19 Aprel 2025 08:35
629
SİYASƏT
A- A+
Dünya Fransaya layiq olduğu yeri göstərməlidir

Dünya Fransaya layiq olduğu yeri göstərməlidir


Bu ölkə açıq-aydın beynəlxalq prinsipləri pozur, ədaləti tapdalayır


Fransa prezidenti Emmanuel Makron bu gün özünü dünyaya "demokratiya" dərsi keçən kimi təqdim etməyə çalışır. Demək olar ki, dünyanın bütün qaynar nöqtələrində Fransanın adı qırmızı xətlə keçir. Baş verən müharibələrin hamısında "mələk" donu geyinmiş Parisin müstəsna xidmətləri var. 

Ya öz qlobal maraqları naminə xalqları qızışdırıb bir-birinə düşmən edir, yaxud da xalqları vuruşdurmaq üçün ölümsaçan silahlarını satır. Əgər Fransa haradasa özünü "barışdırıcı" kimi göstərməyə çalışırsa, bunda da məkrli məqsədi var. 

Ermənistanla Azərbaycan arasında münasibətlərin gərginləşməsində də bu ölkənin xidməti var. İki ölkə arasında fitilin keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun dönəmində Fransada yandırıldığını bilməyən yoxdur. 30 illik münaqişə dövründə ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransa problemin həllindən çox, status-kvonun saxlanmasına vasitəçilik missiyasını yerinə yetirməklə məşğul oldu.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində qeyd etdiyi kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiya Qarabağ probleminin həlli üçün heç bir əməli addım atmadı: "İşğala son qoyulması üçün Ermənistana heç bir təzyiq göstərilməyib, işğalçıya və işğaldan əziyyət çəkənə eyni cür yanaşılıb. İkinci Qarabağ müharibəsi ilə problem həll edildikdən sonra işğalla bağlı 30 ildir heç bir fəaliyyət göstərməyən Qərb ölkələri Azərbaycana təzyiq göstərməyə başlayıb. Öz ərazi bütövlüyünü təmin etdiyi üçün Azərbaycanı cəzalandırmağa çalışırlar. Onların başında Fransa, şəxsən Emmanuel Makron dayanır. BMT Təhlükəsizlik Şurasında müzakirələr keçirərək Azərbaycanı cəzalandırmaq istədilər. Avropa İttifaqında Azərbaycana sanksiya tətbiq etməyə çalışdılar". Nazir söyləyib ki, bu səylərin heç biri uğurlu olmayıb: "ABŞ-də də demokratların iqtidarı dövründə Ermənistana dəstək göstərilib və 30 il ərzində işğalçıya heç nə deməyiblər. Azərbaycan ərazi bütövlüyünü təmin edəndə cəzalandırmağa və təzyiq göstərməyə çalışıblar. Amma yeritdiyimiz müstəqil xarici siyasət, başda qardaşımız Türkiyə olmaqla, birlikdə dost ölkələrin dəstəyi sayəsində Qərbin planları puç olub".

Bu gün də Fransa ənənəvi rolunu oynayır. Öz maraqları naminə iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına mane olur. Ermənistanı silahlandırmaqdan çəkinmir. Dünyaya özünü "sülh göyərçini", "ədalət mücəssəməsi" kimi göstərməyə çalışan, müharibə aparan ölkələr arasında "barışdırıcı" kimi göstərən rəsmi Paris, əslində, "tarixi ənənələrini", neokolonialist siyasətini yürütməyə çalışır. 

Makronun sağalmaz mərəzə tutulması, dünyaya "demokratiya" dərsi keçmək həvəsi yalnız xaricdə yox, ölkə daxilində də ciddi narazılıqlar yaratmaqdadır. Mətbuatın yazdığına görə, Fransanın "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen bildirib ki, "Qərb daim Rusiyaya demokratiya dərsi keçməyə çalışır və indi Moskva bu dərsi "bumeranq" kimi geri qaytarıb. Fransa dünyada öz rolunu oynamalıdır. Lakin ölkə o qədər özünü diskreditə edib ki, müxalifət liderinə prezident seçkilərində iştirak etməyə icazə verilmir və bütün dünya bu zaman Fransada nə baş verdiyini soruşur". Fransalı siyasətçi Emmanuel Makrona yəqin demək istəyib ki, öz gözündə tir görməyən, özgə gözündə tük axtarmamalıdır. Fransanın dünyanın başına gətirdiyi bəlaları hamı görür və bilir. Ayağını asta bas... 

Bu arada Fransa prezidenti Emmanuel Makron "France 5" telekanalına açıqlamasında deyib: "Məqsədimiz iyun ayında Səudiyyə Ərəbistanı ilə bir konfransa həmsədrlik etməkdir və burada bir neçə ölkə tərəfindən qarşılıqlı tanınma üçün hərəkatı yekunlaşdıra bilərik".

Xatırladaq ki, 2024-cü ildə Makron artıq Fransanın Fələstini tanımağa hazır olduğunu bildirib. Eyni zamanda o vurğulayıb ki, bu cür tanınma "uyğun zamanda" baş verməlidir.

Makronun bu açıqlamasına İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun verdiyi cavab da olduqca maraqlıdı: "Yeni Kaledoniyanın müstəqilliyinə bəli! Fransız Polineziyasının müstəqilliyinə bəli! Bəli - Korsika üçün müstəqillik! Bask ölkəsinin müstəqilliyinə bəli! Fransız Qvianasının müstəqilliyinə bəli! Qərbi Afrikada yeni fransız imperializmini dayandırın!"

Yair Netanyahu "X" hesabında Fransa liderinin ünvanına nalayiq ifadələr işlətməkdən də çəkinməyib: "Cəhənnəmə get!"

Haqqı, ədaləti özündə yox, başqalarında axtaranların aqibəti heç də yaxşı olmur. Makronun apardığı siyasətin dünyaya ədalət yox, fəlakət gətirdiyini bütün dünya müşahidə etməkdədir. Elə bu səbəbdəndir ki, Fransa bu gün ciddi sınaq qarşısındadır. Qeyd edək ki, BMT Baş Assambleyasının 2 avqust 2021-ci il tarixli qətnaməsi ilə yaradılmış Daimi Forumunun 4-cü sessiyasında quldarlığın və kolonializmin səbəb olduğu ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görür. Beynəlxalq hüquq çərçivəsində dünyada kolonializmə qarşı mübarizə aparan, müstəmləkəçiliyin iyrənc fəsadlarını beynəlxalq müstəvidə ifşa edən Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Daimi Forum arasında qurulmuş əməkdaşlıq nəticəsində Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelup, Martinik, Kanaki (Yeni Kaledoniya), Sint Maarten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası nümayəndələrinin tədbirdə iştirakı təmin edilib. 

Tədbirdə çıxış edən BTQ-nin icraçı direktoru Abbas Abbasov rəhbərlik etdiyi təşkilatın dekolonizasiya istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verərək, Fransa və Niderlandın əsarəti altında olan ərazilərin bu gün də kolonial idarəetmədən əziyyət çəkdiyini təəssüflə xatırladıb.

BTQ-nin xətti ilə forumda iştirak edən Qvadelup, Sint Maarten, Reunyon, Martinik, Fransız Qvianasından olan nümayəndələr də çıxışlarında Fransa və Niderlandın kolonial siyasətini qınayıb, ölkələrinin tezliklə müstəqil olması üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

Bu arada 132 il davam edən işğal dövründə 1,5 milyondan artıq əlcəzairlini qətlə yetirən Fransa ilə Əlcəzair arasında münasibətlər daha da gərginləşib. Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşına 48 saat ərzində ölkəni tərk etmələrini əmr edib. Fransanın xarici işlər naziri bazar ertəsi Fransanın "Le Figaro" gündəlik nəşrində faktı təsdiqləyib. Bu qərarın Fransanın ərazisində cinayətlərdə şübhəli bilinən üç Əlcəzair vətəndaşının həbsinə cavab olduğunu vurğulayan Fransanın xarici işlər naziri Jan-Noel Baro həmin şəxslərin aprelin 11-də saxlanıldığını qeyd edib.

Əlcəzair bildirib ki, suverenliyinə qarşı istənilən müdaxiləyə sərt şəkildə reaksiya verəcək. Bu ölkənin Xarici İşlər Nazirliyi Fransanın xarici ticarət naziri Jan-Noel Baronun Əlcəzairin 12 Fransa konsulluq əməkdaşını 48 saat ərzində ölkəni tərk etməyə məcbur etməsini "ədalətsiz" adlandırmasına cavab olaraq öz növbəsində bildirib ki, bu qərar Fransada Əlcəzair konsulluğunun əməkdaşının nümayişkaranə şəkildə həbsinə cavab olaraq qəbul olunub. Fransanın bu hərəkəti diplomatik normaları və praktikanı açıq-aşkar pozmaqdır.

Əlcəzair Xarici İşlər Nazirliyi həmçinin Fransa daxili işlər naziri Bryuno Retayonu sərt tənqid edib. Bildirilib ki, o, yalnız şəxsi maraqları üçün "çirkli işlərlə" məşğuldur, siyasi anlayışdan məhrumdur və Əlcəzair-Fransa münasibətlərinə görə məsuliyyət daşıyır.

Əlcəzair tərəfi vurğulayıb ki, həbs olunan konsulluq əməkdaşı diplomatik toxunulmazlığa malikdir. Lakin Fransa hakimiyyəti ona "oğru kimi və alçaldıcı şəkildə" yanaşıb. Nazirlik diqqətə çatdırıb ki, bu hadisə Fransa və Əlcəzair prezidentlərinin telefon danışığından və Fransa xarici işlər nazirinin Əlcəzairə səfərindən sonra münasibətlərin sabitləşməyə başladığı bir vaxtda baş verib. Əlcəzair Xarici İşlər Nazirliyi vurğulayıb ki, Fransa daxili işlər nazirinin Əlcəzairin suverenliyini pozan istənilən gələcək addımı qarşılıqlı prinsip əsasında "qəti və adekvat" cavabla qarşılanacaq. 

Xatırladaq ki, 11 aprel tarixində Fransada müxalifətçi Amir Buxorsun ("Amir DZ" kimi tanınır) guya oğurlanması ilə əlaqədar olaraq üç əlcəzairli, o cümlədən konsulluq əməkdaşı həbs olunub. Onlar Fransada ağır cinayətlər törətməkdə ittiham olunurlar. 13 aprel tarixində Əlcəzair XİN Fransanın səfiri Stefan Romateyi çağıraraq etiraz notası təqdim edib. 14 apreldə isə Əlcəzair Fransa konsulluğunun 12 əməkdaşının 48 saat ərzində ölkəni tərk etməsini tələb edib.

Əlcəzair bu addımı ilə Fransaya yerini göstərdi. Necə deyərlər, "döymə taxta qapımı, döyərəm dəmir qapını". Amma dünya birliyi də Fransanı öz yerində otuzdurmalıdır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!