20 Aprel 2025 08:35
660
İQTİSADİYYAT
A- A+
Hacıqabul Sənaye Parkında günəş-elektrik stansiyası qurulacaq

Hacıqabul Sənaye Parkında günəş-elektrik stansiyası qurulacaq


Qeyri-neft-qaz sektorunda nəzərə çarpan müsbət dinamikanın həm də ölkəmizdə uğurlu sənayeləşmə siyasəti sayəsində mümkün olması şübhəsizdir.  Sənaye zonalarının yaradılması, həmin zonalarda yeni sənaye sahələrinin fəaliyyətə başlaması və bu işə daha çox özəl sektor nümayəndələrinin, iş adamlarının cəlb olunması dövlətin bu siyasətinin göstəricisidir. 

Əsas məqsədi innovativ və yüksək texnologiyalar əsasında daha çox rəqabətqabiliyyətli sənaye məhsulları istehsal etmək, xidmətlərin göstərilməsi üçün münbit şərait yaratmaq və sahibkarlığı dəstəkləmək, üstəlik də əməkqabiliyyətli əhalinin istehsal sahələrində məşğulluğunu artırmaq olan sənaye zonaları dünyada da uğurla tətbiq olunur. Öz sənayesini inkişaf etdirməyin tərəfdarı olan hər bir ölkə bu təcrübədən yararlanır. 

Ölkəmizdəki sənaye zonalarının üç əsas sahibkarlıq modeli var: dövlət sənaye parkı və onu idarə edən orqan, özəl sektorun mülkiyyətində və idarəetməsində olan sənaye parkı, dövlətlə özəl sektor arasında dövlət-özəl tərəfdaşlıqları və müştərək müəssisələr. Sənaye parklarının coğrafi baxımdan doğru seçilməsi, nəqliyyat-kommunikasiya çıxışlarına yaxın olması kimi məsələlər də önəmlidir. Təcrübə göstərir ki, sənaye zonası mükəmməl rabitə və nəqliyyat infrastrukturuna, elektrik enerjisinə giriş imkanlarına və işçi qüvvələri ehtiyatı olan ərazilərdə yerləşməklə keyfiyyətli və hərtərəfli infrastruktur imkanlarına malik olmalıdır. Çünki bu amillər investisiya cəlbediciliyini artırır, layihələrin inkişafına təkan verir, eləcə də kiçik və orta biznes müəssisələrinin gəlir əldə etməsi imkanlarını asanlaşdırır.

Hacıqabul Sənaye Parkı məhz bu parametrlər əsasında fəaliyyət göstərir. Park Hacıqabul Sənaye Məhəlləsinin əsasında 2024-cü ilin iyununda dövlət başçısının sərəncamı ilə yaradılıb. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Parkında investisiya həcmi 183 milyon manatdan çox olan 12 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilmişdir. 

İZİA-nın məlumatına görə, sahibkarlar tərəfindən sənaye parkına indiyəcən 59 milyon manatdan çox investisiya yatırılıb, 360-dan artıq daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə parka əlavə 124 milyon manatdan çox sərmayənin qoyulması, 1400-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək sənaye parkında 280 milyon manatlıq məhsul istehsal edilib ki, onun da 4 milyon manatlığı ixrac olunub. 

Azərbaycanın bütün sənaye zonalarının özəllikləri var. Bu baxımdan Hacıqabul Sənaye Parkı əsasən avtomobil sənayesi, tikinti materialları və qablaşdırma məhsullarının istehsalı üzrə ixtisaslaşıb. Amma Hacıqabul Sənaye Parkının reziidentləri arasında logistika xidmətləri və sənaye tullantılarının utilizasiyası üzrə ixtisaslaşmış "Eco Logistics" şirkəti istisnadır. Onun fəaliyyəti mövcud şəraitdə iqlim dəyişmələri ilə mübarizədə və ətraf mühitin mühafizəsi sahəsində çox önəmlidir. 

Bu gün sənaye parkında irimiqyaslı layihələrin həyata keçirilməsi, sərmayələrin cəlb olunması və innovativ texnologiyaların tətbiqi davam edir, yeni şirkətlərə rezidentlik statusu verilir. Cari ilin əvvəlindən parkda iki yeni şirkət rezidentlik statusu alıb. "Bərəkət-İ" MMC tikinti və avtomobil sənayesində istifadə ediləcək izolyasiya məhsulları istehsal edəcək. Cənubi Koreyanın qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 4,1 milyon kubmetr izolyasiya məhsulu istehsal olunacaq. İnvestisiya dəyəri 3,5 milyon manatdan çox olan layihə çərçivəsində 13 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. 2026-cı ildə fəaliyyətə başlayacaq müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır. 

Sayca 12-ci rezident olan "Agas Group" MMC isə sənaye parkının ərazisində 2,5 MVt-lıq günəş-elektrik stansiyasını (GES) qurmağı planlaşdırır. Layihənin həyata keçirilməsi ilə sənaye parkının enerji təminatının bir hissəsi alternativ və bərpaolunan enerji mənbələrinin hesabına ödəniləcək. İnvestisiya dəyəri 1,4 milyon manat olan layihə çərçivəsində 5 nəfər daimi işlə təmin olunacaq.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İraq, BƏƏ, Qazaxıstan və Oman neft hasilatı planlarını OPEC-ə təqdim ediblər  

16:56
04 Mart

İran raketinə atılan hava hücumundan müdafiə mərmisinin qalıqları Türkiyənin cənubuna düşüb  

16:26
04 Mart

Maliyyə Monitorinqi Xidməti: Azərbaycan beynəlxalq maliyyə sistemində etibarlı tərəfdaş statusunu möhkəmləndirir  

16:25
04 Mart

BAEA: İranda radioaktiv şüalanma riski aşkar edilməyib

16:23
04 Mart

İqtisadiyyat Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş: Mentorluq proqramı nələri vəd edir?  

16:22
04 Mart

Proqnozlar Bürosu növbəti 2 günə gözlənilən hava şəraitini açıqlayıb

15:56
04 Mart

Qlobal bazarları neft şoku qorxusu bürüyüb

15:54
04 Mart

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

15:53
04 Mart

ABŞ Prezidenti İspaniyaya qəzəblənib

15:52
04 Mart

Baş prokuror Kürdəmir rayonunda vətəndaşların müraciətlərini dinləyib  

15:51
04 Mart

İrandakı 253 Rusiya vətəndaşı Azərbaycan vasitəsilə təxliyə edilib

15:50
04 Mart

Sabunçuda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

15:49
04 Mart

İrandan daha 35 çinli təxliyə olundu 

15:48
04 Mart

Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsinin artırılması hədəflənir

15:32
04 Mart

 “Starlink”dən uğurlu həllər

15:24
04 Mart

Təxliyə olunan azərbaycanlı: Sərhəddən keçidə icazə verildiyini televiziyadan öyrəndik

15:08
04 Mart

Türkiyə enerji səmərəliliyinə 20 milyard dollara qədər investisiya qoyacaq

14:42
04 Mart

İrandan təxliyə olunan çinli: Azərbaycan hökumətinə çox minnətdarıq

14:39
04 Mart

Ermənistanın Baş naziri: Azərbaycanla sülh regiondakı mühiti yaxşılaşdırır

14:30
04 Mart

“OpenAI” şirkəti NATO ilə yeni müqavilə bağlamaq niyyətindədir

14:27
04 Mart

Kənan Kərimzadə: Yaxın zamanda ictimai nəqliyyatda endirimlər tələbələrə də şamil olunacaq 

14:10
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!