04 Iyul 2022 17:07
452
CƏMİYYƏT
A- A+

Hazırda Zaqatala rayonunun ərazisindən axan bir neçə çaydan sel keçir

İyulun 4-ü saat 14:00-a olan məlumata əsasən hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli, intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, gecə saatlarında başlayan yağış nəticəsində iyulun 4-ü saat 04:00-05:00 radələrində Zaqatala rayonu ərazisindən axan Qaraçaydan (Böyükçay), Talaçaydan, Qımırdan, Qımırbazar kəndindən sel keçib və hazırda proses davam edir.

Düşən yağışın miqdarı Balakəndə 83 (aylıq normanın 108 faizi), Zaqatalada 80 (aylıq normanın 104 faizi), Sarıbaşda (Qax) 22, Kişçayda (Şəki) 16, Astarada 14, Qəbələdə 10, İsmayıllıda 9, Xınalıqda 8, Altıağac, Xaltanda 7, Qrızda 5, Bərdədə 4, Şahdağ, Qobustanda 3, Ləzə (Qusar), Oğuzda 2, Ağdamda 1 millimetr olub.

Şahdağda qar yağıb, qar örtüyünün hündürlüyü 1 santimetr təşkil edib.

Qərb küləyi əsib, arabir Naftalanda 20, Bakıda və Abşeron yarımadasında 15-17 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyanın məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Havanın maksimal temperaturu iyulun 3-də Bakıda iqlim normasından 1° aşağı olub. Belə ki, Bakıda və Abşeron yarımadasında 25-27°, Naxçıvan Muxtar Respublikasında 27-33° isti, dağlıq rayonlarda 17-21°, Aran rayonlarında 26-33° isti olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video