22 Aprel 2024 22:57
246
DÜNYA
A- A+

“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb

 

Amerikanın “Forbes” jurnalı dünya milyarderlərinin illik reytinqini dərc edib. Reytinq siyahısı bəzi şərhlərlə müşayiət olunur, məsələn, onlardan biri böyük sərvətlərin haradan gəldiyi barədədir.

AZƏRTAC xəbər verir ki, “Forbes” jurnalının yazdığına görə, “istər birbaşa investisiyalar, istər hedcinq fondları, istərsə də vençur kapitalı olsun, maliyyə sektorunda işləmək dünyanın ən varlı insanlarını bu qədər sərvət sahibi edən ən məşhur üsuldur”.

“Faktiki olaraq, təxminən hər altıncı milyarder və ya sayı 15 faizdən bir qədər çox olan varlılar pullarını maliyyə və investisiya sahəsində qazanıblar”, məqalədə qeyd olunur.

Bundan əlavə, texnologiya da varlıların ən böyük “çörək ağaclarından” biridir. Jurnal yazır: “Texnologiya sahəsi 342 nəfəri milyarder edib – bu rəqəm keçən illə müqayisədə 29 nəfər çoxdur ki, bu da sözügedən sahəni milyarderlər arasında ikinci ən populyar sənayeyə çevirib”. Bu kateqoriyadakı milyarderlər arasında Ceff Bezos və Mark Zükerberq də var (jurnal İlon Maskı avtomobil sənayesinə aid edib.

“Forbes”in məlumatına görə, istehsal biznesi də 328 milyarderə ağlasığmaz sərvət qazandırıb.

Nəhayət moda və pərakəndə satış 285 milyarderlə dördüncü yerdədir”, - jurnal yazır. Bu siyahıya dünyanın ən varlı adamı, “Christian Dior”, “Louis Vuitton” kimi lüks markaların sahibi fransız Bernard Arno rəhbərlik edir. Onun sərvətinin 210 milyard avrodan çox olduğu təxmin edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video