18 Sentyabr 2024 08:05
1757
İQTİSADİYYAT
A- A+
"Əsrin müqaviləsi"ndən doğan reallıq

"Əsrin müqaviləsi"ndən doğan reallıq


BTC-nin təməlinin qoyulduğu tarixdən 22 il keçir 


Mübaliğəsiz demək olar ki, 2002-ci il sentyabrın 18-i  Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış günlərdən biridir. Üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan,  Azərbaycanı beynəlxalq enerji aləminə qovuşduran, ölkəmizin möhtəşəm neft-qaz ixracı marşrutlarının başlanğıcında dayanan bir  boru xəttinin təməli məhz həmin gün qoyulub. Bu, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməridir.

1994-cü ildə imzalanan  "Əsrin müqaviləsi" çərçivəsində 1997-ci ildə neft hasilatına başlandı.  Hasilat getdikcə artırdı  və yaxın illərdə daha çox neft əldə olunacağına şübhə yox idi. Odur ki, Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərindən əlavə daha böyük bir ixrac marşrutuna ehtiyac yaranırdı. Belə bir şəraitdə müəllifi  Ümummilli Lider Heydər Əliyev olan BTC-nin çəkilişi ideyası irəli sürüldü. 1998-ci ildə Ankarada kəmərin inşa edilməsi haqqında bəyannamə, 1999-cu ildə İstanbulda ATƏT-in Zirvə görüşü zamanı isə xəttin çəkilişi ilə bağlı saziş imzalandı. Saziş Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və Amerika Birləşmiş Ştatlarının ovaxtkı prezidentlərinin imzaları ilə təsdiqləndi.

Lakin vaxtilə "Əsrin müqaviləsi"ni xülya adlandıranlar, müxtəlif bəhanələrlə və güclü səylərlə onun imzalanmasına mane olmaq istəyənlər yenidən baş qaldırdılar. İndi hədəfdə BTC idi. Ulu Öndərin  gərgin mübarizəsi və dünyadakı siyasi nüfuzu sayəsində  bu maneələr də aradan götürüldü.

Kəmərin təməli qoyuldu. Tədbirdə Azərbaycanın, Gürcüstanın və Türkiyənin dövlət başçıları, ABŞ-nin energetika naziri, layihənin tərəfdaşları olan tanınmış xarici şirkətlərin səlahiyyətli nümayəndələri, neçə-neçə ölkənin jurnalistləri iştirak etdilər. Deməli, Bakı-Tbilisi-Ceyhan reallığa çevrilirdi. Artıq işə başlanmışdı, Azərbaycana və Gürcüstana - tikinti aparılacaq ərazilərə xaricdən alınan borular gətirilirdi. Layihənin mühüm bir mərhələsində - maliyyələşmə məsələləri həll edilərkən BTC-nin bədxahları yenidən səslərini qaldırdılar. Əvvəllər Azərbaycanda  bu kəməri dolduracaq qədər  neftin olmadığı barədə əsassız fikir yayanlar indi başqa uydurmaya əl atdılar. Belə ki, bir sıra qeyri-hökumət təşkilatları kəmərin Gürcüstanın "Borjomi" mineral su mənbəyinə ekoloji cəhətdən guya zərbə vuracağı fikrini ortaya atdılar. Onlar  tikintini maliyyələşdirəcək beynəlxalq qurumların ofisləri qarşısına toplaşaraq xəttin çəkilişinə etiraz edirdilər. Gürcüstan Respublikası dövlətinin və hökumətinin layihəni dəstəklədiyi, artıq işlərə start verildiyi bu məqamda sözügedən məsələ müəmma doğururdu. Demə, burada da erməni "əli" varmış.

O zaman AŞPA-nın sədr müavini olan İlham Əliyev məsələnin nədən və haradan qaynaqlandığını açıqladı. Belə ki, ermənilər BTC-nin reallaşma mərhələsinə qədəm qoyduğundan narahat olub internetdə sayt açmışdılar və Beynəlxalq Maliyyə Korporasiyasına, Dünya Bankına, digər beynəlxalq maliyyə qurumlarına layihə haqqında əks məlumat göndərirdilər. 

Lakin Ümummilli Lider layihənin həyata keçirilməsinin bütün mərhələlərində olduğu kimi, yenə də  "BTC olacaq, olacaq, olacaqdır!" deyirdi. Bu baxımdan 2003-cü ilin fevral ayında Vaşinqtonda keçirilən "Şərq-Qərb enerji dəhlizi reallıqdır" konfransında şəxsən iştirak etməyi qərara alması da təsadüfi deyildi. Tədbirin keçirildiyi günlərdə Heydər Əliyev ABŞ-nin  ovaxtkı  Prezidenti və  Vitse-prezidenti, ticarət naziri və energetika naziri ilə görüşdü. Azərbaycanın, Gürcüstanın və Türkiyənin səlahiyyətli nümayəndələri, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin rəhbəri Beynəlxalq Maliyyə Korporasiyasında oldular. BTC-nin maliyyələşdirilməsinə dair fikir mübadiləsi aparıldı. Sonra Ulu Öndər korporasiyanın rəhbərini qəbul etdi. Beləliklə, Heydər Əliyev dünyadakı hörmət və nüfuzu ilə BTC-ni bu dəfə də çətinlikdən çıxardı. 

BTC qalib gəldi! Azərbaycanın bədxahları yenə də məqsədlərinə çatmadılar. Ümummilli Liderin daha bir şah əsəri tarixdə özünə yer aldı. 2004-cü il fevralın 3-də Bakıda, "Gülüstan " sarayında Prezident 

İlham Əliyevin iştirakı ilə BTC layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar son sənədlər imzalandı. 

Bu gün BTC təkcə ölkəmizin deyil, bütün regionun həyatında mühüm rol oynayır. Bu kəmər Azərbaycana və ərazisindən keçdiyi ölkələrə birbaşa gəlirlər gətirməklə yanaşı, marşrut boyu yerləşən yaşayış məntəqələrinin icmalarının həyatına  sosial sərmayələri ilə də dəstək verir.

BTC-nin əhəmiyyəti həm də onun özündən sonra neçə-neçə nəhəng layihəyə yol açmasındadır. Başqa sözlə, Ümummilli Lider Heydər Əliyev bu nəhəng qurğunun təməlini qoydu, Prezident  İlham Əliyev bu işi uğurla davam  etdirərək  BTC-ni  möhtəşəm dəhlizlərə qovuşdurdu. Dövlətimizin başçısının dediyi kimi: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil edə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik". 

Xatırladaq ki,  uzunluğu 1768 kilometr olan BTC Xəzər regionundan  xam neft ixrac etmək üçün çəkilib. Kəmər Azərbaycanda 443, Gürcüstanda 249, Türkiyədə 1076 kilometr məsafə qət edir. Əvvəlcə gündə bir milyon barel neft ötürmək gücündə layihələndirilən boru xəttinin  gündəlik ötürücülük qabiliyyəti 2009-cu ilin yazından  1,2 milyon barelə çatdırılıb. Kəmərin 8 nasos stansiyası və 98 siyirtmə məntəqəsi var. Baş nasos stansiyası Səngəçalda yerləşir. İkinci stansiya da ölkəmizin ərazisində, Yevlax rayonundadır. Daha iki stansiya Gürcüstanda fəaliyyət göstərir. Qalan dörd stansiya Tükiyənin payına düşür. BTC-nin səhmdarları bunlardır: BP (30,10 faiz), SOCAR (25 faiz), MOL (8,90 faiz), "Ekvinor" (8,71 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "Total-Energies" (5 faiz), İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), "EksonMobil" (2,50 faiz) və ONGCVideş (2,36 faiz) şirkətləri.

Hazırda kəmərlə əsasən Azərbaycandan" Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşınır. Bundan əlavə, xəttə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də vurulur. Ümumilikdə indiyədək BTC vasitəsilə təqribən 576 milyon ton (4,3 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 5707 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Layihənin əməliyyatçısı olan BP-nin məlumatına görə, bu ilin birinci yarısında BTC ilə ixrac olunmuş təqribən 14 milyon ton (təxminən 110 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 150 tankerə yüklənib və dünya bazarlarına yola salınıb. 

BTC fəaliyyətini fasiləsiz və təhlükəsiz davam etdirir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərişıq" ASC-nin nümayəndələri Tovuzda sahibkarlarla görüş keçiriblər

02:39
09 Oktyabr

Azercell abunəçilərinin nəzərinə 

02:38
09 Oktyabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan beton məhlulunun satın alınması məqsədilə müsabiqə elan edir

02:38
09 Oktyabr

Ernesto Ottone: Bakıda keçiriləcək COP29 iqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir

23:58
08 Oktyabr

Petre Mamradze: Bəzi Qərb ölkələri Cənubi Qafqazda xaos və qarşıdurma yaratmaq istəyirlər

23:52
08 Oktyabr

Peskov Moskvada Zəngəzur dəhlizi məsələsinin müzakirə olunduğunu istisna etməyib

23:50
08 Oktyabr

Azərbaycanın və Belarusun media subyektləri arasında əməkdaşlıq genişləndirilə bilər  

23:41
08 Oktyabr

Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik 

22:57
08 Oktyabr

Norveç terror təhlükəsi səviyyəsini artırıb

22:53
08 Oktyabr

Prezident İlham Əliyev Moskvada “Rossiya 1” televiziya kanalına müsahibə verib

22:47
08 Oktyabr

BMT Efiopiyanın Amhara bölgəsində humanitar əməliyyatları dayandıra bilər

22:31
08 Oktyabr

Rusiyalı idmançı Barselonada həlak olub

22:16
08 Oktyabr

Prezident İlham Əliyev: Nankorluq ABŞ-ın Azərbaycana qarşı sanksiyaları kontekstində onunla bağlı istifadə olunacaq ən sərt söz deyil

21:57
08 Oktyabr

İtaliya jurnalı COP29-un əhəmiyyətindən yazıb

21:38
08 Oktyabr

Nazir Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

21:36
08 Oktyabr

Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib

21:19
08 Oktyabr

Ekspert: COP29-un Azərbaycana həvalə edilməsi çox böyük uğurdur 

21:06
08 Oktyabr

Azərbaycanda İkinci Dünya müharibəsinin iştirakçıları dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub

20:58
08 Oktyabr

Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4

20:53
08 Oktyabr

Prezident İlham Əliyev: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir

20:47
08 Oktyabr

Kamikadze məhv edildi  

20:31
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!