17 Yanvar 2023 00:42
783
Təhsil
A- A+

GDU ilə Türkiyənin Atatürk Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

 

Gəncə Dövlət Universitetinin (GDU) Türkiyə universitetləri ilə əməkdaşlıq əlaqələri davam edir, bu çərçivədə elm və təhsilə dair müxtəlif proqramların tətbiq olunması üçün tədbirlər həyata keçirilir.
Bu günlər Gəncə Dövlət Universiteti ilə Türkiyənin Atatürk Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda hər iki universitet arasında elmi tədqiqatlar sahəsində əməkdaşlığın qurulması, tələbə və müəllim mübadiləsi, eləcə də birgə elmi konfransların təşkil olunması nəzərdə tutulur. 
Qeyd edək ki, Ərzurum şəhərində yerləşən Atatürk Universiteti qardaş ölkədə maddi-texniki bazasına və infrastrukturuna görə ikinci təhsil müəssisəsidir. Hazırda Atatürk Universitetində 17 fakültə, 5 yüksək məktəb, 15 peşə məktəbi, 6 institut və 16 araşdırma mərkəzi fəaliyyət göstərir. Bundan başqa, universitetin öz xəstəxanası da var.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video