25 May 2026 16:13
136
CƏMİYYƏT
A- A+
Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb


Prezident İlham Əliyevin vəkillərin sayının artırılması, hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun inkişafına dair verdiyi tövsiyələr çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) üzvlüyə qəbul prosesini ardıcıl və məqsədyönlü şəkildə davam etdirir. Bu işin məntiqi davamı olaraq, yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran 71 namizəd üçün mayın 25-dən Ədliyyə Akademiyasında icbari təlimlərə start verilib.

Bu barədə VK-dan məlumat verilib.

Bildirilib ki, təlim proqramı gələcək vəkillərin peşə hazırlığının artırılmasına, praktiki bilik və bacarıqlarının möhkəmləndirilməsinə, vəkillik fəaliyyətinə dair etik və hüquqi tələblərin dərindən mənimsədilməsinə yönəlib.

Təlimin açılış mərasimində çıxış edən VK Rəyasət Heyətinin sədri Anar Bağırov namizədləri qarşıdan gələn müqəddəs Qurban bayramı və 28 May - Müstəqillik Günü münasibətilə təbrik edərək, bu mərhələnin peşəkar formalaşma baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Sədr bildirib ki, təlim proqramı yalnız nəzəri biliklərə deyil, həm də praktiki bacarıqların inkişafına, beynəlxalq təcrübənin öyrənilməsinə hesablanıb, habelə məzmunu müasir hüquqi çağırışlara uyğun formalaşdırılıb.

Anar Bağırov vəkilliyə qəbul prosesinə dair ətraflı məlumat verərək deyib ki, test mərhələsi kollegiya və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə tam şəffaf şəraitdə keçirilir. Şifahi mərhələdə isə videoyazı sisteminin tətbiqi və bütün namizədlərə eyni məzmunlu sualların verilməsi vasitəsilə prosesin obyektivliyi təmin olunur.

Sədr təlimə başlayan namizədlərin tərkibinə dair statistik göstəriciləri də diqqətə çatdıraraq söyləyib ki, 71 iştirakçının 31-i qadın, 40-ı kişidir. Namizədlərin 86 faizi, yəni 61 nəfəri 40 yaşadək olan şəxslərdir ki, bu da vəkillik institutunun getdikcə gəncləşdiyini açıq şəkildə ortaya qoyur. Təlim iştirakçılarının 91 faizi (65 nəfər) paytaxtdan, 9 faizi (6 nəfər) isə regionlardan müraciət edən şəxslərdir.

Həmçinin Anar Bağırov qeyd edib ki, son illər VK-da vəkillərin, vəkil köməkçilərinin və qadın vəkillərin sayında davamlı artım müşahidə olunur, institut cavanlaşır. Növbəti andiçmə mərasimindən sonra ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayının 3000 nəfəri keçəcəyi gözlənilir ki, bu da vətəndaşların hüquqi yardıma əlçatanlığının artırılması baxımından mühüm göstəricidir.

Son illər Azərbaycanda vəkilliyin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərə toxunan sədr deyib ki, vəkillik institutu ötən dövrlərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu müddətdə yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin əhəmiyyətli dərəcədə genişləndirildiyi, bir sıra nüfuzlu qurumlarla səmərəli tərəfdaşlıq münasibətlərinin qurulduğu və beynəlxalq hüquqi platformalarda Azərbaycan vəkilliyinin təmsilçiliyinin daha da gücləndiyi qeyd edilib. Eyni zamanda intizam, maliyyə və təşkilati məsələlər üzrə sistemli islahatların həyata keçirildiyi nəzərə çatdırılıb.

Anar Bağırov dövlət hesabına göstərilən hüquqi yardım mexanizminin genişləndirilməsinin kollegiyanın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayaraq bildirib ki, bu sahədə həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxış imkanları daha da artırılıb.

Sədr deyib ki, Ədliyyə Akademiyası ilə birgə hazırlanan təlim proqramları praktiki bilik və bacarıqların artırılmasına yönəlik kompleks yanaşma təqdim edir və bu sahədə sistemli, davamlı nəticələr əldə olunmasına zəmin yaradır. Anar Bağırov təlimlərin yüksək peşəkarlıqla təşkil olunduğunu vurğulayaraq göstərilən dəstəyə görə Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının rəhbərliyinə minnətdarlığını ifadə edib.

Bundan başqa, vəkillərin davamlı peşə hazırlığının və tədrisinin kollegiyanın əsas prioritet istiqamətlərindən biri olduğu xüsusi vurğulanıb. Qeyd olunub ki, vəkillərin bilik və bacarıqlarının artırılması, onların müasir hüquqi çağırışlara uyğun hazırlanması məqsədilə mütəmadi təlimlər, seminarlar və ixtisasartırma proqramları təşkil edilir.

Sədr kollegiyanın ictimai məsuliyyət layihələrinə, sosial və hüquqi maarifləndirmə aksiyalarına xüsusi önəm verdiyini, regionlarda mütəmadi hüquqi yardım və maarifləndirmə tədbirlərinin həyata keçirildiyini söyləyib.

Çıxış zamanı kollegiyanın yeni inzibati binası – “Vəkil Evi” barədə də məlumat verən Anar Bağırov bildirib ki, hazırda binada təmir-tikinti işləri uğurla davam etdirilir və yaxın müddətdə yekunlaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, Regional Vəkil bürolarının fəaliyyəti, maddi-texniki bazanın gücləndirilməsi və elektron xidmətlərin genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyi vurğulanıb.

Vəkillik etikası və peşə məsuliyyətinə ayrıca toxunan sədr deyib ki, hər bir vəkil öz peşə borcunu vicdanla və məsuliyyətlə yerinə yetirməli, etik davranış qaydalarına ciddi riayət etməli, vətəndaşlara yüksəkkeyfiyyətli hüquqi yardım göstərməli, formal fəaliyyət və qeyri-prosessual münasibətlərdən isə qəti şəkildə uzaq durmalıdır. Anar Bağırov vurğulayıb ki, etik normalara zidd davranışlar vəkillik institutunun nüfuzuna xələl gətirir, kollegiya bu kimi hallara qarşı həmişə prinsipial və qətiyyətli mövqe sərgiləyəcək.

Təlim çərçivəsində vəkillik institutunun inkişaf istiqamətləri və strateji hədəflər barədə də geniş məlumat verən Anar Bağırov Azərbaycan Prezidentinin "Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamının əhəmiyyətini xüsusi vurğulayıb. Bildirilib ki, həmin sənəd vəkillik fəaliyyətinin genişləndirilməsi, hüquqi yardımın əlçatanlığının artırılması və vəkil sayının yüksəldilməsi baxımından mühüm dönüş nöqtəsi olub.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş son dəyişikliklərə də toxunan sədr əlavə edib ki, vəkil peşəsinə qəbul üçün tələb olunan iş stajının üç ildən bir ilədək azaldılması hüquq sisteminin təkmilləşdirilməsi, vəkillik institutunun möhkəmləndirilməsi və müdafiə hüququnun effektiv təmin olunması istiqamətində atılmış mühüm addımdır.


Açılış mərasimi Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda əhatəli məruzəsi ilə davam edib, ardınca müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“WhatsApp”da yeni məxfilik funksiyası

20:16
25 May

“Volvo” yeni elektromobilini təqdim edib

20:07
25 May

“Google” ağıllı eynək bazarına yenidən qayıdır

19:59
25 May

Estoniya Respublikasının Prezidenti Alar Karisdən

19:55
25 May

Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb

19:55
25 May

“Meta”nın növbəti hədəfləri açıqlanıb

19:53
25 May

Pakistanda mikroavtobusla avtobusun toqquşması nəticəsində 17 nəfər həlak olub

19:49
25 May

Xarici turistlər Azərbaycanda ödənişləri öz milli valyutalarında edə biləcəklər

19:46
25 May

“Airbnb” fəaliyyətini genişləndirir

19:39
25 May

Apple Music AI musiqilərinə qarşı mübarizəni gücləndirir

19:09
25 May

Məhəmməd Bağır Qalibaf yenidən İran parlamentinin Sədri seçilib

19:06
25 May

Moldova Respublikasının Prezidenti Maya Sandudan

18:51
25 May

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

18:48
25 May

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

18:41
25 May

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

18:38
25 May

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

18:36
25 May

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

18:36
25 May

Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ

18:24
25 May

İşğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar  

18:11
25 May

Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb

18:07
25 May

Neftçalada Xəzər dənizinə nərə cinsli balıq körpələri buraxılıb  

17:36
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!