02 May 2026 08:15
163
CƏMİYYƏT
A- A+
Əbədiyyətə qovuşan ömrün 103-cü baharı

Əbədiyyətə qovuşan ömrün 103-cü baharı


Mayın 1-də Yeni Azərbaycan Partiyasının (YAP) və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Əbədiyyətə qovuşan ömrün 103-cü baharı" adlı tədbir keçirilib.  

Əvvəlcə Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri birdəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin ömrü Azərbaycanın dövlət müstəqilliyi və yüksəlişi ilə eyniləşən əbədi bir yoldur: "Bu yolun hər bir mərhələsi xalqımızın rifahına, ölkəmizin qüdrətlənməsinə xidmət edib. Hələ müstəqillikdən öncə Azərbaycana rəhbərlik edərkən Heydər Əliyev ölkə iqtisadiyyatının onurğa sütunu sayılan kənd təsərrüfatının inkişafını prioritet elan etmişdi. O, torpağı xalqın ən böyük sərvəti hesab edirdi. Dahi rəhbərin uzaqgörənliyi sayəsində ötən əsrin 70-80-ci illərində Azərbaycan aqrar sektorda rekord göstəricilərə imza atıb, kəndlərimiz müasirləşib, kəndli əməyi şərəfli bir sahəyə çevrilib. 1969-cu ildə ölkədə cəmi 300 min ton pambıq yığıldığı halda, Heydər Əliyevin planlaması və təşkilatçılığı sayəsində 1981-ci ildə bu rəqəm rekord həddə - 1 milyon tona çatdırılmışdı. Bu, Azərbaycanın iqtisadi potensialını dünyaya nümayiş etdirən pambıqçılığın intibahı idi. Onun təşəbbüsü ilə Azərbaycanda irimiqyaslı üzüm bağları qurulub. Beləliklə, illik üzüm istehsalı 2 milyon tona çatıb, yüzlərlə yeni müəssisə qurulub. Bu sahə minlərlə Azərbaycan ailəsinin rifahını yüksəldib".

Məcnun Məmmədov deyib ki, Ümummilli Liderin  tapşırıqları ilə ölkəmizin suvarma sistemlərinin böyük əksəriyyəti həmin illərdə inşa edilib: "Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının inkişafı, su anbarlarının inşası minlərlə hektar quru torpağı bərəkətli sahələrə çevirib. Müstəqilliyimizin ilk ağır illərində də məhz Ulu Öndərin cəsarəti və strateji zəkası ilə həyata keçirilən aqrar islahatlar Azərbaycan fermerini yeni bir dövrə hazırladı. 1996-cı ildə qəbul edilən tarixi "Torpaq islahatı haqqında" qanun kəndlərdə mülkiyyət münasibətlərini kökündən dəyişdi və fermerlər üçün azad sahibkarlığın təməlini qoydu".

Nazir əlavə  edib ki, dövlət mülkiyyətində olan torpaqların vətəndaşların şəxsi mülkiyyətinə verilməsini nəzərdə tutan bu islahatlarla yeni yaranmış müstəqil respublikanın iqtisadi, ərzaq və qida təhlükəsizliyinin əsasları formalaşdırılıb.

"Bu gün Ümummilli Liderin siyasi kursu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Böyük rəhbərin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyevin yürütdüyü aqrar siyasət nəticəsində ölkəmizi kənd təsərrüfatı sahəsində innovasiyaların, "yaşıl iqtisadiyyat"ın və "ağıllı kənd" konsepsiyalarının tətbiq olunduğu məkana çevirib. Məcnun Məmmmədov vurğulayıb ki, işğaldan azad edilmiş və "yaşıl enerji zonası" elan olunmuş Qarabağ və Şərqi Zəngəzurun münbit torpaqlarının yenidən əkin dövriyyəsinə qaytarılması Ulu Öndərimizin  ruhunu şad edən ən böyük tarixi hadisələrdəndir. Bu gün o torpaqlarda Heydər Əliyevin arzuladığı müasir aqrar-sənaye kompleksləri qurulur, onun "Azərbaycanın gələcəyi kənd təsərrüfatının inkişafından asılıdır" tezisini rəhbər tutaraq yeni nailiyyətlərə imza atılır. Heydər Əliyevin ömrü bizim üçün həm də bir vətənpərvərlik məktəbidir. Biz bu gün kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması üçün çalışan fermerlərimizlə, aqrar sahədə ixtisaslamış şirkət nümayəndələri ilə birgə Ümummillli Lider Heydər Əliyevin şərəfli yoluna nəzər salmaq üçün bir araya gəlmişik. Burada keçirilən tədbir - aqrar sahədə çalışanlar üçün Ümummilli Liderin ruhu qarşısında bir hesabatdır. Bu gün ölkəmizin kənd təsərrüfatında əldə olunan nailiyyətlərdə, uğurlu nəticələrdə tədbir iştirakçılarının, fermerlərin böyük payı var", - deyə nazir vurğulayıb.

Çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, bu gün Azərbaycan xalqı dahi şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyevin əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edir: "Ulu Öndər bütün mənalı ömrünü Vətənin tərəqqisinə həsr etmiş, müstəqilliyimizin qorunması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqımızın parlaq gələcəyi naminə məqsədyönlü fəaliyyəti ilə millətimizə misilsiz nailiyyətlər qazandırmışdır".

Tahir Budaqov bildirib ki, Ümummilli Liderin uzaqgörən siyasəti bütün sahələrin, o cümlədən strateji əhəmiyyətə malik aqrar sektorun davamlı inkişafını təmin etmişdir: "Ulu Öndər hər zaman vurğulayırdı ki, kənd təsərrüfatı iqtisadi təhlükəsizliyin, əhalinin rifahının və regionların inkişafının əsas sütunlarından biridir. Heydər Əliyevin SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə aqrar sektorda qazanılan uğurlar respublikanın sosial-iqtisadi inkişafına güclü təkan vermişdir. Kənd təsərrüfatı məhsulları istehsalı artırılmış, pambıqçılıq, üzümçülük, tərəvəzçilik, çayçılıq və heyvandarlıq sahələrində mühüm irəliləyiş əldə olunmuş, meliorasiya və irriqasiya sistemləri genişləndirilmiş, yeni suvarma kanalları çəkilmiş, torpaq fondundan səmərəli istifadə nəticəsində məhsuldarlıq əhəmiyyətli dərəcədə yüksəlmişdir. Müstəqillik dövründə isə bazar iqtisadiyyatına keçid şəraitində torpaq islahatlarının aparılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və digər mühüm addımlar ölkəmizin iqtisadi potensialının artmasına və dayanıqlı inkişafına möhkəm zəmin yaratmışdır".

YAP Sədrinin müavini vurğulayıb ki, Ulu Öndərin tükənməz dövlətçilik irsi Azərbaycanın bütün uğurlarının möhkəm təməlini təşkil edir: "Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi nailiyyətlər və şanlı Zəfər xalqımızın iradəsini, dövlətimizin isə qüdrətini bütün dünyaya nümayiş etdirmişdir. Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası da müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr vermişdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz fəaliyyətini dövrün çağırışlarına uyğun müvəffəqiyyətlə davam etdirən Yeni Azərbaycan Partiyası ictimai-siyasi sabitliyin və milli birliyin qorunması, Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdışın uğurla həyata keçirilməsi və nəhayət, bölgədə sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində üzərinə düşən bütün vəzifələri yerinə yetirmək əzmindədir".

Tahir Budaqovun sözlərinə görə, kənd təsərrüfatı daim yenilənən və qlobal dəyişikliklərə uyğunlaşan bir sahədir: "Ölkəmizdə həyata keçirilən tədbirlər, xüsusilə də innovativ texnologiyaların tətbiqi ərzaq təhlükəsizliyinin təmini, yerli istehsalın artırılması, ixrac potensialının genişləndirilməsi və su ehtiyatlarının səmərəli istifadə olunması baxımından mühüm əhəmiyyətə malik olmaqla aqrar sektorun inkişafına təkan verir. Kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət sahəsi deyil, eyni zamanda milli təhlükəsizliyin önəmli dayaqlarından biridir. Bu səbəbdən yeni dövrün çağırışları fonunda, xüsusilə də aqrar sektorun inkişaf etdirilməsi üçün böyük potensiala malik olan işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi sahəsində sizin üzərinizə böyük məsuliyyət düşür. Şübhə yoxdur ki, Heydər Əliyev ideyalarına sadiq qalaraq bundan sonra da qarşıda duran bütün vəzifələri uğurla yerinə yetirəcək və ölkəmizin inkişafına töhfələr verəcəksiniz. Hər birinizə xalqımızın rifahı və müstəqil Azərbaycanın parlaq gələcəyi naminə şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram".

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə respublikamızda  sosial-iqtisadi sahədə davamlı inkişafa nail olunub: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir", - deyən Ulu Öndər ölkə iqtisadiyyatının dirçəldilməsi üçün məqsədyönlü siyasət həyata keçirib. Ullu Öndərin hələ SSRİ dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə iqtisadiyyat, mədəniyyət, elm, təhsil sürətlə inkişaf edib, respublikamız qısa zamanda keçmiş ittifaqın ən qabaqcıl respublikaları sırasına çıxıb. Sözsüz ki, bu xidmətlər xalqımız tərəfindən əsrlər boyu xatırlanacaqdır".

Tahir Rzayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev müstəqillik illərində xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi dövrdə Azərbaycanı parçalanmaqdan, qarşıdurmalardan, vətəndaş müharibəsindən xilas etdi: "O, islahatçı bir rəhbər idi. İstər SSRİ dövründə, istərsə də sonrakı dönəmdə Heydər Əliyevin həyata keçirdiyi islahatlar, aqrar sahədə yeni qanunların qəbul olunması, torpaq islahatının aparılması göstərdi ki, Ulu Öndər nəinki yaşadığı dövrün problemlərini dərindən bilir, eləcə də Onun baxışları yüzillikləri qarşılayır. Nəticə etibarilə, Azərbaycan sosial-iqtisadi cəhətdən davamlı inkişaf edir. Müasir dövrdə isə ölkəmiz Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və qətiyyətli liderliyi ilə dinamik inkişaf yolunda irəliləyir".

Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov çıxışında bildirib ki, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və iqtisadi əsaslarının formalaşmasında müstəsna xidmətlər göstərmiş Ulu Öndərin fəaliyyəti bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da köklü dönüş yaradıb. Onun sözlərinə  görə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə kənd təsərrüfatı, sadəcə, iqtisadi sahə kimi deyil, milli təhlükəsizlik və sosial rifahın əsas dayaqlarından biri kimi qiymətləndirilib: "Məhz bu strateji baxış sayəsində 1969-cu ildən etibarən aqrar sahədə köklü transformasiya prosesinə start verilib".

L.Qasımov qeyd edib ki,  həmin dövrdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində kənd təsərrüfatında elmi yanaşma gücləndirilib, məhsuldarlığın artırılması üçün innovativ üsullar tətbiq edilib, regionların ixtisaslaşması və resurslardan səmərəli istifadə təmin edilib: "Nəticədə, 1970-1980-ci illərdə aqrar istehsalda çoxşaxəli artım müşahidə edilib, iqtisadi səmərəlilik əhəmiyyətli dərəcədə yüksəlib. Bu, yalnız statistik göstəricilərdə deyil, kənd əhalisinin həyat səviyyəsində də real əksini tapıb".

Natiq diqqətə çatdırıb ki, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində baş verən böhran aqrar sahədən də yan keçməyib, istehsalın azalması və idarəetmədə qeyri-sabitlik müşahidə olunub: "Belə mürəkkəb şəraitdə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə kənd təsərrüfatında yeni inkişaf mərhələsinin əsası qoyulub. 1995-1996-cı illərdə qəbul edilən fundamental qanunvericilik aktları kənd təsərrüfatında bazar münasibətlərinin formalaşmasına hüquqi əsas yaradıb, torpaq islahatı ilə mülkiyyət münasibətlərində köklü dəyişikliklər baş verib və sahibkarlığın inkişafına yeni imkanlar açılıb. "Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu strateji xətt yeni çağırışlara uyğun şəkildə modernləşdirilərək uğurla davam etdirilir. Aqrar sahədə tətbiq olunan innovativ yanaşmalar, rəqəmsallaşma və dövlət-özəl tərəfdaşlığı mexanizmləri kənd təsərrüfatını daha rəqabətli və dayanıqlı sektora çevirir. Hazırda aqrar sahədə rəqəmsal texnologiyaların tətbiqi, "ağıllı kənd" konsepsiyası, innovativ suvarma sistemləri və aqroparkların yaradılması kənd təsərrüfatının keyfiyyətcə yeni mərhələyə keçidini təmin edir. Bu isə məhsuldarlığın artırılması ilə yanaşı, resurslardan daha səmərəli istifadə imkanları yaradır".

Çıxış edən siyasi və dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi ilə bağlı gördüyü işlərdən bəhs edərək vurğulayıb ki, onun idarəçilik təcrübəsi, siyasi iradəsi, liderlik keyfiyyətləri hər bir çətinliyin öhdəsindən uğurla gəlməsini şərtləndirib.

H.Həsənov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin istər SSRİ dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dönəm dövlətçilik tariximizdə mühüm yer tutur: "Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanış dövrü oldu. O, 1969-cu ildə hakimiyyətə gələnə qədər Azərbaycan inkişaf baxımından keçmiş ittifaq respublikaları arasında sonuncu yerləri bölüşürdü. Lakin Heydər Əliyevin respublikamıza rəhbər seçilməsindən sonra qısa müddət ərzində Azərbaycan ön sıralara çıxdı".

Natiq diqqətə çatdırıb ki, Ulu Öndər daim xalqımızın rifahı üçün çalışıb. "Heydər Əliyev həm SSRİ dövründə, həm də müstəqillik illərində  Azərbaycanı dünyaya tanıtdırdı. Bu gün də Heydər  Əliyev yolu Azərbaycanın ardıcıl nailiyyətlərinin əsasını təşkil edir. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir, ölkəmiz tarixi uğurlara imza atır", - deyə Həsən Həsənov qeyd edib.

Sonra partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

08:55
02 May

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

08:50
02 May

Azərbaycanın "Elm Sarayı"

08:45
02 May

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

08:40
02 May

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

08:35
02 May

Sülh, yoxsa xəstə təfəkkür

08:30
02 May

Ağverəndəki görüş sülh prosesinin növbəti uğurudur

08:25
02 May

Heydər Əliyev və milli məfkurə

08:23
02 May

Heydər Əliyev yolu: sabitlik, inkişaf və zəfərin təməli

08:20
02 May

Əbədiyyətə qovuşan ömrün 103-cü baharı

08:15
02 May

Bakı lobbilərin oyuncağına çevrilmiş Avropa Parlamenti ilə əlaqələri kəsdi 

08:10
02 May

Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlıq əlaqələrini dayandırır

08:05
02 May

Azərbaycan idman sahəsində də qalib ölkədir

08:00
02 May

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar

02:10
02 May

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:05
02 May

Ə.N.Fərəcovun 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:02
02 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:58
02 May

BİLDİRİŞ

01:57
02 May

Notification

01:56
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!