Dövlətinə güvənən güclü olar
Neçə ildir ki, Sumqayıtda yaşayıram. Uzun müddət müəllim işləmişəm, indi təqaüdçüyəm. Sumqayıtın böyük tikinti meydançalarından şəhərə çevrilməsinin, bugünkü müasir görkəmini almasının şahidiyəm. Onu da deyim ki, sumqayıtlılar ənənəvi, qədim şəhərlərin sakinlərindən bir qədər fərqlidirlər. Bura ötən əsrdə fəhlə şəhəri sayılardı. İnsanlar nisbətən ünsiyyətə açıq və sözü üzə deməkdən heç vaxt çəkinməyiblər.
Bunları yazmağımın səbəbi var. Şəhərimizdə icra hakimiyyəti tərəfindən ilin əvvəlində "Açıq mikrofon" günü keçirildi. İnsanların ən çox toplaşdığı yerdə mikrofon qoyuldu və çıxış etmək istəyənlər bir-bir yaxınlaşaraq birbaşa Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova öz qayğılarından və şəhərin problemlərindən danışdılar. İştirak etdiyim bu tədbirdə sərt danışanlar və emosiyalarını cilovlaya bilməyənlər, ürək sözlərini deyən və şəhərin inkişafı ilə bağlı ciddi təkliflər verənlər də oldu. Diqqətlə fikir verəndə belə qənaətə gəlmək olurdu ki, icra hakimiyyəti sadə insanlara öz işini tənqid etməyə imkan vermişdi. Çıxış edənləri səbirlə dinləmək, dialoqu müxtəlif təbəqələri təmsil edən insanların ümumi maraqları axarına yönəltmək o qədər də asan deyildi. O zaman içimdə şübhə də baş qaldırdı: görəsən, bir də "Açıq mikrofon" günləri keçiriləcəkmi?
Ancaq hər şey gözlədiyimin əksinə oldu. Şəhər icra hakimiyyəti bu səmimi və açıq görüşlərdən çəkinmədi və il ərzində 4 dəfə "Açıq mikrofon" günləri keçirdi.
Hər dəfə Eldar müəllim bütün çıxışları diqqətlə dinlədi, qaranlıq məqamları yerindəcə aydınlaşdırıb, dəqiq tapşırıqlarını verdi. Sonda görüşlərin hamısı həm şəhərin rəhbərləri, həm də sakinləri üçün faydalı və arzuolunan ünsiyyət növünə çevrildi. Bu tədbirlərdəki emosional gərginliyə, qaldırılan məsələlərin geniş spektrinə və hətta tənqidi fikirlərin yetərincə olmasına baxmayaraq, "Açıq mikrofon" günlərinin keçirilməsi ənənəyə və zərurətə çevrildi. Yerli hakimiyyətlə səhər sakinləri arasındakı qarşılıqlı inam daha da gücləndi.
3 mikrorayonda və bir qəsəbədə keçirilən 4 görüşdə şəhərin abadlığı, küçələrin işıqlandırılması, binaların dam örtüklərinin təmiri ilə bağlı qaldırılan məsələlərin böyük əksəriyyəti il ərzində həllini tapdı. Əhalinin haqlı şikayətləri nəzərə alındı, binaların dam örtükləri, fasadları təcili təmir edildi, küçələrə əl gəzdirildi, səliqə-sahman yaradıldı, şəhərin işıqlandırılmasına da fikir verildi. Son nəticədə şəhərin görkəmindən başqa, insanların yerli hakimiyyət orqanlarına münasibəti də dəyişdi, onların işgüzarlığına olan inam daha da gücləndi, etibar artdı. İcra hakimiyyəti öz nüfuzunu möhkəmlətməklə yanaşı 300 minlik şəhərin Azərbaycan dövlətinə və onun qüdrətinə olan inamını da real işlərdə xeyli artıra bildi.
Əkrəm RZAYEV,
Sumqayıt şəhəri, 10-cu mikrorayonda məhəllə Ağsaqqallar Şurasının sədri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!