22 İyun 2025 08:50
770
İQTİSADİYYAT
A- A+
Gerçəkləşən möcüzə - Neft Daşları

Gerçəkləşən möcüzə - Neft Daşları


Neftçilərdən də sərhədçi kimi sayıqlıq tələb olunur


Söhbətimizi gənc neftçi Ağaxan Mehrəliyevlə davam etdiririk. Ağaxan 1998-ci ildə Şamaxı şəhərində anadan olub. 2015-2019-cu  illərdə Azərbaycan Neft Sənaye Universitetinin Neft-qaz mühəndisliyi fakültəsini qırmızı diplomla bitirib. 2019-2021-ci illərdə həmin universitetdə magistr pilləsi üzrə təhsilini davam etdirərək dəniz neft-qaz quyularının qazılması ixtisasına yiyələnib. 2019-cu ildə magistraturada oxuyarkən işə qəbul olunub. 

Ağaxan o günü belə xatırlayır:

- Dördüncü kursda oxuyarkən SOCAR-ın daxili təqaüd proqramının qalibi olduğum üçün iki ay ödənişli təcrübə kursunda iştirak etdim. Xoşbəxtlikdən təcrübəmi Neft Daşlarında keçdim. Sonra imtahan verib 2019-cu ildə "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsində dördüncü dərəcəli qazmaçı köməkçisi kimi işə başladım. Üç il yarım orada qazmaçı köməkçisi kimi fəaliyyət göstərdim. Məqsədim var idi. Gecə-gündüz çalışırdım. Özümdə əminlik hiss etdikdən sonra imtahan verərək müsabiqə yolu ilə 2023-cü ilin fevralında Hasilatın İdarəedilməsi Xidmətində quyuların təmiri üzrə mühəndis kimi fəaliyyətə başladım.

Ağaxan deyir ki, dəniz neftçisi kimi işə çıxmaq onun üçün çox maraqlı idi: "Universitetdə oxuyandan dəniz neft sahəsinə daha çox meyilli idim. Dəniz neftçiləri haqqında düşünərkən Neft Daşları gözümün önündə canlanırdı. Marağımı görüb təcrübədə də məni dənizə göndərmişdilər. Mənə elə gəlirdi ki, həmişə dünyanın diqqətini çəkən bu məkanda işləmək əsl kişilik məktəbindən keçmək deməkdir. Bura həm də vətənin sərhədidir. Biz neftçilərdən də sərhədçi kimi sayıqlıq tələb olunur. İlk dəfə işə çıxanda hər şey mənə çox maraqlı gəlirdi. Neftin necə çıxarılmasını, nəqlini görmək... İndi mən də özümü kifayət qədər təcrübəsi olan neftçi hesab edirəm.

Ağaxan söhbətinə belə davam edir:

- Dünyanın ən bəxtsiz inşaatçıları dəniz mühəndisləridir. Onlar öz əlləri ilə inşa etdikləri tikililərin gözləri qabağında dağılıb məhv olmasını da görürlər. Neft Daşları 1949-cü ildən fəaliyyət göstərir. Müəyyən müddət keçdikdən sonra metal konstruksiyalar erroziyaya uğrayır. Mütəmadi olaraq sıradan çıxan qurğuların yenilənməsi, bərpa olunması tələb olunur. Əsas işimiz 1990-cı illərdə istehsala başlayan quyuların metal konstruksiyalarının bərpası olsa da, sözsüz ki, ehtiyac yarandıqda yeni quyularda da təmir işləri görürük.

Hələ orta məktəb illərindən bilirdim ki, alman faşizmi ilə müharibə zamanı  SSRİ ordusunun yanacaqla təchizatının 80 faizi Azərbaycanın payına düşüb. Qələbənin təmin olunmasında bizim neftçilərin xüsusi rolu olub. Yaşımız elədir ki, ağlımız söz kəsəndən ermənilərin təcavüzü haqqında söhbətlər eşitmişik.Torpaqlarımızn 20 faizdən çoxu işğal altındaydı. Düşünürdüm ki, neft sənayesində işləməklə dövlətimizin iqtisadi gücünə güc qata bilərəm. Əməyimlə dövlətimə fayda verərəm.

2020-ci ildə Vətən müharibəsi zamanı "28 May" Neft və Qazçıxarma İdarəsində çalışırdım. O zaman xalqımızın bütün nümayəndələri bir əsgər kimi səfərbər olmuşdu. Hər an Ali Baş Komandanımızdan qələbə xəbəri gözləyirdik. Biz neftçilər o zaman bəlkə də daha çox həyəcanlı idik. Bunun da özəl səbəbi Prezidentimizin neftçilərə daha doğma olması idi. Ordumuz torpaqlarımızı azad etdikcə çox qürurlanırdıq ki, bu möhtəşəm ordunun qurulmasında, təchizat və təminatında neftçilərin də payı var. Bu gün dövlətimizin iqtisadi gücü, qüdrəti ilə fəxr edirik. Prezident İlham Əliyev elə qüdrətli dövlət qurub ki, dünyanın hər hansı ölkəsi, böyük güclər bizimlə şərtlə danışa bilmirlər, şərtləri bizim Prezidentimiz diktə edir. Sözsüz ki, ölkəmizin qüdrətlənməsində qəhrəman neftçilərimizin də payı var. Böyük neftçi ailəsinin sıravi üzvü kimi, dövlətimlə, vətənimlə, Prezidentimlə qürur duyuram. Xoşbəxtəm ki, neftçi olmuşam. Çox məmnunam ki, Neft Daşlarında işləyirəm.

Ağaxan deyir ki, atası taksi sürücüsü işləyir: "Mən isə savadımla, bacarığımla belə böyük bir kollektivdə bu mərtəbəyə gəlib çıxmışam. Bu, sadə bir şey deyil. Mənim ölkəmdə əməyin demokratikləşməsi görün nə dərəcədədir ki, adi sıravi vətəndaşlar bilik və bacarığı imkan verdiyi qədər inkişaf edir, vəzifədə yüksəlir. Belə bir dövlətin vətəndaşı olmaq bir gənc kimi məni qürurlandırır".

5 saylı neft-qazçıxarma sahəsinin neft və qaz hasilatı üzrə operatoru Vasim Həsənov da taleyini Neft Daşlarına bağlayan gənclərdəndir. O, 1992-ci ildə Astara rayonunda dünyaya gəlib. Valideynləri zəhmətkeş insanlardır. Övladlarını da kiçik yaşlarından əməyə alışdırıb, sevdiriblər.

Vasim Məsçitməhəllə kəndində şəhid Siyavuş Nəsirov adına natamam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra 2008-ci ildə Astara rayan Pedaqoji Kollecində oxuyub. 2012-ci ildə kolleci bitirdikdən sonra əsgər gedib. 2014-cü ilin yanvarında hərbi xidməti başa vurub. Fəxrlə bildirir ki, şəhid general Polad Həşimov  komandiri olub. Vasim Polad Həşimovun əsgərlərə qayğısından, onların problemləri ilə maraqlanıb həllində əlindən gələn köməyi əsirgəmədiyindən danışır: "Bu gün Azərbaycanın bütün sahələrdə uğurları ilə qürur duyur, iftixar hissi keçiririk. Polad Həşimov kimi qəhrəmanlarımızın sayəsində Ermənistanın 30 illik işğalına son qoyulub, ölkəmizin suverenliyi tam bərpa edilib. Son illər qalib Azərbaycanın vətəndaşı kimi yaşayırıq. Düşünürəm ki, uğurlarımızın ardıcıl və davamlı olmasının əsas səbəbi hər birimizin üzərinə düşən məsuliyyəti dərk etməyimiz, bacardığımız qədər ölkəmiz üçün faydalı olmağa səy göstərməyimizdir". 

Vasim Həsənov çalışdığı neft-qaz sahəsinin respublikamız üçün əhəmiyyətini vurğulayır, belə mühüm bir sahədə fəaliyyət göstərdiyinin məmnuniyyəti ilə Neft Daşlarına işləməyə gəlməsindən söz açır: "Hərbi xidmətdən geri döndükdən sonra öyrəndim ki, SOCAR-ın təlim-tədris mərkəzləri var. Orada həm öyrədirlər, həm də işlə təmin edirlər. SOCAR-ın internet saytına daxil oldum. Təlim, tədris mərkəzinə sənəd qəbulunun açıq olduğunu gördüm. Elektron qaydada müraciət etdim, sənədlərim qəbul olundu. İmtahandan uğurla keçdim. 2014-cü il noyabrın 11-dən təhsil almağa başladım. Orada istehsalatda baş verən proseslər bizə öyrədiləndə birinci ay mənə çətin oldu. Çünki neft-qaz hasilatı haqqında anlayışım yox idi. Baş verən prosesləri bilmirdim. Amma müəyyən müddətdən sonra öyrəndim. Mərkəzdəki peşəkar müəllimlər bizi yaxşı hazırladılar. Oradan bura - Neft Daşlarına işləməyə gələndə düşündüm ki, işi bacarmayacağam. İşə daxil olanda isə görürsən ki, əslində, sənə hər şeyi öyrədiblər və işə alışmaq da sənə rahat gəlir. İşin təhlükəsizliyi, işə yanaşma, hər hansı bir avadanlığın təmirə dayanması və digər məsələlər sənə çətin görünmür. Çünki artıq bu kollektiv, bu komanda üçün hazırlanmısan".

2015-ci ilin avqustunda təhsilini uğurla başa vuran Vasim Həsənovun  təyinat yeri Neft Daşları olub. Nasos qurğuları üzrə maşinist vəzifəsində çalışıb: "Yeddi aydan sonra hazırda işlədiyim 5 saylı neft-qazçıxarma sahəsində stasionar dəniz özülü tikildi. Orda vakansiya oldu. Mən də müraciət etdim. 2017-ci il martın 1-dən 5 saylı neft-qazçıxarma sahəsində neft-qaz hasilatı üzrə işə başladım. O vaxtdan burada operator işləyirəm", - Vasim deyir.

Neft Daşlarında işləməsi onu çox arzularına qovuşdurub. Deyir ki, uşaqlıqdan uzaq bir yerdə işləməyi arzulayıb. Vasim Həsənov hər ayın on beş günü Neft Daşlarında, on beş gün isə Astarada Məsçidməhəllə kəndində olur: "İş növbəm bitəndən sonra gedirəm evə. Amma dəniz üçün darıxıram. Doğrudur, mənim hər yerdə yaxşı dostlarım var. Neft Daşlarında olmayanda buradakı dostlarım üçün darıxıram. Burada bizim çox yaxşı şəraitimiz var. Boş vaxtlarımızda idmanla məşğul oluruq, ya da çay evinə yığışırıq. Yəni işin yorğunluğunu dostlarla aradan qaldırırıq. Ona görə də heç zaman mən psixoloji sıxıntı yaşamıram. Belə bir düşüncəm olmur ki, işdə yoruldum, gedim yatım. Bu işə elə öyənmişəm ki, sanıram mənim həyatım belə də olmalıdır, həm dənizdə işləməliyəm, həm də quruda istirahət etməliyəm. İş prosesimiz barədə nə deyə bilərəm? Mürəkkəb işdir. Amma kollektivdən və komanda şəklində aparılan işdən çox şey asılıdır. Həmişə deyirəm ki, bizim kollektivimiz olduqca yaxşıdır. Bizdəki münasibət, bir-birimizə dəstək tədqirəlayiqdir. Ona görə də iş nə qədər mürəkkəb olsa da, kollektiv yaxşı olduğu üçün işdəki yorğunluğumuzu çox da hiss etmirik. Çətinliyimiz güclü küləkli havalarda olur. Belə havalarda dəniz bizə müəyyən həyəcan yaşadır. Yəni hər hansı avadanlıq zədə görə bilər. İş prosesində çətinliklər, mürəkkəb proseslər çox olub, iş yoldaşlarımızla əl-ələ verib aradan qaldırmışıq".

Vasim Həsənov gələcəklə bağlı planlarından da danışır: "Ali təhsil almaq, irəliləmək istəyirəm. Neft Daşları həyatıma elə daxil olub, bura elə bağlanmışam ki, düşünürəm sona qədər burda işləyəcəyəm. Mənim üçün bura ikinci yurd yeridir. Çünki, dediyim kimi, bizə hər cür şərait yaradılıb. Buranın təbiəti də gözəldir, insanları da səmimidir, mehribandır. İş kollektivi də yaxşıdır. Mənim üçün burada yaşamaq da, işləmək də çox rahatdır".

Növbəti müsahibimiz "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin Lay təzyiqinin saxlanması və tədqiqat işləri sahəsinin rəisi Vüqar Rəhmanovdur. O, 1984-cü ildə Masallıda ziyalı ailəsində anadan olub. Atası riyaziyyat, anası ibtidai sinif müəllimi idi. Hazırda hər ikisi təqaüddədir. Onun və qardaşının təlim-tərbiyəsinə, təhsilinə valideynləri böyük diqqət, qayğı göstəriblər. Vüqarın beş yaşı olanda ailəsi ilə paytaxta köçüb. Birinci sinfə Bakıda gedib. 1990-2000-ci illərdə Səbail  rayonundakı 163 saylı tam orta məktəbdə təhsil alıb.

Vüqar o illəri belə yada salır: "Valideynlərimin istəyi o idi ki, uşaqları ağıllı-kamallı, tərbiyəli və təhsilli olsunlar. Orta mətəbdə oxuyanda da valideynlərimizin ümidlərini, inamını doğrultduq. Ata-anamızı yaxşı göstəricilərimizlə sevindirdik. Sənət seçimimə valideynlərim müdaxilə etmədilər. Doğrudur, orta məktəb illərində müəyyən fikirlərə, xəyallara qapılırsan. Mən də xokkeyçi olmaq istəyirdim. Sonra yanğınsöndürən, daha sonra polis olmaq həvəsinə düşdüm. İllər keçdikcə insanın qərarı qətiləşir. Mən də marağıma səbəb olan, könlümə yatan və fəaliyyət göstərmək istədiyim sahəni seçdim. Və 2002-2006-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil aldım. Öz istəyimə uyğun ixtisas seçdim. Onu da qeyd edim ki, ailəmizdə ilk neftçi mənəm. Bu peşəyə marağımın necə yarandığını deyim. Neft ölkəsində yaşayırıq. Bizim üçün neft respublikamızın inkişafı, vətəndaşlarımızın rifahı deməkdir. İqtisadiyyatımızın güclənməsində bu təbii sərvətimiz əhəmiyyətli yer tutur. Bir sözlə, kiçik yaşlarımdan neft ölkəsinin sakini olaraq baxdığım hər yerdə neftçi peşəsinə hörmət, diqqət gördüm. Böyüdükcə bildim ki, neft inkişaf deməkdir. Odur ki, orta məktəbdə artıq yolumu müəyyənləşdirdim. Neft Akademiyasında neft-qaz mədən geoloqu üzrə ali təhsil aldım. Tələbəlik illərimiz çox maraqlı oldu. Bütün təcrübələrimiz rayonlarda keçdi, Şamaxıda, Daşkəsəndə olduq. Hərbi xidməti başa vurduqdan sonra neft sənayesində çalışmağa başladım. İlk iş yerim "AzGerneft" MMC-də  oldu, neft-qaz hasilatı üzrə operatoram. 2008-ci ildən Neft Daşlarına təyinat aldım". 

Azərbaycan Dövlət Neft Akademiyasında çox təcrübəli müəllimlərdən dərs aldığını qeyd edən Vüqar deyir: "Onlar bizə Neft Daşlarının unikal olduğu barədə danışır, bu mövzu ilə bağlı maraqlı mühazirələr, seminarlar keçirdilər. Tale məni bura gətirdi. Artıq 17 ildir ki, Neft Daşlarında çalışıram". Vüqar Rəhmanov Neft Daşlarında müxtəlif sahələrdə işləyib. İlk olaraq nəzarət ölçüləri üzrə çilingər, sonra 1 saylı nef-qazçıxarma sahəsində neft-qaz hasilatı üzrə operator, daha sonra geoloq vəzifəsində çalışdıqdan sonra hazırda rəhbəri olduğu sahədə iki il geoloq işləyib. Növbəti təcrübələri neft-qaz yataqlarının işlənməsi şöbəsində keçib, 12-ci, 13-cü dərəcəli geoloq olub. 2023-cü ildən Neft Daşları NQÇİ-nin lay tədqiqatlarının saxlanması sahəsinin rəisi vəzifəsində çalışır. 

Vüqar Rəhmanov iş prosesi ilə bağlı verdiyimiz sualı sualla qarşılayır: "İş nə zaman ağır ola bilər? Əgər kollektiv möhkəmdirsə, yaxşıdırsa, işlər yolunda gedir. Qalan bütün işlərin, çətinliklərin öhdəsindən gəlmək olur. Bizdə də elə bir çətinlik yoxdur, çünki kollektivimiz - fəhlədən tutmuş rəhbərliyədək hamı bir-birini dinləmək qabiliyyətinə, bacarığına malikdir. Hamı bir-birinə kömək etməyə çalışır. İşdə ləngimə olmur. Kollektiv əməyin gücünü biz hər an hiss edirik, görürük. Əgər bir işçi hər hansı xırda bir işi bilərək, ya da bilməyərək axsatsa, bu, ümumi idarənin ziyanına gətirib çıxarar. Çünki hər şey sistematik olaraq bir-birindən asılıdır. Bir yerdə zəncir qırılanda fəsadı da böyük olur. Odur ki, hamı çalışır ki, heç bir yerdə heç bir xəta baş verməsin. İlk növbədə təhlükəsizlik qaydalarına əməl edilir. Ən birinci insan sağlamlığı faktorudur. Hər hansı bir işə göndərəndə də təbii ki, təlimatlar keçirilir. Əlavə olaraq, bir yoldaş, bir qardaş, bir ailə üzvü kimi həmişə deyirik ki, ehtiyatlı olmaq lazımdır, birincisi, cansağlığıdır, siz ailənizin yanından bura necə sağ-salamat gəlmisiniz, elə də qayıtmağınız bizim üçün ən vacib şərtlərdən biridir. Yəni bir yoldaş kimi də, bir rəhbər kimi də..."

Vüqar bildirir ki, burada bütün işlər planlı şəkildə həyata keçirilir: "Məsələn, riskli havalarda, küləyin sürəti, dalğanın həddi yüksək olduqda işləmirik. Nəqliyyat həmin vaxtlar gəlib-getmir. Əlbəttə, riskli havalarda biz işimizi tamamilə dayandırmırıq, bir az azaldıb, şəraitin yaxşılaşmasını gözləyirik. Yəni biz dənizdən qorxmuruq, işimizi onun etibarına da bağlamırıq. Mən bu 17 ildə heç görməmişəm ki, ciddi təhlükə ilə üz-üzə qalaq. Bu, hər işi planlı şəkildə gördüyümüzə görədir. Plansız olsaq, əlbəttə, dənizin təhlükəsi çoxdur".

Vüqar Rəhmanov da Neft Daşlarında işləməyə alışıb. Deyir ki, biz burada ölkəmizin iqtisadiyyatının güclənməsi üçün çalışan insanlarıq: "Görürük ki, işimizin nəticəsi çiçəklənən Azərbaycandır. Biz də sanki burada döyüşdəyik. Hər birimiz o ruhu hiss edirik. Çalışırıq ki, ölkəmiz daha da inkişaf etsin, övladlarımıza daha yaxşı günlər nəsib olsun".

Vüqar ailəlidir, 3 övladı - 1 qızı, 2 oğlu var. Onlardan fərəhlə danışır: "Qızım Mələk 8-ci, böyük oğlum Rasif 6-cı, kiçik oğlum Yunis isə 1-ci sinifdə oxuyur. Tərbiyələrindən, təhsillərindən razıyam. Doğrudur, biz hər ayın 15 gününü Neft Daşlarında oluruq. Ancaq həmin vaxtlarda ailəmiz yalnız bizim yoxluğumuzu hiss edir, sosial problemləri olmur".

O vurğulayır ki, Neft Daşlarında biz ənənəvi iş üsulu ilə çalışmırıq - səhər saat 9-da işə gəlib axşamüstü 5-də evə getmirik: "Burda hamı sanki bir ailənin üzvüdür. Neft Daşlarında həyata tutunmağı, yoldaşlığı öyrənirsən. Düzdür, hamının işi özünə görə gərəklidir, ağırdır və məsuliyyətlidir. Neft Daşlarında çətinlikləri, psixoloji cəhətdən möhkəm olmağı, mehribanlığı, dost olmağı öyrənirsən".

Digər həmsöhbətimiz isə Pərvin Qurbanovdur. O, 2000-ci ildə Mingəçevir şəhərində anadan olub. 2017-2021-ci illərdə Azərbaycan Dövlət Neft Sənaye Universitetinin Neft-qaz mühəndisliyi fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2021-2023-cü illərdə təhsilini həmin universitetin "Neft-qaz yataqlarının işlənməsi" ixtisası üzrə magistratura pilləsində davam etdirib. Təhsil illərindən söz açan Pərvin deyir ki, əsas məqsədi bu idi ki, universitetə boşuna gedib gəlməsin, hər gün nə isə yeni bir şey öyrənsin: "2021-ci ildə "Binəqədioil" Əməliyyat Şirkətində neft-qaz hasilatı operatoru kimi əmək fəaliyyətinə başlamışam. 2022-ci ildə SOCAR-ın yay təcrübə planını bitirdikdən sonra dekabrda iş yerim Ə.Əmirov adına NQÇİ-yə dəyişildi. Orada da fəaliyyətimi  operator kimi davam etdirməli oldum. 2024-cü ilin əvvəlində "Neft Daşları" NQÇİ-də vakansiyaya müraciət etdim. Elə həmin il yanvarın 8-dən fəaliyyətimi burada davam etdirirəm. Həmişə düşünmüşəm ki, bura gəlib-getmək mənim üçün yalnız bir iş normasına əməl etmək məkanı olmasın, eyni zamanda vəzifəmi vicdanla yerinə yetirmək üçün, işlədiyim müddət ərzində həm də dünyagörüşümü, təcrübəmi, iş qabiliyyətimi artıracaq bir təcrübə məktəbi olsun. Neft Daşlarını həmişə fədakar insanların qəhrəmanlıqlar göstərdiyi, xarüqələr yaratdığı böyük məktəb kimi təsəvvür etmişəm və çox şükür ki, təsəvvürümdə yanılmamışam. Bu məktəbin müdavimi olmaq mənim üçün şərəfdir".

Pərvin deyir ki, insan gələcəyini özü qurur: "Ona görə gərək çalışa, axtarışda ola, irəliyə doğru can ata. Gələcəyimi  qismət olarsa, neft mühəndisi kimi görürəm. Çalışacağam ki, bir neftçi kimi vətənimə və dövlətimə daha çox xeyir verən vətəndaş olum. Məni düzgün başa düşün, bunu vəzifəmin böyüməsi üçün yox, məsuliyyətimin daha çox artması, dövlətimə daha çox xeyir vermək üçün istəyirəm. Hazırda operator kimi fəaliyyət göstərirəm. Operatorluq da sadə bir iş deyil, öz məsuliyyəti var". 

Pərvin 2023-cü ildə ordumuzun Qarabağda apardığı lokal xarakterli antiterror əməliyyatını xatırlayaraq deyir: "O zaman düşünürdüm ki, kaş əlisilahlı əsgər kimi mən də öndə olaydım, döyüşəydim. Könüllü olaraq orduda xidmət etmək üçün yazılsam da, məni döyüşə aparmadılar. Düşünürəm ki, bunun da səbəbi var. Yəni o zaman ön cəbhə kimi arxa cəbhənin də əsgərə ehtiyacı var idi. Harada olmasından asılı olmayaraq, vətəninə, xalqına, dövlətinə qulluq edən vətəndaş özü bir əsgərdir. Mənim ölkəmin gələcəyi təkcə silahla, tüfənglə bağlı deyil. Əli qələm tutan alimlərə, mühəndislərə, digər peşə sahiblərinə də böyük ehtiyac var. Hazırda daim inkişafda olan SOCAR-da, Neft Daşlarında işləmək özü də bir qürurdur. Bu gün ölkəmizin iqtisadi gücünə güc qatan əsasən neft-qaz sənayesidir. Biz bu gün burada olmaqla ön cəbhədə olan qardaşlarımıza da kifayət qədər kömək edirik. Məncə hər bir layiqli vətəndaş öz işini vicdanla yerinə yetirsə, vətəninə xidmət etmiş olar".

Dövlət başçısı İlham Əliyev neftçilərin fədakar əməyini qiymətləndirərkən demişdir: "Mən çox fəxr edirəm ki, ömrümün bir hissəsini neftçilər arasında keçirmişəm. O illər mənə çox əzizdir, o vaxt qazandığım təcrübə, biliklər, dostlar əziz olduğu kimi. Bir sözlə, mən özümü neftçilərin nümayəndəsi hesab edirəm".


Zöhrə FƏRƏCOVA,

Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər

12:13
17 İyul

AQTA dondurmalarla bağlı aparılan sınağın nəticələrini açıqlayıb  

12:12
17 İyul

Almaniya Avropa İttifaqının iki trilyon avroluq büdcə planını tənqid edib

12:10
17 İyul

Laçında dağlıq ərazidə baş vermiş yanğını törətməkdə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər – BİRGƏ MƏLUMAT  

11:34
17 İyul

Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar  

11:32
17 İyul

Birinci yarımildə müavinətlər üzrə 554, Prezident təqaüdləri üzrə 348 milyon manat ödənilib  

11:31
17 İyul

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib

11:30
17 İyul

Azərbaycan və Qazaxıstanın XTQ mənsubları görüşüblər

11:29
17 İyul

Gürcüstan Ermənistanı yalan və yoxlanılmamış məlumatlar yaymaqda ittiham edib  

11:28
17 İyul

Dünya bazarında qızıl 23 dollaradək ucuzlaşıb

11:27
17 İyul

Dünya birjalarında neft bahalaşıb

11:27
17 İyul

Almaniyada tənha yaşayan insanların sayı 17 milyona çatıb  

11:23
17 İyul

Hanoyda Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilir 

10:53
17 İyul

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

10:43
17 İyul

Çempionlar Liqası: “Şelburn” “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi olub  

10:38
17 İyul

Keçmiş məcburi köçkün: Torpaqlarımız bu gün azaddır və insanlar öz yurdlarına qayıdırlar  

10:23
17 İyul

Azərbaycan nefti ucuzlaşıb

10:01
17 İyul

Populyar enerji içkiləri qan xərçənginin inkişafına səbəb ola bilər

09:39
17 İyul

Teyyub Ağayev: Ağdam rayonunun Kəngərli kəndinə qayıtdığımız üçün çox sevinirik 

09:36
17 İyul

Fransa hökuməti maliyyə intizamının bərpası planını təklif edir

09:10
17 İyul

Qareginin qara günü yaxınlaşır

09:05
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!