21 Dekabr 2024 00:44
1016
Fərmanlar
A- A+
"Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 74-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 74-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 74-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.13-1-ci, 15-7.3.3-cü maddələrində, 15-15.3-1-ci maddəsinin birinci cümləsində, 15-15.3-2-ci, 15-17.3-1-ci, 15-19-1.2-ci maddələrində, 15-23-1.1-ci maddəsinin birinci cümləsində, 15-23-1.2-ci, 15-23-2.3-cü maddələrində və 15-26.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 15-15.3-2-ci, 15-17.3-1-ci, 15-19-1.2-ci, 15-23-1.2-ci və 15-23-2.3-cü maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 1.1.13-1-ci, 15-7.3.3-cü maddələrində, 15-15.3-1-ci və 15-23-1.1-ci maddələrinin birinci cümlələrində, 15-26.1-ci maddəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. beş ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.1.1. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 15-15.3-2-ci maddəsinə uyğun olaraq, pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləğinin hesablanması qaydasını;

2.1.2. həmin Qanunun 15-17.3-1-ci maddəsinə uyğun olaraq, dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması meyarlarını və qaydasını;

2.1.3. həmin Qanunun 15-19-1.2-ci maddəsinə uyğun olaraq, ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilənin nümunəvi formasını;

2.1.4. həmin Qanunun 15-23-1.2-ci maddəsinə uyğun olaraq, dərman vasitəsinin pozitiv siyahıya daxil edilməsi qaydasını və meyarlarını, habelə həmin siyahıdan çıxarılması əsaslarını;

2.1.5. həmin Qanunun 15-23-2.3-cü maddəsinə uyğun olaraq, icbari tibbi sığorta çərçivəsində dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi haqqında müqavilənin nümunəvi formasını və bağlanılması qaydasını;

2.2. "Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 74-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1639 (Cild I) ilə təsdiq edilmiş "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bəndə (birinci halda) "tibbi xidmətlərin" sözlərindən sonra ", habelə sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinin" sözləri əlavə edilsin;

3.2. 2-ci hissə üzrə:

3.2.1. 2.1-ci bənddə "baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin" sözləri "xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin, sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinin" sözləri ilə əvəz olunsun və həmin bəndə "xidmətlərə" sözündən sonra ",eləcə də dərman və tibb vasitələrinə" sözləri əlavə edilsin;

3.2.2.2.2.3-cü yarımbənddə "keyfiyyətinin və" sözləri "keyfiyyətinin, habelə tibbi xidmətlərdən, dərman və tibb vasitələrindən istifadənin" sözləri ilə əvəz edilsin;

3.3. 3-cü hissə üzrə:

3.3.1. 3.1.5-ci yarımbəndə "yüksəldilməsi" sözündən sonra ", habelə dərman və tibb vasitələrindən istifadənin səmərəliliyinin artırılması" sözləri əlavə edilsin;

3.3.2. 3.1.6-cı yarımbəndə "haqqında" sözündən sonra ", habelə aptek təşkilatları ilə ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında" sözləri əlavə edilsin;

3.3.3. 3.1.7-ci yarımbəndə "xidmətlərə" sözündən sonra ", buraxılmış dərman vasitələrinə" sözləri, "müəssisələrinə" sözündən sonra "və aptek təşkilatlarına" sözləri əlavə edilsin;

3.3.4. aşağıdakı məzmunda 3.1.9-2-ci yarımbənd əlavə edilsin:

"3.1.9-2. icbari tibbi sığorta çərçivəsində aptek təşkilatları tərəfindən buraxılan dərman vasitələrinin həcminin və buraxılma şərtlərinin tərəflərlə bağlanılmış müqavilənin şərtlərinə uyğun olmasına nəzarət edir;";

3.3.5. 3.1.11-ci yarımbəndə "tibb müəssisələrinin" sözlərindən sonra "və aptek təşkilatlarının" sözləri əlavə edilsin;

3.3.6.3.2.11-ci yarımbəndə "tibb müəssisələri" sözlərindən sonra ", həmçinin aptek təşkilatları" sözləri və "tibbi xidmətlərə" sözlərindən sonra ", habelə buraxılmış dərman vasitələrinə" sözləri əlavə edilsin;

3.3.7.3.2.13-cü yarımbəndə "keyfiyyətinin" sözündən sonra ", sığortaolunanlara buraxılan dərman vasitələrinin həcminin" sözləri əlavə edilsin;

3.3.8. 3.2.14-cü yarımbəndə "tibb müəssisələrinə" sözlərindən sonra ", habelə sığortaolunanlara buraxılan dərman vasitələri üçün aptek təşkilatlarına" sözləri əlavə edilsin;

3.4. aşağıdakı məzmunda 4.5.16-1-ci yarımbənd əlavə edilsin:

"4.5.16-1. dərman vasitələrinin pozitiv siyahısını və şərti kompensasiya məbləğini müəyyən edir;".

4. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 92(Cild I)  aşağıdakı dəyişikliklər edilsin:

4.1. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"6.1. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.5-ci, 1.1.13-cü, 1.1.13-1-ci, 1.1.14-cü, 15-2.2.1-ci, 15-3.1-15-3.3-cü, 15-4.1.6-cı, 15-5.1.1-ci, 15-6.1-15-6.3-cü, 15-7.1.4-cü, 15-7.3.3-cü, 15-9.1.8-ci, 15-9.1.11-ci maddələrində, 15-9.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 15-10.1.2-ci, 15-10.2-ci (hər iki halda), 15-11.2-15-11.5-ci, 15-11.7-ci, 15-11.9-cu, 15-13.1-ci, 15-13.2-ci, 15-14-cü, 15-15.1-ci, 15-15.2-ci maddələrində, 15-15.3-1-ci maddəsinin birinci cümləsində, 15-15.3-2-ci, 15-16.1-ci, 15-17.3-cü, 15-17.3-1-ci, 15-17.4-cü, 15-18.2-ci, 15-19-cu, 15-19-1.2-ci, 15-20.1-ci, 15-21.1.3-cü, 15-21.1.4-cü, 15-21.1-1-ci maddələrində, 15-21.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 15-21.5-ci, 15-23.2-ci maddələrində, 15-23-1.1-ci maddəsinin birinci cümləsində, 15-23-1.2-ci, 15-23-2.3-cü, 15-24.1-ci, 15-24.2-ci, 15-25.1-ci maddələrində, 15-26.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 15-26.3-cü və 15-26.4-cü maddələrinin ikinci cümlələrində, 15-27.1-ci, 15-27.2-ci, 16-1.1-ci, 16-1.2-ci maddələrində, 16-3-cü maddəsinin birinci (hər üç halda) və ikinci cümlələrində, 16-4.1-ci və 16-4.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;";

4.2. 6.3-cü bənddə "15-17.3-cü, 15-17.4-cü, 15-19-cu, 15-21.5-ci, 15-23.2-ci" sözləri "15-15.3-2-ci, 15-17.3-cü, 15-17.3-1-ci, 15-17.4-cü, 15-19-cu, 15-19-1.2-ci, 15-21.5-ci, 15-23.2-ci, 15-23-1.2-ci, 15-23-2.3-cü" sözləri ilə əvəz edilsin; 

4.3.  6.12-ci bənd aşağıdakı redaksiyada verilsin:

"6.12. həmin Qanunun 1.1.5-ci, 1.1.13-cü, 1.1.13-1-ci, 15-3.2-ci, 15-3.3-cü, 15-4.1.6-cı, 15-5.1.1-ci, 15-6.1-ci, 15-7.1.4-cü, 15-7.3.3-cü, 15-10.2-ci (ikinci halda), 15-13.1-ci, 15-14-cü maddələrində, 15-15.3-1-ci maddəsinin birinci cümləsində, 15-16.1-ci, 15-18.2-ci, 15-20.1-ci, 15-21.1.3-cü maddələrində, 15-21.3-cü və 15-23-1.1-ci maddələrinin birinci cümlələrində, 15-26.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 15-27.1-ci, 16-1.1-ci və 16-1.2-ci maddələrində "orqan (qurum)" dedikdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;";

4.4.6.13-cü bənddə "1.0.14-cü" sözləri "1.1.14-cü" sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 20 dekabr 2024-cü il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!