23 Aprel 2024 15:36
241
Mədəniyyət
A- A+

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq

 

Bu ilin may ayında ölkəmiz “Bakı Prosesi” çərçivəsində artıq altıncı dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. “Bakı Prosesi” 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış və mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platformadır.

Bu platforma aparıcı beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə də BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən geniş dəstək göstərilmişdir. Sözügedən beynəlxalq təşkilatların tərəfdaşlığı ilə 2011-ci ildən etibarən 2011, 2013, 2015, 2017 və 2019-cu illərdə ölkəmizdə beş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilib. Təbii ki, Azərbaycanın forumlara ev sahibliyi etməsi beynəlxalq səviyyədə ölkəmizə olan etimadın və dəstəyin ifadəsidir.

Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

Nazir müavini bildirib ki, bu forumlara ümumilikdə 10 mindən çox iştirakçı - hökumət nümayəndələri, beynəlxalq təşkilatların nümayəndələri və rəhbərləri, eyni zamanda, müxtəlif elmi dairələrdən, beynəlxalq institutlardan, beyin mərkəzlərindən olan şəxslər qatılıb. Eyni zamanda, bu forumlar çərçivəsində, 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Forumda dünya üçün aktual olan çağırışlar və məsələlər müzakirə olunub. Keçirilən beş forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb.

“Bu ilki Forum əvvəlkilərlə bir çox məqamlarda üst-üstə düşən fəaliyyəti əks etdirməklə yanaşı, müasir çağırışlara həsr olunan müzakirələri ehtiva edəcəkdir. Qeyd edək ki, VI Forum pandemiyadan - beş illik fasilədən sonra keçirilməkdədir. Həmçinin VI Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində on panel müzakirənin, dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edir. Forum çərçivəsində dünyanın müxtəlif bölgələrini təmsil edən 100-dən artıq dini liderin iştirak edəcəyi Dinlərarası Dialoq vasitəsilə Etimadın möhkəmləndirilməsi adlı plenar iclasın keçirilməsi nəzərdə tutulur”, - deyə F.Cəfərov diqqətə çatdırıb.

Onun sözlərinə görə, Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərinin təşkil edilməsi gözlənilir. Bu çərçivədə Ağdam və Şuşada iki xüsusi panel sessiyanın da keçirilməsi nəzərdə tutulur.

Forum üçün qeydiyyat prosesinin davam etdiyini deyən nazir müavini bildirib ki, yüzə yaxın ölkəni, onlarla beynəlxalq təşkilatı təmsil edən çoxsaylı yüksəkvəzifəli şəxslərin Forumda iştirakı nəzərdə tutulur.

“Məlumat üçün bildirim ki, 2017-ci ildə BMT Baş katibinin hesabatında “Bakı Prosesi”ni mədəniyyətlərarası dialoq səviyyəsində dialoq sahəsində yeganə böyük qlobal platforma kimi səciyyələndirilməsi qeyd olunub. Bundan başqa, UNESCO-nun 2022-ci ildə İcra Şurasının qəbul etdiyi qətnamədə “Bakı Prosesi”nə bütün dövlətlər tərəfindən dəstək verilməsi çağırışı əks olunub.

Azərbaycanın mədəniyyətlərarası dialoq platformasına ev sahibliyi etməsi təbii ki, bir prosesin nəticəsidir. İlk növbədə, dövlətimizin başçısı tərəfindən bu mövzuya və bu sahəyə olan xüsusi diqqət və dəstəyin təzahürüdür. Təbii ki, Azərbaycanın son illərdə bütün Avropada, dünyada mədəniyyətlərarası dialoqun, tolerantlığın, multikulturalizmin məkanı kimi tanıdılmasının şahidi oluruq. Bu, ölkəmizin haqqında bəhs etdiyimiz Forumla yanaşı, digər analoji mövzulardakı beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən özünü büruzə verir”, - deyə F.Cəfərov əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video