02 Noyabr 2024 11:25
634
İQTİSADİYYAT
A- A+
Dövlət Xidməti: COP29 trafikinin kiberhücumlara və anomal hadisələrə qarşı mütəmadi monitorinqi təşkil edilib

Dövlət Xidməti: COP29 trafikinin kiberhücumlara və anomal hadisələrə qarşı mütəmadi monitorinqi təşkil edilib

COP29 ilə əlaqəli yaradılmış müxtəlif informasiya resursları əməliyyat mərkəzinin mütəxəssislərinin müraciətinə əsasən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən informasiya təhlükəsizliyi üzrə auditdən keçirilib, müvafiq məlumatlar və tövsiyələr Əməliyyat Şirkətinə təqdim olunub.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

“Tədbirin yüksək səviyyədə təşkili üçün əsas informasiya ehtiyatı “COP29.az” və hazırda 800-dən çox istifadəçisi olan elektron poçt xidməti xüsusi olaraq dövlət hostinq və mail sisteminə miqrasiya edilib və Xidmət tərəfindən 24/7 rejimində monitorinqi həyata keçirilməkdədir. Bununla yanaşı, “AzStateNet” dövlət şəbəkəsi üzərindən keçən COP29 trafikinin kiberhücumlara və anomal hadisələrə qarşı mütəmadi monitorinqi təşkil edilib. İnternet trafikinin kiberhücumlarından hücumlardan qorunmanı daha təkmil həyata keçirmək üçün Xidmətin əməkdaşları Almaniya Federativ Respublikasında bir həftəlik xüsusi təlim və təcrübə mübadiləsinə cəlb ediliblər”, - deyə Dövlət Xidmətinin məlumatında qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!