Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycan-Tacikistan münasibətlərində yeni tarixi yüksəliş dövrü başlayır
Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri iki dost ölkə arasındakı hərtərəfli münasibətlərin daha da inkişafına mühüm töhfə verəcək. Əlbəttə ki, dövlət səfərinin xüsusi statusu var və bu, Prezident İlham Əliyevin söylədiyi kimi, münasibətlərin bugünkü yüksək səviyyəsinin təzahürüdür.
Bu səfər çərçivəsində dövlət başçılarının keçirdikləri görüşlərdə müzakirə edilən məsələlər, qəbul edilən qərarlar, verilən tapşırıqlar onu deməyə əsas verir ki, artıq ölkələrarası münasibətlərdə yeni yüksəliş dövrü başlayır.
Ümumiyyətlə, Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Ölkələrimiz arasında əlaqələrin inkişafında Prezident İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Prezident İlham Əliyevin Tacikistana indiyədək altı dəfə səfər etməsi bunu təsdiqləyən reallıqdır.
İki ölkə arasında münasibətlər parlamentlər səviyyəsində də uğurla davam etdirilir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.
Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də "Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə" imzalanıb.
İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Prezident İlham Əliyevə Tacikistan Milli Universitetinin fəxri doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib.
Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir ki, bu da Azərbaycana marağı getdikcə artırır.
Prezidentlərin görüşündə də Orta dəhliz və onun bir hissəsi olan Trans-Xəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələlər ətraflı nəzərdən keçirildi. İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - şərqdən qərbə və əks-istiqamətdə, şimaldan cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır.
Səfər çərçivəsində ən mühüm hadisə isə iki dost ölkə arasında "Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə"nin imzalanması oldu. Prezidentlər bu sənədi tarixi hadisə adlandıraraq əhəmiyyətini çox yüksək dəyərləndirdilər.
Prezident İlham Əliyev: "Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Münasibətlərimizin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirən Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq. Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub".
Prezident Emoməli Rəhmon: "Bu gün biz dövlətlərarası münasibətlərimizin səviyyəsini strateji tərəfdaşlığa yüksəldən tarixi qərar qəbul etmişik. Bu qərar şübhəsiz ki, əməkdaşlığımızın tarixində yeni səhifə açır. Öz növbəmdə müntəzəm siyasi dialoqun bütün səviyyələrdə aparılmasının vacibliyini vurğulamaq istərdim".
Emoməli Rəhmon həmçinin vurğuladı ki, Tacikistanda Azərbaycan Prezidentinin ikitərəfli münasibətlərin inkişafına şəxsi töhfəsi yüksək qiymətləndirilir.
Beləliklə, bu səfər zamanı imzalanan müqavilələr ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini səciyyələndirir. Əlbəttə ki, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində İlham Əliyevin və Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır.
Prezident Emoməli Rəhmonun budəfəki dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayacaq. İki ölkənin rəhbərlərinin iştirakı ilə keçirilən görüşlərdə sənaye kooperasiyasının, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumət üzvlərinə konkret tapşırıqlar verilib. İlin sonunda Tacikistan Prezidenti yenidən ölkəmizə səfər edəcək. Çünki Prezident İlham Əliyev dost və həmkarını noyabrda Azərbaycanda keçiriləcək COP29 sammitinə dəvət edib. Təbii ki, səfər çərçivəsində dövlət başçıları verilən tapşırıqların yerinə yetirilməsinin vəziyyətini də nəzərdən keçirəcəklər.
Bir sözlə, əminliklə deyə bilərik ki, bu səfər zamanı əldə edilən razılaşmalar, xüsusən də strateji tərəfdaşlıq Bəyannaməsi Azərbaycan-Tacikistan münasibətlərinin möhkəm təməlinə çevriləcək.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib
Gürcüstanda keçiriləcək seçkilərdə 13 azərbaycanlı deputat mandatı uğrunda mübarizə aparacaq
Milli futbol liqaları FIFA-nı məhkəməyə verib
İntensiv yağıntılar nəticəsində bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın yardımını unutmayacaq
Böyük Britaniya Gürcüstanla dialoqu dondurdu
Qlobal dövlət borcu 100 trilyonu ötəcək
Macarıstanın Baş naziri COP29-da iştirak edəcək
Faktiki hava: Şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb
“Azərkosmos”un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib
Dövlət Komitəsi insanları mina təhlükəsi ilə bağlı xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırıb
Trampdan təklif: həmin gün ordudan istifadə edilməlidir
COP29 ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasının arxasında kimlər dayanır? – “EU Today”də məqalə
Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb
Şəhid ailələri işğaldan azad olunan rayonlara səfər ediblər
Albaniya parlamentinin sədrinə Bakıda keçiriləcək Parlament Konfransı barədə məlumat verilib
Azərbaycan neftinin qiyməti 78 dollara qədər azalıb
Çində yeni virus aşkarlandı
Vəkil köməkçilərinə vəkilliyə qəbul imtahanı ödənişində güzəşt olunacaq
AHİK nümayəndə heyəti Brüsseldə PARŞ İcraiyyə Komitəsinin iclasında iştirak edib
Əmək müqavilələrinin sayı artıb
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!