09 Dekabr 2025 15:03
335
DÜNYA
A- A+
Fransada ərzaq böhranı təhlükəsi  

Fransada ərzaq böhranı təhlükəsi  


Fransanın ərzaq balansı təxminən yarım əsrdən sonra ilk dəfə mənfi ola bilər. Bununla bağlı ölkənin kənd təsərrüfatı naziri Anni Jenever "böyük qida oyanışı" elan edib. Paris yaxınlığındakı ən böyük topdansatış bazarı olan Rungisdə o, növbəti onillik üçün ərzaq strategiyası hazırlamaq üçün fermerlər, sahibkarlar və mütəxəssislərlə ümummilli məsləhətləşmələrə başlayıb.

Hazırda Fransa quzu ətinin 60%-ni, meyvə, tərəvəz və toyuq ətinin yarısını və mal ətinin 25%-ni idxal edir.

"Fransa daha yaxşı yemək üçün daha çox istehsal etməlidir", - deyə A. Jenever bəyan edib. O, geosiyasi vəziyyətə işarə edərək təkliflərini "qida məsələsində yenidənqurma" adlandırıb. O qeyd edib ki, son illərdə ABŞ, Çin və Rusiya kənd təsərrüfatına dövlət investisiyalarını əhəmiyyətli dərəcədə artırıb, Avropa İttifaqı isə əksinə, azaldıb.

Fermerlər birlikləri A. Jeneverin və ümumiyyətlə Fransa hökumətinin mövqeyini tənqid etsələr də, nazirin çağırışına cavab verəcəklərinə söz verirlər.

Kənd təsərrüfatı işçiləri "qida oyanışı" termininin özündən narazıdırlar: "Sektorun yatdığını düşünmək olar, lakin bunun tam əksi doğrudur – məhz fermerlər heç vaxt yatmayıblar, onlar ayıq, səfərbərdirlər və vəziyyətin ciddiliyindən tez-tez qəzəblənirlər", - FNSEA həmkarlar ittifaqı bildirib.

Fermerlər qeyd edirlər ki, mövcud vəziyyətin - qiymətlərin artması və istehsalın azalmasının əsas səbəblərindən biri də onlara qarşı tətbiq edilən ekoloji məhdudiyyətlərdir. Onlar hökumətin mövqeyini "ziddiyyətli" adlandırırlar: bir tərəfdən Fransada kənd təsərrüfatı istehsalının vəziyyəti ilə bağlı narahatlıq, digər tərəfdən isə Mərakeş, Ukrayna, Meksika, Yeni Zelandiya və Merkosur bloku ilə ticarət müqavilələri üçün "yaşıl işıq" yandırılıb ki, bu da fermerlərin fikrincə, Fransa məhsullarının rəqabət qabiliyyətini daha da azaldacaq.

Rizvan CƏFƏROV,

“Azərbaycan”



 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub

01:21
17 Yanvar

Volodimir Zelenski: Rusiya Ukraynaya qarşı yeni kütləvi zərbələrə hazırlaşır  

23:40
16 Yanvar

Gio Kristofoli: Azərbaycan regionun enerji təhlükəsizliyinə böyük töhfələr verir  

22:39
16 Yanvar

Əmək və sosial müdafiə sahəsində son bir ildə görülən işlər və builki hədəflər müzakirə edilib  

21:06
16 Yanvar

Volodimir Zelenski: Ukraynada hər zərbədən sonra elektrik enerjisinin bərpası işləri aparılır  

21:01
16 Yanvar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli Toplantısı çərçivəsində müzakirə paneli təşkil edilib  

20:37
16 Yanvar

WUF13 ərəfəsində Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı mühüm nailiyyətə imza atıb  

20:22
16 Yanvar

Ağdam və Kəlbəcərdə məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib  

20:03
16 Yanvar

Cenevrədə WUF13 ilə bağlı beynəlxalq diplomatik brifinq keçirilib  

19:56
16 Yanvar

UNICEF-in Ukraynadakı nümayəndəliyinin rəhbəri: İntensiv zərbələr enerji və su təchizatı sistemlərini dağıdır  

19:41
16 Yanvar

Türkiyənin prokuror və hakimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir  

19:27
16 Yanvar

Azərbaycan və Belarus arasında cinayətkarlığa qarşı birgə mübarizə ilə əlaqədar protokol imzalanıb  

19:07
16 Yanvar

Ombudsman Aparatının əməkdaşları ölkəyə repatriasiya edilmiş şəxslərin vəziyyəti ilə maraqlanıblar  

18:47
16 Yanvar

Türk ekspert: Prezident İlham Əliyevin çağırışı Türk dünyasının təhlükəsizlik arxitekturasını formalaşdırır  

18:33
16 Yanvar

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Xaçmazda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

18:32
16 Yanvar

Türkiyədə mərc oyunlarında iştirak edən 153 nəfər cəzalandırılıb

18:16
16 Yanvar

Kiberpolis qanunsuz onlayn kazino oyunları təşkil etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb

18:01
16 Yanvar

Avropada qaz qiymətlərində son 2 ilin ən böyük həftəlik artımı qeydə alınıb  

17:55
16 Yanvar

Qazaxıstanlı ekspert: Birgə hərbi təlimlər Türk dünyasını risklərə qarşı daha dayanıqlı edir  

17:54
16 Yanvar

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq  

17:53
16 Yanvar

Parlamentin Regional məsələlər komitəsinin 2025-ci ilin payız sessiyasında gördüyü işlər məqbul hesab olunub  

17:45
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!