17 Yanvar 2026 08:40
609
SİYASƏT
A- A+
Etimad quruculuğu

Etimad quruculuğu


Barış təkcə masada deyil, həm də cəmiyyətdə formalaşır


Azərbaycan və Ermənistan arasında qalıcı sülhün bərqərar olması təkcə siyasi müstəvidə aparılan danışıqlardan asılı deyil, bu prosesdə vətəndaş cəmiyyətinin iştirakı və fəallığı həlledici rola malikdir. Diplomatik müstəvidə alınan siyasi qərarlar vacib olsa da, sülhü xalqlar arasında formalaşmış qarşılıqlı anlayış qoruyub saxlayır. Ona görə də sülh təşəbbüsləri yalnız masa arxasında qalmamalı, konkret layihələrlə dəstəklənməlidir. 

Elə bu məqsədlə yanvarın 13-də Bakıda "Sülh Körpüsü: Vətəndaş cəmiyyətinin sülh prosesində rolu" mövzusunda ictimai müzakirə təşkil olunub. Azərbaycan və Ermənistan ictimai sektor nümayəndələri arasında baş tutan dialoqun yekunları geniş ictimaiyyətə təqdim olunub. Tədbirdə sülhün formalaşması və möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin rolu, etimad quruculuğu, ictimai dialoqun inkişafı, həmçinin digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bir daha qeyd edilib ki, dayanıqlı barışıq yalnız siyasi sazişlərlə deyil, insanlar arasında qarşılıqlı etimadın yaradılması ilə mümkündür. 

Açıq dialoq mühitində keçən görüşdə vətəndaş cəmiyyətinin sülh prosesinə sistemli inteqrasiyası, QHT, media və ekspertlər arasında əməkdaşlıq bağlarının möhkəmləndirilməsi də geniş müzakirə predmeti olub. Sülh prosesinə töhfə verə biləcək mexanizmlər, ictimai dialoqun gücləndirilməsi yolları və əməkdaşlıq perspektivləri ətrafında danışılıb. Vurğulanıb ki, real barışıq cəmiyyətin hər bir üzvünün bu prosesdəki fəal iştirakı ilə mümkündür. Ekspertlərin, ictimai xadimlərin və media təmsilçilərinin iştirak etdiyi dialoq platforması sülhün həm də cəmiyyətin ortaq məsuliyyəti olduğunu bir daha təsdiqləyir. 

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyələri arasında ilkin təmaslar artıq gerçəkləşib. Ötən il oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli "dəyirmi masa" keçirilib. Azərbaycan QHT-lərinin bir qrup təmsilçisi İrəvana gediblər. Noyabrın 21-22-də isə Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycanda səfərdə olublar. Hər iki səfər zamanı iki ölkənin cəmiyyəti arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi perspektivləri müzakirə olunub. 

Həm işğal illərində, həm də postmüharibə dövründə ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların vasitəçiliyi ilə Azərbaycan-Ermənistan vətəndaş cəmiyyəti institutları arasında müəyyən təmaslar olub. Ancaq bu görüşlər kənar vasitəçilərin iştirakı ilə üçüncü ölkələrin ərazisində baş tutub. O səbəbdən bu tip görüşlər əvvəllər faydasız olur, nəticə vermirdi. Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar və ortaya qoyduğu sülh gündəliyi vəziyyəti kökündən dəyişdi. İrəvan hökuməti və vətəndaş cəmiyyəti ritorikanı dəyişərək sülhün əldə edilmədiyi hər günün Ermənistanın əleyhinə işlədiyini dərk etməyə başladılar. 

Qarşıda uzun və çətin proses dayanır. Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülh şəraitində birgəyaşayış modelinə uyğunlaşması, illərlə formalaşmış düşmən obrazının dəyişməsi əlbəttə ki, asan olmayacaq. Erməni toplumu uzun müddət revanşistlərin, Apostol Kilsəsinin və erməni diasporunun zəhərini qəbul edib, nifrətlə, kinlə, düşmənçiliklə bəslənib. Məhz bu səbəbdən Azərbaycan xalqı 30 il ərzində Ermənistanın hərbi təcavüzünə, ərazi işğallarına məruz qalıb, əsir və girovlarımızın başına olmazın oyunlar gətirilib, soyqırımlarla, faciələrlə üzləşmişik. Buna görə insanlar anlayırlar ki, iki cəmiyyət arasında barışığın qəbulu kifayət qədər çətin prosesdir. Ona görə də həm Azərbaycan, həm də Ermənistanın vətəndaş cəmiyyətlərinin üzərinə götürdükləri missiya kifayət qədər mürəkkəb, eyni zamanda zəruridir.  

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri, "Sülh Körpüsü" Təşəbbüsünün üzvü Ramil İskəndərli "Azərbaycan" qəzetinə açıqlamasında deyib  ki, Vaşinqtonda əldə olunmuş 2025-ci il 8 avqust razılaşmalarının həyata keçirilməsi istiqamətində atılan praktiki addımlardan biri Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa dialoqun təşkil olunmasıdır. QHT rəhbəri vurğulayıb ki, bu dialoqun mühüm mərhələləri kimi Azərbaycan vətəndaş cəmiyyəti nümayəndə heyəti Ermənistana səfər edib, eləcə də erməni vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanda olub: "Hər iki səfər qarşılıqlı etimadın qurulması və real müzakirə mühitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür səfərlər hesab edirəm ki, bu il də davam etdiriləcək".

Ramil İsgəndərli bildirib ki, "Sülh körpüsü" təşəbbüsü dialoq platforması Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında etimadın möhkəmləndirilməsi və davamlı dialoqun qurulması məqsədilə yaradılıb: "Platforma çərçivəsində tərəflər görüşlərdə sülh prosesi, regional təhlükəsizlik, media və vətəndaş cəmiyyətinin rolu kimi məsələləri müzakirə edirlər. Bu dialoqun ən əsas xüsusiyyətləri odur ki, üçüncü tərəflərin iştirakı olmadan, hər iki tərəf ölkələrin hökümətlərinin dəstəyi ilə və hər hansı neytral zonada yox, tərəf ölkələrin özündə həyata keçirilən mexanizmdir. 13 yanvar tarixində keçirilən tədbirin əsas əhəmiyyəti Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında aparılan dialoqun nəticələrini paylaşmaq imkanı, mövcud vəziyyəti açıq və səmimi müzakirə etmək və davamlı sülhün qurulması üçün bir sıra praktik təkliflərin alınması olub. Ümid edirik ki, bu müzakirə hər birimiz üçün faydalı olacaq və ölkəmizdə, regionumuzda sülh və dialoqun möhkəmlənməsinə töhfə verəcək". 

Sülh prosesi çərçivəsində cəmiyyətlər arasındakı düşmənçiliyi tədricən arada qaldırmaq üçün mütəmadi təmasların yaradılmasının əhəmiyyəti danılmazdır. Bu cür görüşlər cəmiyyətlərin bir-birini tanıması və qarşılıqlı ünsiyyətin bərqərar olması üçün mühüm baza rolunu oynayır. Önəmlisi odur ki, belə görüşlərdə siyasi məsələlər yox, daha çox humanitar mövzular, normallaşan münasibətlər kontekstində iqtisadi və logistik imkanlar, gələcək etimad quruculuğu tədbirləri və digər məqamlara toxunulur. Ümumən, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri, parlament sədrlərinin dialoqu və rəsmilərin təmasları Vaşinqtonda start verilmiş sülh prosesinin sadəcə kağız üzərində qalmadığını ortaya qoyur. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan səfiri etimadnaməsini İƏT Baş katibinə təqdim edib

22:32
16 Fevral

BƏƏ şirkət rəhbəri: Ümid edirəm ki, Azərbaycandan daha çox kənd təsərrüfatı məhsulları idxal edə biləcəyik

20:39
16 Fevral

Britaniyada kiçik qayıqla ölkəyə gələn miqrantlara 210 min funt kompensasiya ödənilib  

20:01
16 Fevral

Ötən ay ərzində 31 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb  

19:53
16 Fevral

Azərbaycandan polietilen ixracı 1,5 dəfə artıb  

19:46
16 Fevral

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib  

19:33
16 Fevral

İrəvan Qazılığının tarixi ilə bağlı kitab çap olunacaq

19:26
16 Fevral

Ramin Məmmədov: Dövlət Komitəsinin 2026-cı il prioritetləri sırasında rəqəmsal transformasiya və süni intellekt həlləri yer alır  

19:02
16 Fevral

Premyer Liqa: “Sabah” səfərdə “Qəbələ”ni məğlub edib  

18:58
16 Fevral

Rəsədxana: Sabah Günəş tutulması baş verəcək

18:57
16 Fevral

Yanvarda ixrac edilən xam neft və neft məhsullarının həcmi 2 milyon tonu ötüb

18:34
16 Fevral

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib  

18:11
16 Fevral

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb  

18:03
16 Fevral

Ermənişünas-alim: Konstitusiya dəyişikliyi Ermənistan üçün əsas imtahandır  

17:56
16 Fevral

Almaniya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıra bilər  

17:43
16 Fevral

Mərkəzi Asiya ölkələri Astanada Əfqanıstanla qarşılıqlı fəaliyyəti müzakirə ediblər  

17:33
16 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:23
16 Fevral

Azərbaycan və Serbiya dost ölkələrdir  

17:09
16 Fevral

Bakı ilə Belqrad arasında münasibətlər əməkdaşlıq üçün yeni platformadır  

17:00
16 Fevral

Premyer Liqa: “Şamaxı” - “Turan Tovuz” oyununda qapılara qol vurulmayıb

16:42
16 Fevral

Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

16:21
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!