13 İyul 2024 09:10
1518
Mədəniyyət
A- A+
Görkəmli rəssamın yaradıcılıq dünyası

Görkəmli rəssamın yaradıcılıq dünyası

 

Sənətinə sadiq, xalqımızın milli adət-ənənələrinə bağlı, klassik yaradıcılıq üslubuna həmişə ciddi əməl edən, öz bədii yaradıcılıq dəst-xəti ilə seçilən, təsviri sənətin qrafika sahəsində uğurlu əsərlər yaradan Xalq rəssamı Cəmil Müfidzadənin bu il anadan olmasının 90 illiyidir. 
Cəmil Miryusif oğlu Müfidzadə Naxçıvanın Ordubad rayonunda doğulmuşdu. O, ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1948-1955), Kiyev orta rəssamlıq məktəbində (1955-1956), daha sonra isə Xarkov Dövlət Rəssamlıq İnstitutunda (1956-1962) almışdı. Rəssam qrafika sənətinin özünəməxsus və mürəkkəb sirlərini Xarkovda məşhur qrafiklər V.F.Mironenko və Q.A.Bondarenkodan öyrənmişdir.
C.Müfidzadənin yaradıcılığı dərin bədii-fəlsəfi mahiyyəti, yüksək estetik çalarları və bədii düşündürücülük xüsusiyyətləri ilə seçilir. O, uğurlu pedaqoji fəaliyyətlə də məşğul olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru kimi həm də kafedra müdiri vəzifəsində işləyib. C.Müfidzadə bir çox xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub, fərdi sərgiləri təşkil edilib. Rəssamın davamlı bədii və pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycanın Xalq rəssamı yüksək fəxri adına layiq görülüb, Prezident təqaüdçüsü olub. 
C.Müfidzadə çoxsaylı silsilə qrafik əsərlər yaradıb. Bunlara misal olaraq, "Bakı albomu" (1962-1966), "Buhenvald" (1965- 1967), "İçərişəhər" (1966-2000), "Abşeron nefti" (1967-1975), "Sülhün keşiyində" (1970-1972), "Şimal" (1976-1979), "Bu bir daha təkrar olunmamalıdır" (1980-1990), "Xınalıq" (1980-1990), "Monqolustan torpağında" (1982-1986), "Misir təəssüratları" (2004-2006) və digərlərini qeyd etmək olar. 
Rəssamın diqqəti cəlb edən və demək olar ki, bütöv yaradıcılığı boyu həmişə dönə-dönə müraciət etdiyi mövzu "İçərişəhər" silsiləsidir. C.Müfidzadə bu silsiləyə daxil olan çoxsaylı qrafik əsərlərində sanki "itirilmiş və ya unudulmuş keçmiş"in axtarışı izlərinə düşüb. Onun "Qədim Bakı" (1977), "Məhəllə məscidi" (1978), "Yeni məscid" (1977), "Köhnə məhəllələr" (1990), "İçərişəhər" (1991), "Qədim evlər" (1991), "Xan sarayı" (1992), "Karvansara" (2003) və  başqa rəsmləri sanki "Min bir gecə" nağıllarını xatırladır.
C.Müfidzadənin "Abşeron nefti" silsiləsi yaradıcılığında mühüm yer tutur. Rəssam Abşeron yarımadasında və Xəzər dənizində mövcud olan neft sənayesinə həsr etdiyi əsərlərində əməyin romantikasını, neft sənayesini daha çox bədii təxəyyülün məhsulu kimi, yaradıcı fantaziyasının diktəsi əsasında ərsəyə gətirib. Bu silsiləyə daxil olan əsərlərinə "Abşeron motivi" (1968), "Neft çənləri" (1970), "Neft piramidası" (1970), "Neft eşalonu" (1971), "Dəniz mədəni" (1971), "Neft dənizi" (1971), "Mənim Bakım" (1971), "Neft məbədi" (1972), "Bakı - neft paytaxtıdır" (1974), "Abşeron mənzərəsi" (1975) və sairəni misal göstərmək olar. 
C.Müfidzadə "Xınalıq" silsiləsində bir çox rəssamlarımızın ilham qaynağına çevrilmiş qədim tarixi və milli etnoqrafik xüsusiyyətləri ilə seçilən bu bölgənin özünəməxsus təbii görüntüsünü və əməksevər insanlarının gündəlik həyat şəraitini sənətin xüsusi dili və yaddaqalan təsirli bədii ifadə vasitələri ilə təsvir edib. "Xınalığın görünüşü" (1981), "Kəndin əvvəli" (1982), "İntizar" (1982), "Sudan gələn" (1982), "Üç qardaş" (1985), "Gün batarkən" (1986), "Suya gedən" (1986), "Evin qarşısında" (1990), "Rəfiqələr" (1996), "Xınalığın adi günü" (2000), "Sudan gələn qızlar" (2002), "Yaylağa hazırlıq" (2002) əsərlərində milli ənənələrə bağlılıq özünü qabarıq şəkildə büruzə verir. 
C.Müfidzadə xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olmuş və zəngin müşahidələri nəticəsində maraqlı əsərlər yaratmışdır. Onun bu sırada "Monqolustan torpağında", "Misir təəssüratları" və başqa silsilələrini qeyd etmək olar. 
Bu il həm də rəssamın dünyasını dəyişməsindən beş il ötür. Azərbaycan təsviri sənətinin, o cümlədən də qrafika sənətinin inkişafına özünəməxsus bədii yaradıcılıq töhfələri bəxş etmiş Cəmil Müfidzadənin yaradıcılıq dünyası onu tanıyanların və sənətsevərlərin yaddaşında həmişə yaşayacaq.

Əsəd QULİYEV, 
Rəssamlar İttifaqının üzvü, sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

20:37
11 Mart

Azərbaycanla Latviya arasında qanunvericilik və təcrübə mübadiləsi güclənir  

20:36
11 Mart

Paşinyan: Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında avtomobil yolunu açmağa hazırdır  

20:34
11 Mart

Mədəniyyət naziri: Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm verir  

20:33
11 Mart

Nikol Paşinyan: Ermənistanın TRIPP layihəsini həyata keçirməmək və ya təxirə salmaq üçün heç bir əsası yoxdur  

20:33
11 Mart

Türkiyə Ordusunun Quru Qoşunları komandanı Əlahiddə Ümumqoşun Orduda olub

20:32
11 Mart

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Yaşama Dəstək” Mərkəzində olublar

20:30
11 Mart

36 İndoneziya vətəndaşı İrandan təxliyə olunub 

20:28
11 Mart

Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

18:40
11 Mart

CENTCOM: ABŞ İranda 5,5 mindən çox hədəfə zərbə endirib  

18:31
11 Mart

İran: Bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun  

18:25
11 Mart

Antonio Koşta: Bakı-Naxçıvan dəmir yolu layihəsi Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq  

18:23
11 Mart

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Azərbaycanla Orta Dəhliz çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır  

18:23
11 Mart

Azərbaycan və Serbiya ordularının Baş Qərargah rəisləri arasında telefon danışığı olub  

18:12
11 Mart

Azərbaycanın Baş naziri Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb

18:08
11 Mart

Milli Məclisdə ictimai dinləmə: Kənd təsərrüfatında süni intellektin tətbiqi, nəticələr və perspektivlər 

18:01
11 Mart

Agentlik ölkəyə repatriasiya olunan Azərbaycan vətəndaşlarının sayını açıqlayıb  

17:57
11 Mart

Aİ Şurasının Prezidenti: Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır  

17:53
11 Mart

Antonio Koşta: Enerji tərəfdaşlığımız heç vaxt olmadığı qədər əhəmiyyətlidir

17:50
11 Mart

Antonio Koşta: Azərbaycanın Aİ vətəndaşlarının İrandan təxliyəsində əvəzsiz yardımını yüksək qiymətləndiririk  

17:49
11 Mart

Azərbaycan Çin ilə müasir IT və süni intellekt həllərinin inkişafı istiqamətində əməkdaşlığı dəyərləndirib  

17:48
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!