17 May 2025 16:22
3881
Səhiyyə
A- A+
Əhliman Əmiraslanov: Ölkəmizdə ürək-damar cərrahiyyəsi sahəsində böyük uğurlar qazanılır  

Əhliman Əmiraslanov: Ölkəmizdə ürək-damar cərrahiyyəsi sahəsində böyük uğurlar qazanılır  


Vaxtilə SSRİ-nin 15 respublikasının heç də hamısında Kardiologiya İnstitutu yox idi. O zaman Azərbaycanda Elmi-Tədqiqat Kardiologiya İnstitutunu yaratmaq o qədər də asan deyildi. Bu, məhz Ulu Öndərin təşəbbüsü və təkidli tələbi ilə yarandı. O dövrdə belə institutların yaranması respublika səviyyəsində deyil, SSRİ rəhbərliyi səviyyəsində həll olunan məsələlər idi. Yəni, Ulu Öndər o dövrdə bu sahənin inkişafına xüsusi diqqət yetirirdi.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresdə deyib. O diqqətə çatdırıb ki, Ulu Öndərin qarşıya qoyduğu birinci məsələ kardiologiya sahəsində kadrların yetişdirilməsi və belə bir mərkəzin yaradılması idi. Belə bir qərar verildi ki, Mərkəzi Klinik Xəstəxanada yenidənqurma işləri aparılsın, yeni avadanlıqlar gətirilsin və bu sahədə mütəxəssislərin hazırlanmasına başlanılsın. O dövrdə belə bir mərkəzin yaradılmasında və bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsində qardaş Türkiyədən olan kardioloqların rolunu xüsusilə qeyd etmək istəyirəm. İlk açıq ürək əməliyyatları da Türkiyədən gəlmiş mütəxəssislərin rəhbərliyi ilə aparıldı. Sonradan bu sahədə mütəxəssislər hazırlanmağa başlanıldı.

“Yaxşı xatırlayıram, hələ 1992-ci ildə Tibb Universitetindən Türkiyəyə cəmi 10 nəfər göndərə bildik. Onlardan biri də professor Kamran Musayevdir. O zaman biz türk qardaşlarımız qarşısında məsələ qoyduq ki, hansı sahələr üzrə mütəxəssislər hazırlansın. Birinci yerdə ürək-damar cərrahiyyəsi sahəsində olan mütəxəssislərin hazırlanması məsələsi dururdu. Sonradan bu istiqamətdə göndərilən tələbələrin və mütəxəssislərin də sayı artmağa başladı.

Bu konqres Ulu Öndərin xatirəsinə həsr edilib. Çünki bu sahənin inkişafı Ulu Öndər tərəfindən qoyulub. Bütün sahələrdə olduğu kimi, səhiyyə, elm və təhsil sahəsində Ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizdə ürək-damar cərrahiyyəsi sahəsində böyük uğurlar qazanılır. Dünyada tanınmış mütəxəssislərin konqresdə iştirakı Azərbaycanda bu sahənin inkişaf etməsini və ön planda olmasını bir daha təsdiq edir. Bu gün açıq ürək əməliyyatları nəinki paytaxtda, bölgələrdə də keçirilir. Geniş imkanlara malik xəstəxanalarımız, mütəxəssislərimiz mövcuddur. Bu, bizi çox sevindirir”, - deyə Komitə sədri qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

Dövlət Komitəsi sədrinin müavini: Dini maarifləndirmədə ən etibarlı mənbə məhz məktəblərdir  

12:40
15 Dekabr

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub 

12:31
15 Dekabr

Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

12:09
15 Dekabr

Doqquz ayda Azərbaycana xaricdən 850 milyon dollar pul köçürülüb  

12:06
15 Dekabr

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb  

11:29
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!