23 May 2024 10:16
399
DÜNYA
A- A+

Fransa Senatı xarici müdaxilənin qarşısının alınmasına dair qanunu qəbul edib  

 

Fransa Senatı xarici müdaxilənin qarşısının alınmasına dair 4 maddədən ibarət qanunu qəbul edib.

AZƏRTAC Senatın saytına istinadla xəbər verir ki, qanunun birinci maddəsində xarici güclərin Fransanın ictimai həyatında iştirak edən aktorlarının qeydiyyatı, uçotunun aparılması tələb edilir. Layihənin müəllifləri analoji qanunların ABŞ və Böyük Britaniyada daha əvvəl qəbul edildiyini bildiriblər.

Qanunun ikinci maddəsində görə, hökumət ildə bir dəfə parlamentə xarici təhdidlərlə bağlı hesabat verməlidir.

Üçüncü maddə xüsusi xidmət orqanlarının səlahiyyətlərinin artırılmasını, texniki imkanları genişləndirməyi, həmçinin rəqəmsal məlumatların avtomatik emalını nəzərdə tutur.

Dördüncü maddədə xarici təsirlə mübarizə üçün monetar qanunvericiliyin dəyişdirilməsi, hesabların dondurulması prosedurunun əhatə dairəsinin genişləndirilməsi və maliyyə sanksiyaları nəzərdə tutulur.

Qanunun qüvvəyə minməsi üçün onu Fransa prezident təsdiqləməlidir.

Qeyd edək ki, yeni qanun əslində Fransanın dənizaşırı ərazilərində, xüsusən də Yeni Kaledoniyada azadlıq hərəkatını boğmaq məqsədi güdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video