23 May 2024 14:21
283
Elm və texnika
A- A+

Elm və təhsil naziri: İki-beş ilə alim yetişdirmək mümkün deyil  

 

Doktorantura proqramları köklü dəyişməlidir. Azərbaycanda doktorantura tələbəsi bu və ya digər formada təlim almır.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mayın 23-də keçirilən VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransının açılış mərasimində söyləyib. Nazir bildirib ki, iki-beş ilə alim yetişdirmək mümkün deyil və burada səbirlə işləmək lazımdır.

“Bizim doktorantura tələbəsi magistraturanı bitirmiş bir mövzu ətrafında dissertasiya işi yazan şəxsdir. Əgər nisbətən irəliyə doğru gedən sistemlərə baxsaq, orada 3 il ərzində tələbə əsaslı şəkildə doktorantura proqramında təhsil alır, alətləri öyrənir, sonra tədqiqata başlayır. Ona görə də proses 5-6 il çəkir. Kredit əsaslı doktorantura proqramlarının yaradılması üçün tədqiqat, layihələrin maliyyələşdirilməsi, xaricdən alimlərin gətirilməsi, jurnalların, elmi mobilliyin maliyyələşdirilməsi alətlərini verilmiş maliyyə əsasında Azərbaycan universitetlərinə təqdim etməyə çalışırıq”.

Emin Əmrullayev Prezidentin müvafiq fərmanları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində doktorantura təhsili alan məzunların sayının 10-dan az olduğunu deyib. Bildirib ki, növbəti 2-3 ildə bu məzunların sayı yüzlərlə olacaq: “İnanıram ki, onlar ali təhsil müəssisələrində tədqiqat işlərini irəli aparmağa nail olacaqlar. 2022-ci ildə başlayan xaricdə təhsil proqramı vasitəsilə 100-ə qədər vətəndaşın top 10 universitetə qəbul olması gözlənilir. Onların təhsili Azərbaycan tərəfindən maliyyələşdiriləcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video