28 Fevral 2025 09:00
7636
Oxucu məktubları
A- A+
Göyçayda dərzi Nahidi tanımayan yoxdur

Göyçayda dərzi Nahidi tanımayan yoxdur


Hələ uşaqlıq çağlarından böyüklər məsləhət görərdi ki, bir peşənin ardınca gedin, yaxşı sənətkar çörəksiz qalmır. Bu yolu seçənlər bəzən elə məktəb illərindən seçdiyi peşənin sirlərini öyrənməyə başlayardı. Təhsilini bitirəndə artıq o, çox şeyi qavramış olardı.

Belə sadə peşələrdən biri də dərzilikdir. Sovetlər dönəmində dərzi sənətinin  ustalarını adla axtarardılar. Hər rayonda üç-dörd yaxşı dərzi olardı. Göyçayda da adı hörmətlə yad edilən dərzilər olub. Heyf ki, hazırda bu peşəni davam etdirənlər çox azdır. 

Sənətini sevən, onu yaşadanlardan biri də Nahid Burcalıyevdir. Onu uşaqlıq illərindən tanıyıram. Hələ o zamanlarda paltarımız cırılanda Nahid evlərindən iynə-sap gətirər, bizi böyüklərin danlağından qurtarardı. Orta məktəbi bitirəndə hamımız elə bilirdik ki, o ali məktəbə gedərək təhsilini davam etdirəcək. Çünki Nahid 7 saylı tam orta məktəbin əlaçılarından idi. Amma o, sevdiyi peşənin ardınca getdi.

Artıq 45 ildir ki, Nahid dərzilik sənətində çalışır. Rayon sakinlərinin bir çoxu kostyumu məhz ona tikdirir. Çünki onun tikdiyi paltar fabrik malından seçilmir. Rayondakı dərzilərin çoxunun yanına getsən, müştəri yoxluğundan şikayət edər. Nahidin isə illər ərzində şikayətləndiyini görməzsən. Həmişə deyir ki, hamı mühəndis, müəllim olmaz.  Yaxşı dərzinin çörəyi iynə və qayçısının ucunda olar.

Bu gün Göyçayda öz peşəsini sevən insanlardan biri olan Nahid həm də xeyriyyəçidir. Şəhid ailələrinə və  qazilərə gördüyü işin əvəzini almır. Vətənini sevən hər kəs onun dostudur. Nahidin Göyçayın kəndlərindən və  ətraf  rayonlardan da onlarla müştərisi var. Səmimiyyətinə, humanistliyinə və hər kəsə  eyni qaydada bəslədiyi hörmətə görə hamı onu çox istəyir. Rayonda "dərzi Nahid" kimi tanınan bu insan necə deyərlər, öz peşəsini ucaldanlardandır. Sənətin isə böyüyü-kiçiyi  olmur. 


Rafiq ƏLİYEV,

Göyçay rayon sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Atlantik okeanı ilə bağlı alimlərdən narahatedici xəbərdarlıq

19:41
17 Aprel

 Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB 2

19:24
17 Aprel

Türkiyə külək enerjisində regional mərkəzə çevrilib  

19:23
17 Aprel

Belçika Senatının sədri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb  

19:22
17 Aprel

AİB ilə dövlət-özəl tərəfdaşlığının təşviqi imkanları nəzərdən keçirilib  

19:21
17 Aprel

Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”la oyunda vacib qələbə qazanıb

19:20
17 Aprel

Nazirlik: Bu il peşə və kvalifikasiya standartlarının 1800-ə çatdırılması nəzərdə tutulub  

19:19
17 Aprel

Tramp: İran ABŞ-nin köməyi ilə bütün dəniz minalarını təmizləyir

19:19
17 Aprel

Tramp Hörmüz boğazı açılandan sonra ona zəng edən NATO-nu tənqid edib  

19:18
17 Aprel

Sahibə Qafarova: Azərbaycan kiçik ada dövlətlərinin maraqlarının müdafiəsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib  

19:18
17 Aprel

ABŞ Mərkəzi Komandanlığı: Blokada zamanı heç bir gəmi dəniz qüvvələrindən yayınmayıb  

19:17
17 Aprel

Laçında Aqrar Biznes Festivalı - İşğaldan azad edilmiş ərazilərdə aqrar innovasiyalar nümayiş olunub  

19:15
17 Aprel

Bolqarıstanda 5 ildə 8-ci dəfə seçki

19:15
17 Aprel

15 yaşdan kiçik uşaqlar üçün sosial media məhdudiyyəti

19:07
17 Aprel

Roma Papası Kamerunda sülh və ədalət çağırışı etdi

18:53
17 Aprel

Orta dəhliz mövzusunda hazırlanmış ilk fundamental əsər

18:46
17 Aprel

Mütaliəni interaktiv oyuna çevirən tətbiq təqdim edilib  

18:37
17 Aprel

 “YouTube”dan yeni funksiya

18:29
17 Aprel

“Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji interkonnektor layihəsinin inkişafı nəzərdən keçirilib  

18:25
17 Aprel

“Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı Bahar Muradova olub  

18:23
17 Aprel

Azərbaycan və Belarus arasında gimnastika sahəsində əməkdaşlıq inkişaf etdiriləcək

18:22
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!