31 Yanvar 2026 08:55
1543
İQTİSADİYYAT
A- A+
Dövlət biznesin etibarlı güvəni, biznes dövlətin iqtisadi dayağıdır

Dövlət biznesin etibarlı güvəni, biznes dövlətin iqtisadi dayağıdır


Son illər Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində atılan addımlar real nəticələrlə müşayiət olunur. Dövlət biznesə yanaşmasını dəyişib: artıq yalnız nəzarət etmir, eyni zamanda sahibkarlara dəstək olur və onların inkişafını təşviq edir. Xüsusən kiçik və orta sahibkarlıq subyektləri üçün yaradılan imkanlar iqtisadi fəallığın güclənməsinə  xidmət edir.

Azərbaycanda  bu biznes subyektləri həm də məşğulluğun artırılmasında və innovasiyaların tətbiqində, eləcə də rəqabətqabiliyyətli iqtisadi mühitin formalaşdırılmasında vacib rol oynayır. Həmçinin iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təmin edilməsi məqsədilə sahibkarlara dövlət dəstəyi mexanizmləri ardıcıl şəkildə genişləndirilir. Bu baxımdan, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi çıxış edir. Maliyyə resurslarına çıxışın sadələşdirilməsi, vergi və gömrük güzəştləri, idarəetmə və struktur islahatları, eləcə də təlim və məsləhət xidmətləri sahibkarların fəaliyyətinin stimullaşdırılmasına xidmət edir. Dövlət və özəl sektor arasındakı əməkdaşlıq prinsipləri biznes mühitinin sağlam inkişafını təmin edir və yeni iqtisadi perspektivlər açır.

Sahibkarlara dövlət dəstəyi çərçivəsində güzəştli kreditlər, zəmanətlər və subsidiyalar bir çox biznes ideyasının həyata keçməsini mümkün edir. Əvvəllər maliyyə çatışmazlığı səbəbindən fəaliyyətə başlaya bilməyən və ya genişlənməkdə çətinlik çəkən sahibkarlar üçün indi bu dəstək mühüm stimul rolunu oynayır. Onun miqyası və real təsiri rəqəmlərdə də aydın şəkildə öz əksini tapır: bu il yanvarın 1-nə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 684 milyon manat kredit verilib ki, bunun da 147 milyon manatı 2025-ci ilin payına düşüb.

Xatırladaq ki, Prezident  İlham Əliyevin  2017-ci il  noyabrın 29-da imzaladığı fərmanla  ilk dəfə olaraq Azərbaycanda sahibkarların müvəkkil banklardan milli valyutada aldıqları kreditlərə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin subsidiya edilməsi mexanizmi tətbiq olunmağa başlanılıb. Bu mühüm qərar bankların kredit risklərinin azalmasına da şərait yaradıb. Qeyd edək ki,  sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək və kreditlər üzrə ödəniş yükünü yüngülləşdirmək məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına fond tərəfindən 2018-2024-cü illər ərzində sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərə görə, ümumilikdə 47,4 milyon manat subsidiya ayrılıb. Bu dəstək minlərlə sahibkarın fəaliyyətini davam etdirməsinə və biznesini genişləndirməsinə real imkan yaradıb.

Mexanizm çərçivəsində indiyədək zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay olub. Faiz subsidiyası hesabına sahibkarların ödəyəcəyi kreditlərin faktiki illik faiz dərəcəsi 6,8 faizə qədər endirilib. Hər bir sahibkara ayrılan kreditin həcmi isə biznesin ehtiyacına uyğun olaraq 30 min manatdan 5 milyon manata qədər dəyişib ki, bu da həm kiçik, həm də iri sahibkarlığın maliyyə imkanlarını əhəmiyyətli dərəcədə artırır. Kreditlər, əsasən, sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastruktur layihələrinə, həmçinin maşın və avadanlıq istehsalına, ticarət və xidmət sahələrinə yönəldilib. Fondun zəmanət və faiz subsidiyası mexanizmi ilə sahibkarlara ayrılan bu kreditlər vasitəsilə həyata keçiriləcək layihələr nəticəsində 6000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu da təbii ki, iqtisadi fəallığın artmasını və  regionlarda məşğulluğun genişlənməsini təmin edəcək.

Dövlətin sahibkarlara göstərdiyi dəstək yalnız maliyyə resursları  ilə məhdudlaşmır. Paralel olaraq həyata keçirilən təlim proqramları, maarifləndirmə tədbirləri və məsləhət xidmətləri biznes subyektlərinin bilik və bacarıqlarının artırılmasına xidmət edir. Xüsusilə gənc sahibkarlar və startaplar üçün yaradılan bu imkanlar yeni və innovativ ideyaların real iqtisadi nəticələrə çevrilməsinə şərait yaradır. Regionlarda sahibkarlığın sistemli şəkildə təşviqi isə yerli məşğulluğun genişlənməsinə, iqtisadi fəallığın artmasına və əhalinin sosial rifahının yüksəlməsinə imkan verir.

Qeyd etdiyimiz kimi, Azərbaycanda sahibkarlığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə biznes mühitinin əlverişli şəraitlə təmin edilməsi, sahibkarlara maliyyə və hərtərəfli  dəstəyin göstərilməsi, həmçinin biznesin fəaliyyətini asanlaşdıran qanunvericilik təşəbbüsləri iqtisadiyyatın dayanıqlı inkişafı üçün yol açır. Prezident İlham Əliyev sahibkarlarla müntəzəm görüşlər keçirir, yeni müəssisələrin açılışlarında iştirak edərək, onların fəaliyyətinə dövlət tərəfindən verilən dəstəyin əhəmiyyətini bir daha vurğulayır. Bu addımlar sahibkarların sosial məsuliyyətini artırır, biznes mühitində pozitiv dinamikanı gücləndirir.

Bu gün Azərbaycan Biznesinin İnkişafı Fondu (BİF), eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi  (KOBİA) ölkə sahibkarlarının maliyyə, təlim və məsləhət dəstəyi ilə bağlı fəaliyyətini uğurla davam etdirir. Dövlətin sahibkarlığa göstərdiyi hərtərəfli diqqət və dəstək milli iqtisadiyyatın inkişafına təkan verir, neftdənkənar sahənin güclənməsinə xidmət edir. Nəticə etibarilə sahibkarlara göstərilən dövlət dəstəyi ölkə iqtisadiyyatının güclənməsində, rəqabət qabiliyyətinin artmasında və sosial sabitliyin qorunmasında mühüm rol oynayır. Bu siyasətin davamlı və sistemli şəkildə həyata keçirilməsi gələcəkdə daha güclü biznes mühitinin formalaşacağına inam yaradır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

16:24
03 Fevral

Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5-də davam etdiriləcək  

16:22
03 Fevral

Geosiyasi proseslərə neft bazarı ucuzlaşma ilə reaksiya verir  

16:18
03 Fevral

“AnewZ” telekanalının yeni sənədli filmi - “Liviya Qəddafinin devrilməsindən 15 il sonra”  

16:16
03 Fevral

Baş prokuror İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:15
03 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

16:14
03 Fevral

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər  

16:12
03 Fevral

Cənubi Koreyada Afrika donuz taununa 6-cı yoluxma faktı təsdiqlənib

16:09
03 Fevral

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:05
03 Fevral

Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ-dan alınır  

16:05
03 Fevral

DSX: Xidmət zamanı fövqəladə hal yaranarsa, zəruri koordinasiya tədbirləri həyata keçirilir  

16:04
03 Fevral

“Azexport” portalı Yaxın Şərq bazarlarına ixrac imkanlarını genişləndirir  

16:01
03 Fevral

Əlcəzairdə 4 silahlı öldürülüb

16:00
03 Fevral

Gürcüstanın Baş naziri: Orta Dəhliz sabit, etibarlı tranzit marşrutudur  

15:59
03 Fevral

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşıb - STATİSTİKA 

15:56
03 Fevral

DSX: Cari ilin yanvarında dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

15:53
03 Fevral

Dövlət Agentliyi: Həkim və tibb personalı yeni tələblər barədə məlumatlandırılacaq

15:51
03 Fevral

Venesuela Vaşinqtona diplomatik missiya göndərəcək

15:50
03 Fevral

Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib  

15:49
03 Fevral

Sabah qar yağacaq, güclü külək əsəcək

15:47
03 Fevral

Rusiyada hərbi uçota düşməkdən imtina edən əcnəbi uşaqları vətəndaşlıqdan məhrum ola bilərlər  

15:46
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!