Ən qədim qılınc - Aslantəpənin 10 gücü
Bu gün əsasən muzeylərdə sərgilənən, bəzən isə qiymətli hədiyyə kimi satılan qılınc bir vaxtlar qanlı döyüşlərin ən strateji silahı olub. Qədim vaxtlarda həm də müdafiə vasitəsi olan qılıncın hazırlanmasının maraqlı tarixçəsi var.
Tarixdən məlum olan ən qədim nümunə Aslantəpə adlanan qılınclardır. Onlar Türkiyənin Malatya şəhərində yerləşən Aslantəpə kurqanından tapılıb. Burada aparılan qazıntılara Roma Sapienza Universitetinin professoru arxeoloq Marcella Frangipane rəhbərlik edib. O, arxeoloji tədqiqat zamanı kəşf edilən 9 qılıncın dünyanın ən qədim metal qılınc növü olduğunu vurğulayıb. 1976-cı ildə Aslantəpədə tapılan, 5 min yaşı olan bu qılınclar misdən hazırlanıb və bəzilərinin dəstəkləri gümüş naxışlarla bəzədilmiş formadadır.
Aslantəpə qılıncları 10 bənzər qılıncdan ibarətdir. 9-u Malatyada aşkar edilsə də, 10-cusu Venesiyadadır. Bu qılınc Venesiyadakı muzeylərdən birində 2017-ci ilə qədər yanlış eksponat kimi Orta əsr kolleksiyasında fərqli məlumatla sərgilənirdi. Arxeologiya üzrə doktorantura tələbəsi, italyan Vittoria Dall muzeyi ziyarət edərkən bu qılıncı görüb və ona aid lövhədə qeyd olunan tarixin doğru olmadığını düşünərək qılıncın yenidən tədqiq olunmasını təklif edib. İki ildən çox davam edən araşdırmalardan sonra arxeoloqun haqlı olduğu təsdiqlənib. Nəhayət, 5 min yaşlı qılınc Orta əsr nümunələri arasında sərgilənmək üçün çox qədim olduğu aşkarlandıqdan sonra əsl yerində yerləşdirilib.
Qılıncın Malatyadan Venesiyaya XIX əsrdə gedib çıxdığı güman edilir. Bu ehtimalın yaranmasına səbəb isə qılıncın yanında tapılan köhnəlmiş zərfdir. Zərfdə bunun hədiyyə olaraq XIX əsrdə yaşamış bir şairə bağışlandığı qeyd olunub. Onun da hədiyyəni özü ilə gedərkən Venesiyaya apardığı bildirilir. Bununla da qılıncın Venesiyaya bu üsulla getdiyi məlum olub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!