23 May 2024 16:12
275
CƏMİYYƏT
A- A+

Duzsuz yeməklərə duz dadı verən elektron qaşıq hazırlanıb

 

     Duz bir çox yeməyin vacib elementlərindən biri hesab olsa da, bəzi insanlar sağlamlıq problemlərinə görə bu ədviyyatdan istifadə etmirlər. Yaponiyanın “Kirin” şirkətinin istehsal etdiyi elektron qaşıq bu problemi həll edib. Yeni məhsul keçən il Nobel Mükafatlarının satirik versiyası olan “İqnobel” mükafatını qazanan texnologiyadan ilhamlanaraq hazırlanıb. Bu mükafat absurd və qeyri-adi texnologiyalara verilir.

Ötənilki qaliblərdən biri olan və iki yapon tədqiqatçısı tərəfindən hazırlanan texnologiya “chopstick”lərin duzlu dadı verməsini təmin edirdi. “Kirin” isə bu texnologiyanı kommersiyalaşdırıb, öz elektronik qaşıqlarına uyğunlaşdıraraq yeni məhsulunu təqdim edib. Şirkət insanlara duzu bir qaşıqla dadmağa imkan verməyi və sağlam yeməklərin daha çox istehlakını təşviq etməyi hədəfləyir.

Plastik və metaldan hazırlanmış qaşıq “İqnobel” mükafatını qazanan Meiji Universitetinin tədqiqatçısı və yapon professoru Homei Miyashita ilə birgə hazırlanıb. Texnologiya duzluluğu aşkar etmək üçün zəif elektrik yükünü ötürməklə dilin üzərindəki natrium ion molekullarını artırır. Təkrar doldurulan litium batareya ilə təchiz edilmiş qaşığın çəkisi 60 qramdır. Araşdırmalar nəticəsində qaşığın duz hissiyatını 50 faizə qədər artırdığı müşahidə edilib.

Yeni məhsulun 2025-ci ildə satışa çıxarılması gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video