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı təşkil olunur.

44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsini əbədiləşdirmək məqsədilə xarıbülbül həm də Azərbaycanın qələbə və zəfər simvoluna çevrilmişdir.

Şuşanın ən məşhur tarixi məkanı isə Cıdır düzüdür. Bura əsrlər boyu Qarabağ atlarının çapıldığı, xalq oyunlarının və festivalların keçirildiyi əsas mərkəz olub.

1757-ci ildə Pənahəli xan tərəfindən tikilən Şuşa qalası şəhərin tarixi toxunulmazlıq və əzəmət rəmzidir. Qala divarları şəhərin təməlinin qoyulmasını təmsil edir.

Şəhərin bir rəmzi də Qarabağ atlarıdır. Bu, Şuşanın təbiətinin zərifliyi və dözümlülüyünü simvolizə edən, dünyanın ən qədim at cinslərindən biridir. 

Xəzərin qoynunda boy atan, yaşlaşdıqca cavanlaşan Sumqayıtın əsas rəmzlərindən sayılan "Sülh göyərçini" abidəsi 1978-ci ildə şəhərin dənizkənarı parkında ucaldılıb. Məlumdur ki, sovet dönəmindən məhz sənaye şəhəri kimi formalaşan Sumqayıtda müxtəlif millətlərin nümayəndələri yaşayıblar. Bu abidə də onların dostluq şəhərində birgə əməyini və mehribanlığını tərənnüm etmək üçün yaradılıb. Abidənin dünyada analoqu yoxdur. 2008-ci və 2013-cü illərdə abidə rekonstruksiya edilib.

Sumqayıtın girişindəki spiralvari "Qağayı" abidəsi də şəhərin əsas simvollarından biri sayılır. Bəzən onu da "Göyərçin" abidəsi adlandırırlar. Bakı-Quba yolunun üstündə yerləşən həmin memarlıq nümunəsi 1964-cü ildən bəri buradan ötüb keçənlərə Sumqayıt kimi gözəl bir şəhərimizi nişan verir. 

İndi isə üz tutaq cənub mirvarisi Lənkərana. Lənkəranın əsas və ən tanınan rəmzləri şəhərin girişində yerləşən nəhəng Samovar abidəsi və qədim Dairəvi qala hesab olunur. Samovar bölgənin qonaqpərvərliyini, çay mədəniyyətini və burada çayçılığın inkişafını əks etdirir.

Dairəvi qala Lənkəran qalasının qalıqlarından biri olan və şəhərin qədim tarixi keçmişini simvolizə edən memarlıq abidəsidir.

Yerli əhali və qonaqlar Xanbulan gölünü Lənkəranın təbii simvolu kimi qiymətləndirir.

Bu siyahını uzatmaq da olar. Lakin bu, o demək deyil ki, bütün şəhərlərin simvolları formalaşıb. Hərçənd tarixlərin yaşıdı, bənzərsiz gözəllikləri, qonaqpərvərliyi ilə dillərə dastan olan yurdumuzun hər bir bölgəsini, hətta kədini də tanıdan neçə-neçə əlamət var. Alimlərin və mütəxəssislərin də fikirlərinə şərik çıxaraq düşünürük ki, bütün şəhərlərimizin simvollarının formalaşması məqsədəuygundur. Çünki bu, dünyada olan bir təcrübədir və özümüzün də bir sıra şəhərlərimizin rəmzləri əhali və qonaqlarımız tərəfindən maraqla qarşılanır. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kamran Əliyev: Bu ilin birinci yarımilində ölkə üzrə 7893 cinayət işinin istintaqı tamamlanıb

17:01
24 İyul

Milli Məclis ABŞ konqresmenlərini erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməyə çağırıb

16:56
24 İyul

Tunisdə Azərbaycanda pensiya təminatı və sosial sığorta sahəsində həyata keçirilən islahatlardan danışılıb

16:51
24 İyul

Banqladeş Prezidenti istefa verib

16:49
24 İyul

Bu ilin birinci yarımilində ölkə ərazisində qeydə alınan 15 min 420 cinayətin 90,7 faizinin açılması təmin edilib

16:42
24 İyul

Azərbaycan–Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi

15:21
24 İyul

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olub  

15:20
24 İyul

Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq imkanları dəyərləndirilib  

15:19
24 İyul

Pan Afrika Parlamenti ilə əməkdaşlıq genişləndirilir: CAR-da mühüm görüş  

15:16
24 İyul

Xocalı və Ağdərəyə daha 53 ailə qayıdıb

15:13
24 İyul

Nazir Anar Əliyev Zəngilanda vətəndaşların müraciətlərini dinləyib  

15:11
24 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:06
24 İyul

Rusiyanın Kirov vilayətinə raket hücumunda 6 nəfər ölüb

14:56
24 İyul

     Samuxda kənd təsərrüfatının inkişafı yolları müzakirə olunub  

14:17
24 İyul

Azərbaycan Dəmir Yolları: Bakı-Tbilisi-Bakı qatarlarında sərnişin tutumu 120 faizədək artırılıb

14:09
24 İyul

Kiyev raketlərlə vurulub, dağıntılar var

13:25
24 İyul

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

13:11
24 İyul

Sabahın hava proqnozu: Günəşli hava, yüksək temperatur

12:28
24 İyul

Gülşad Məmmədova: Temperaturun 40-41 dərəcəyədək yüksəlməsinə səbəb ölkəmizə isti hava kütlələrinin daxil olmasıdır

11:59
24 İyul

İşəgötürənlər ilin isti dövründə hansı tələblərə əməl etməlidirlər?

11:43
24 İyul

Neft qiymətlərini bahalaşdıran amillər artır

11:29
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!