13 İyul 2025 08:50
863
İQTİSADİYYAT
A- A+
Geniş dəhlizlərə yol BTC-dən başlayır

Geniş dəhlizlərə yol BTC-dən başlayır


Kəmərin tam sistem kimi istifadəyə verilməsindən 19 il keçir


Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri tam sistem kimi  2006-cı il iyulun 13-də istifadəyə verildi.  Bu münasibətlə Türkiyənin Ceyhan şəhərində  təntənəli  mərasim  keçirildi. Tədbirdə  kəmərin keçdiyi üç ölkənin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin dövlət başçıları iştirak etdilər.

Bir qədər irəliyə dönərək qeyd edək ki, kəmərə ilk neft  2005-ci il mayın 25-də  Bakı yaxınlığındakı  Səngəçal terminalından vurulmuşdu. Bu həmçinin  BTC-nin Azərbaycan hissəsinin   istifadəyə verilməsi demək idi. Bakıda və Səngəçalda bu münasibətlə keçirilən tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyənin, Gürcüstanın və Qazaxıstanın dövlət başçıları da iştirak etmişdilər. Xəttin Gürcüstan hissəsi isə  həmin il oktyabrın  12-də Qardabani rayonundakı  nasos stansiyasından  fəaliyyətə başlamışdı.

BTC-nin daşıdığı neft  "Əsrin müqaviləsi" çərçivəsində  Xəzərin Azərbaycan sektorundakı  "Azəri" yatağından çıxarılan neft idi. Neft Ceyhana 2006-cı il mayın 28-də çatmışdı və bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etmişdi. Azərbaycan nefti ilə yüklənmiş ilk tanker isə dünya bazarlarına həmin il iyunun 4-də yola salınmışdı. 

BTC  öz marşrutu boyu 1768 kilometr məsafə qət edir.  Xəttin Azərbaycanda  yolu 443,  Gürcüstanda 249 və  Türkiyədə  1076 kilometrdir.  Kəmər ölkəmizdə   13 rayondan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Coranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan   sonrakı yolunda - Gürcüstanda və Türkiyədə isə daha onlarla şəhər və kənddən keçir.

BTC üçüncü minilliyin nəhəng mühəndis qurğusudur. Bu xəttin yerin altı ilə uzanan  borulardan başqa bir sıra əzəmətli yerüstü qurğuları, o cümlədən 8 nasos stansiyası var. Səngəçaldakı baş nasos stansiyadan sonra ikinci stansiya yenə də Azərbaycanın ərazisində - Yevlaxda yerləşir. İki stansiya Gürcüstanda, dördü isə Türkiyədədir.

Xəttin gündəlik ötürücülük gücü 1,2 milyon barel təşkil edir. Keçdiyi ərazilərin coğrafiyasından asılı olaraq BTC 46, 42 və 34 düymlük borulardan çəkilib.     

Kəmərin keçdiyi  uzun yol boyu yerləşən  çoxsaylı  bölgələrin coğrafiyası heç də eyni deyil. Belə ki, BTC öz marşrutunda bir neçə dağ silsiləsini  aşır və 2830 metr yüksəkliyə qalxır. Eləcə də 3000 yol, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətti, eni 500 metrə çatan Ceyhan çayının keçidi də daxil olmaqla 1500-dən artıq su hövzəsi ilə kəsişir. Ceyhana yaxılaşdıqda isə yenidən  dəniz səviyyəsinə enir. Bütün bunlara baxmayaraq  BTC artıq  19 ildir  ilin bütün fəsillərində  eyni ahəngdarlıqla işləyir.  Bu  isə o deməkdir ki, kəmər mükəmməl inşa edilib və etibarlı idarə olunur. Məsələn,  boruların  necə möhkəm izolyasiya olunduğunu xatırladaq. Hətta   iki il əvvəl  Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı kəmərin  təbii  fəlakət zonasından keçən hissəsinə heç bir   zərər dəymədi ki, bu da onun  möhkəmliyindən və möhtəşəmliyindən   xəbər verən  faktdır.

Göründüyü kimi, BTC-nin salnaməsi qısa olsa da, zəngindir. Keçən əsrin 90-cı illərinin ikinci yarısında "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatı artdıqca mövcud olan Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərindən əlavə daha böyük bir ixrac marşrutuna ehtiyac yaranırdı. Belə bir şəraitdə BTC-nin çəkilişi ideyası irəli sürüldü. 1998-ci ildə Ankarada kəmərin inşa edilməsi haqqında bəyannamə, 1999-cu ildə İstanbulda ATƏT-in zirvə görüşü zamanı isə xəttin çəkilişi ilə bağlı saziş imzalandı. Sazış Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və Amerika Birləşmiş Ştatlarının ovaxtkı prezidentlərinin  imzaları ilə təsdiqləndi.

BTC-nin reallaşması Ulu Öndər Heydər Əliyevin səyi, mübarizəsi və dünyadakı siyasi nüfuzu sayəsində mümkün olmuşdur. Müəllifi  Ümummilli Lider Heydər Əliyev olan bu layihə  yeni  meqalayihələrə  yol açmışdır. Başqa sözlə, Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhandan başlanan yolu geniş dəhlizlərə qovuşdurmuşdur. Dövlətimizin başçısı BTC-nin çəkilişini tarixi hadisə kimi dəyərləndirərək demişdir: "Əgər o kəmər olmasaydı, Azərbaycan öz neft və ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi. Beləliklə, dəhliz yaradıldı. Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşmışdır. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət edir. Dəhliz formalaşandan sonra əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlamışdır. Bu gün biz qeyd edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən, logistika imkanlarından tam şəkildə istifadə edir".

 Xatırladaq ki, BTC əsas ixrac boru kəməri hazırda Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının neftini və "Şahdəniz"dən çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC Xəzərin digər regional xam neft və kondensat həcmlərini (Qazaxıstan və Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql edir.

BTC-nin idarəedicisi BP şirkətinin məlumatına görə, istismara veriləndən 2025-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 598 milyon ton (4,5 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5932 tankerə yüklənərək dünya bazarlarına göndərilib. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!