13 İyun 2025 08:00
1359
SİYASƏT
A- A+
Dostluq və qardaşlıq nümunəsi

Dostluq və qardaşlıq nümunəsi


Azərbaycan Prezidenti cənab İlham Əliyev hansı addımı atır, hansı işi görürsə, sonradan o, nümunəyə, örnəyə çevrilir.

44 günlük Zəfər müharibəsini yada salaq.

Azərbaycan ən yeni texnologiyalara əsaslanan ən yeni silahlarla vuruşdu!

Ən yeni strategiya və taktika tətbiq etdi!

Bir nəfər də olsun mülki vətəndaşa xətər toxundurmadı, dinc şəhər və kəndlərə bomba atmadı, mülki obyektləri raketlərlə, PUA-larla, dronlarla vurmadı.

Qisasını hərbi əməliyyatlar zamanı aldı, qələbəsini hərb meydanında mərdliklə qazandı!

Şuşa kimi qala şəhəri demək olar ki, yalın əllə, əsgər xəncərləri və lopatkaları vasitəsilə əlbəyaxa döyüşlərdə geri qaytardı.

Azərbaycanın müharibədə etdikləri bir sıra ölkələrin hərbi məktəblərində örnək, qabaqcıl təcrübə və nümunə kimi öyrənilir, tədris edilir.

Bu gün dünyanın müharibə gedən bölgələrində Azərbaycanın tətbiq etdiyi taktikadan, PUA-lardan, dronlardan geniş istifadə olunur.

Bircə fərq ondadır ki, Azərbaycanla müqayisədə mülki əhali daha çox ziyan çəkir, yaşayış məntəqələri kütləvi şəkildə dağıdılır, dinc əhali həlak olur, çoxsaylı xəsarət alır, yaralanır.

Bəli, Azərbaycan dostluğu da, düşmənçiliyi də mərdcəsinə, kişi kimi aparır!

İlham Əliyevin bu xarakteri və özünəxas mənəvi keyfiyyətləri get-gedə Azərbaycanın dostlarının sayını artırır, dostlarını isə qardaşlara çevirir!

Çünki Azərbaycan səmimidir, düzdür, təmizdir!

Təkcə özünü düşünmür, münasibət qurduğu dövlətlərin də maraqlarını qoruyur və təmin edir.

İlham Əliyev dediyini edir, verdiyi sözü yerinə yetirir, ona kömək üçün müraciət edənlərin əlini heç zaman havada asılı vəziyyətdə qoymur, dostcasına sıxır, imkan tapıb xahişini yerinə yetirir.

Artıq dünyada çətin gündə Azərbaycanı sınayaraq onunla ürəkdən dostluq edənlərin sayı ilbəil artır, çoxalır.

***

Qardaşlıq inam, etibar və sınaq nəticəsində yaranır.

Sınaq isə ən ağır, çətin və çıxılmaz məqamlarda baş tutur.

Yoxladın, sınadın və imtahandan keçirdinsə, inam və etibarın yaranır.

Dostluq belə təməl üzərində qurulur!

Qardaşlıq isə dostluğun ən yüksək, ali səviyyəsini təşkil edir.

"Rəcəb Tayyib Ərdoğan burada yoxdursa, mən burdayam..."

İlham Əliyevin bu mövqeyi və sözü az qala dostluğun etalonuna çevrilib.

Türkiyə Prezidentinin iştirak etmədiyi bir tədbirdə kimsə onun barəsində mənfi fikir söyləyə bilmədi!

Çünki həmin məclisdə sayın Ərdoğanın dostu və qardaşı İlham Əliyev iştirak edirdi və dərhal danışanın cavabını verirdi.

Bu gün biz bu dostluğu, qardaşlığı, doğmalığı Türkiyə, Pakistan və Azərbaycanın timsalında bütün parlaqlığı ilə yenidən görürük.

Laçın dağlarında, Şuşada baş tutan yeni görüşlər, müzakirələr, müqavilələr bir daha deyilənlərin təsdiqinə çevrildi.

***

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətləri sayəsində özünün ən yüksək nöqtəsinə çatıb.

Hətta Şuşa Bəyannaməsinin imzalanması ilə strateji müttəfiqliyə də çevrilib.

Birinci Qarabağ müharibəsi dövründə Türkiyə Azərbaycanın ehtiyac duyduğu iki mülki vertalyotu ona köməyə göndərə bilmədi...

Nə qədər dostluq, doğmalıq münasibətləri olsa belə.

Çünki Türkiyə NATO dövləti idi, onun icazəsi və razılığı olmadan belə bir addım ata bilməzdi.

İkinci Qarabağ müharibəsi başlayan andan isə Türkiyə bütün növ dəstəyi ilə Azərbaycanın yanında oldu!

Bunu təkcə Prezident Rəcəb Tayyib Ərdoğan deyil, Türkiyənin bütün rəsmiləri dönə-dönə, açıq şəkildə bəyan etdilər!

Hətta Türkiyənin F-16-ları Gəncə hava limanında yerləşmişdi!

Elə təkcə bu faktın özü düşmənin canına vicvicə salmışdı!

Artıq Türkiyə regional dövlətdən qlobal dövlətə çevrilmişdir.

Dünya siyasətində öz yeri, mövqeyi və xüsusi çəkisi var.

Əvvəla, dünyanın bütün dövlətləri onun hərbi qüdrətini açıq şəkildə etiraf edirlər.

İkincisi, Türkiyə öz maraqları naminə siyasət yürüdərkən kimsədən daha nə icazə alır, nə də razılıq.

Avropa İttifaqı məlum səbəb üzündən onu öz sırasına qəbul etmək istəmir...

NATO bəzi silahlardan Türkiyəyə vermir...

Türkiyənin artan gücü və nüfuzu bəzilərini qane etmir, hətta qıcıqlandırır.

Olsun!

Sonra?

Türkiyə Avropa İttifaqı olmadan da inkişaf edir və öz problemlərini özü yoluna qoyur!

Türkiyə müxtəlif bəhanələrlə ona vermək istəmədikləri silahların və müəyyən komponentlərin daha üstünlərini özü istehsal edir və ordusuna korluq çəkdirmir!

Üzdə Türkiyəyə dost və müttəfiq deyənlər uzun müddət PKK terroru vasitəsilə ona xeyli ziyan vurdular, günahsız insanların qurban getməsinin səbəbkarı oldular.

Nəhayət, qardaş Türkiyə öz gücü və imkanları sayəsində bu terrorçu qruplaşmanın sülh yolu ilə buraxılmasına nail oldu!

Türkiyə Suriyada, habelə Rusiya-Ukrayna müharibəsində sülh və əmin-amanlığın yaranmasına öz töhfələrini verir.

Azərbaycan da Türkiyəyə eyni məhəbbət və münasibətlə yanaşır.

Qəhrəmanmaraşda dağıdıcı zəlzələ baş verəndə bu faciələrə ən çox ağrıyan Azərbaycan oldu.

Xalqımız öz qardaşını tək qoymadı, əlindən gələn bütün köməklikləri etdi.

Artıq Qəhrəmanmaraşda Azərbaycanın hesabına salınan yeni yaşayış məhəlləsi öz sakinlərini qəbul etməyə hazırlaşır.

Türkiyəyə məxsus çoxsaylı şirkət isə Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində, yenidən qurulmasında xüsusi fəallıq göstərir.

***

Azərbaycanın sadiq dostlarından biri də Pakistandır.

Pakistan əhali sayı çox olan dövlətlərdən sayılır.

Yüksək texnologiyalara malikdir.

Pakistan həm də nüvə silahına sahib ilk müsəlman dövlətidir!

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Pakistan Azərbaycanın haqlı mövqeyini müdafiə edib.

Kimsə Azərbaycanı hədələmək istəyəndə Pakistan dərhal onun cavabını verib, Azərbaycanın yanında olduğunu açıq şəkildə söyləyib.

Azərbaycan da daim Kəşmir məsələsində Pakistanla bir olduğunu dönə-dönə bildirib.

Pakistanla Hindistan arasında son qarşıdurmada Azərbaycan öz mövqeyini dərhal açıq şəkildə bəyan etdi, Pakistanın yanında olduğunu nümayiş etdirdi.

Doğrudur, Pakistan hərbi gücünü çox qısa bir müddətdə göstərərək Hindistanı ağ bayraq qaldırmağa məcbur etdi.

Lakin bunadək Azərbaycan dost mövqeyini açıq formada ortaya qoymuşdu.

Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatıran Azərbaycan Pakistan iqtisadiyyatına da 2 milyard ABŞ dolları qoymağa hazırlaşır.

Laçında keçirilən ikinci Zirvə görüşündə bütün bu məsələlər barədə açıq söhbət getdi.

Bir-birlərinin uğur və nailiyyətlərinə sevinən, çətin günlərdə arxa duran dövlətlər dost və qardaş münasibətlərinə daim sadiq olduqlarını həm də əməli şəkildə göstərirlər.

Zirvə görüşündə hər üç liderin söylədiklərindən qısa nümunələri diqqətə çəkirik:

Azərbaycan Prezidenti İlham ƏLİYEV:

"Biz, həmçinin rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrini araşdırmalıyıq. Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcəkdir.

Eyni zamanda beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik".

Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN:

"Türkiyə, Azərbaycan və Pakistan olaraq, mütəmadi üçtərəfli Zirvə görüşləri və nazirlər səviyyəsində toplantılar təşkil etməklə əməkdaşlığımızı institusional səviyyəyə çatdıracağıq. Müdafiə sahəsində əməkdaşlığımızı dərinləşdirib terrorla mübarizə və transsərhəd təhdidlərə qarşı ortaq qətiyyətimizi davam etdirəcəyik. Ticarətin asanlaşdırılması, investisiyaların təşviqi və rəqəmsal transformasiya sahələrində müştərək addımlar atmağı hədəfləyirik".

Pakistanın Baş naziri Məhəmməd Şahbaz ŞƏRİF:

"Bugünkü dünyamızda ciddi çağırışlar, silahlı münaqişələr, iqlim dəyişikliyi, xəstəliklər və iqtisadi böhranlar mövcuddur. Bu səbəbdən ölkələrimiz bir araya gələrək münaqişəni rədd edir və mərhəməti seçir. Biz əminik ki, səbir və müdriklik nəticə etibarilə qalib gələcəkdir və firavanlığı təmin edəcəkdir. Bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Siz əzəmətli qaya kimi bizimlə bərabər dayandınız və biz tərəddüdsüz olaraq sizə etibar edirik. Biz silahdaş qardaşlar kimi sülhü, ədaləti və mənəvi dəyərləri hər zaman üstün tutacağıq".

Dostluq, qardaşlıq təkcə sözdə olmur!

Bu münasibətlər həm də əməldə, konkret işlərdə özünü göstərir.

Üç qardaş dövlət isə dəfələrlə belə sınaqlardan alnıaçıq və üzüağ çıxmışdır.

***

Deyirlər hər bir müqayisə nöqsanlı olur.

Lakin müqayisəsiz keçinmək də mümkün deyil.

Ermənistanın da kifayət qədər "dostları" var.

Lakin həmin "dostlar" bu alət millətdən kimlərəsə qarşı istifadə niyyəti güdürlər.

Bir satellit olaraq Ermənistanın kimlərləsə bölüşəsi nəyisə də yoxdur.

Dünyaca bir təriflədiyi "sülh kəsişməsi" layihəsi də relyef baxımından utopiyadır, Azərbaycanın razılığı olmadan reallaşması mümkün deyil, həm də onun çəkilmə xərcini kimsəninsə boynuna qoymaq istəyir.

Azərbaycan həmişə dostlarına öz imkanlarını, real layihələrini təklif edib.

Bu gün Orta dəhliz bütün komponentləri ilə işləyir, ona qoşulanlara fayda verə bilir.

Avropa dövlətləri sanksiyalar səbəbindən Rusiya qazından imtina edərək Azərbaycana üz çevirəndə ölkəmiz onları darda qoymadı.

Bu gün Azərbaycan 8-i Aİ üzvü olmaqla 12 dövlətə qaz ixrac edir və ixracın həcmini ilbəil artırır.

Tezliklə Azərbaycan "yaşıl enerji"sini də dünya bazarına çıxaracaqdır.

Həm də dostları ilə əməkdaşlıq şəklində!

Azərbaycan heç zaman dostluqda təmənna, fərqli maraq güdmür!

Kimin imkanı, gücü nəyə çatırsa, onunla razılaşır, mümkün dəstəyini göstərir.

Odur ki, dostluğu möhkəm, səmimi və faydalı, əməkdaşlığı isə qarşılıqlı maraqların təmininə söykənir.

Azərbaycanın dostluğunda şəxsi münasibətlər və elementlər daim özünü büruzə verir.

Laçın görüşlərində bir daha bunun şahidinə çevrildik.

Hər üç ölkənin lideri bir-birinə qardaş deyə müraciət edərək bağırlarına basır, isti və səmimi münasibətlərini, şəxsi simpatiyalarını gizlətmirdilər.

Həm də dar gündə birlikdə olacaqlarını açıq şəkildə bildirirdilər.

Bu, kimlərəsə xəbərdarlıq deyil, mövcud olanın və gözlənilənlərin bəyanıdır.

Əgər dünyanın bütün dövlət rəhbərləri bir-biri ilə Azərbaycanın dostları kimi mehriban olub qarşılıqlı maraqlara söykənən əməkdaşlıq qura bilsələr, nə müharibə olar, nə də nahaq qanlar tökülər.

Hamı bir-birinin imkanlarından bəhrələnərək rahat, firavan və təhlükəsiz yaşayar.



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında

03:17
28 İyul

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:16
28 İyul

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 465-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

03:15
28 İyul

N.E.Mustafayevanın Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

03:14
28 İyul

M.İ.Yevdayevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

03:14
28 İyul

Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında

03:13
28 İyul

Q.A.Zeynalovun Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında

03:13
28 İyul

Z.M.Əliyevin Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında

03:12
28 İyul

"Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

03:12
28 İyul

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Valyuta tənzimi haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 452-VIIQD nömrəli Qanununun tətbiqi və "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 353 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

03:11
28 İyul

"Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

03:11
28 İyul

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:08
28 İyul

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, zərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Lisenziyalar və icazələr haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 

03:03
28 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:00
28 İyul

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 26 dekabr tarixli 559 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:00
28 İyul

“Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

02:58
28 İyul

MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN(MƏSLƏHƏT XİDMƏTLƏRİ - ŞİRKƏTLƏRİN SEÇİMİ)

02:57
28 İyul

REQUEST FOR EXPRESSIONS OF INTEREST (CONSULTING SERVICES – FIRMS SELECTION)

02:56
28 İyul

Rumıniya Rusiya diplomatını ölkədən çıxarır

19:41
27 İyul

Tramp İranla danışıqlara daha bir şans vermək üçün hücumları dayandırmaq qərarına gəldiyini açıqlayıb

19:39
27 İyul

Qəbələ və Salyanda torpaqların konsolidasiyası üzrə pilot layihələr icra olunacaq

19:08
27 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!