Eldar Qasımov və Nigar Camala «2011-ci ilin adamı» mükafatı təqdim olunmuşdur
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS şirkətlər qrupu "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycana qələbə sevincini yaşatmış Eldar Qasımov və Nigar Camalı "2011-ci ilin adamı" elan etmişlər.
AzərTAc xəbər verir ki, fevralın 7-də "Park İNN-Azərbaycan" mehmanxanasında mükafatın təqdim edilməsi mərasimi keçirilmişdir.
Mərasimi ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev açaraq demişdir ki, bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, dövlətimizin müsbət imicinin formalaşdırılması naminə sanballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülürlər. Bu sırada Eldar Qasımov və Nigar Camalın da özünəməxsus yeri vardır. Onlar bu ada ötən il bütün Avropada bayrağımızı qaldırmaqla əsl vətənpərvərlik nümunəsi göstərdiklərinə, Azərbaycanı beynəlxalq miqyasda daha yaxşı tanıtdırdıqlarına, ölkəmizin müsbət imicinin formalaşması baxımından əhəmiyyətli addım atdıqlarına, mədəniyyətimizin yüksək səviyyədə təbliğinə, nüfuzlu mahnı müsabiqəsinin Bakıya gətirilməsi ilə vətənimizə marağın artmasına səbəb olduqlarına və bununla da respublikamızın ümumi inkişafına sanballı töhfə verdiklərinə görə layiq görülmüşlər.
"İlin adamı" mükafatının artıq 11-ci dəfə təqdim edildiyini diqqətə çatdıran ANS şirkətlər qrupunun vitse-prezidenti Seyfulla Mustafayev bildirmişdir ki, ilk dəfədir mükafat bir deyil, iki nəfərə verilir.
S.Mustafayev demişdir ki, Eldar və Nigarın qələbəsi uzun illər erməni diasporunun daha möhkəm, daha güclü olması barədə rəyə sarsıdıcı zərbə vurmuşdur. Bu, Avropanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın birliyinin nəticəsi idi. Qalib gələn təkcə iki gəncin səsi deyildi. Bu uğur hamımızın verdiyi səslərin cəmi idi. Biz yarışa qədər çox ciddi təşkilati işlər görən, nailiyyətə etibarlı zəmin hazırlamaqla uğurun möhkəm təməlini qoyan ölkə rəhbərliyinin, Heydər Əliyev Fondunun və İctimai Televiziyanın zəhmətini xüsusi qiymətləndirməliyik.
ANS şirkətlər qrupunun vitse-prezidenti demişdir ki, bu qələbə Avropanın birincisi olan Azərbaycanı ildırım sürəti ilə məşhur etdi. İndi Avropanın elə bir ölkəsi tapılmaz ki, orada bu emosional duyğuların əks olunduğu səmimi sevgi mahnısı səslənməsin.
Milli Məclis deputatlarının, ölkəmizdə fəaliyyət göstərən səfirlərin və müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin, ziyalılar və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə "Eurovision-2011" qaliblərinin uğurlarını əks etdirən videoçarx nümayiş olunmuşdur.
Qaliblərə "İlin adamı" diplomları və məşhur "Raymond weil" saat şirkəti tərəfindən xüsusi hazırlanmış dəyərli qol saatları hədiyyə olunmuşdur.
Ənənəyə uyğun olaraq Çingiz Mustafayev Fondu və ANS şirkətlər qrupu adından qaliblərə həmçinin 4 min manat məbləğində pul mükafatı da təqdim edilmişdir.
Bütün tədbir iştirakçılarını salamlayan Eldar Qasımov və Nigar Camal mükafatlara görə ANS şirkətlər qrupuna və Çingiz Mustafayev Fonduna minnətdarlıqlarını bildirmişlər.
Mərasimdə "Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Azərbaycana qalibiyyət gətirən "Running Scared" mahnısını ifa etmişlər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
Təhlükəsizlik təmin olunacaqmı?
04 May
Ölkəmizdə ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
04 May
Gənc rəssamın rənglər dünyası
04 May
Ən çox alqışlanan "balaca əsgər"
04 May
"Su axar, çuxurunu tapar"
04 May
BP-dən Azərbaycanda kibertəhlükəsizlik üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!