16 Yanvar 2025 01:29
877
Fərmanlar
A- A+
"Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" və "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 92-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" və "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 92-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" və "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 92-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin 

II Dövlət Proqramı"nın 2.2.12-ci yarımbəndinə "yerləşdirilməsini" sözündən sonra "və saxlanılmasını" sözləri əlavə edilsin və həmin yarımbənddən "və səfərbərlik ehtiyatlarını saxlayan" sözləri çıxarılsın. 

2. "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 707 (Cild I) 2.2-ci bəndində "5.2.18-5.2.20-ci" sözləri "5.2.19-cu və 5.2.20-ci" sözləri ilə əvəz edilsin. 

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490 (Cild I); 2024, № 5 (I kitab), maddə 515)  ilə təsdiq edilmiş "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"nın 1.6-cı bəndi ləğv edilsin.

4. "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2004-cü il 19 iyul tarixli 90 nömrəli, "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" 2005-ci il 19 yanvar tarixli 175 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 11 aprel tarixli 2096 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,  2023, № 4, maddə 481 (Cild I) 2.1.3-cü yarımbəndindən "və dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydasını" sözləri çıxarılsın.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" və "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 92-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 15 yanvar 2025-ci il 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

08:55
02 May

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

08:50
02 May

Azərbaycanın "Elm Sarayı"

08:45
02 May

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

08:40
02 May

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

08:35
02 May

Sülh, yoxsa xəstə təfəkkür

08:30
02 May

Ağverəndəki görüş sülh prosesinin növbəti uğurudur

08:25
02 May

Heydər Əliyev və milli məfkurə

08:23
02 May

Heydər Əliyev yolu: sabitlik, inkişaf və zəfərin təməli

08:20
02 May

Əbədiyyətə qovuşan ömrün 103-cü baharı

08:15
02 May

Bakı lobbilərin oyuncağına çevrilmiş Avropa Parlamenti ilə əlaqələri kəsdi 

08:10
02 May

Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlıq əlaqələrini dayandırır

08:05
02 May

Azərbaycan idman sahəsində də qalib ölkədir

08:00
02 May

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar

02:10
02 May

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:05
02 May

Ə.N.Fərəcovun 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:02
02 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:58
02 May

BİLDİRİŞ

01:57
02 May

Notification

01:56
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!