08 Mart 2025 09:55
2186
İQTİSADİYYAT
A- A+
Dörd dost, dörd həmkar

Dörd dost, dörd həmkar


Azərbaycan  neftçiləri rusiyalı, qazaxıstanlı və özbəkistanlı həmkarları ilə ikitərəfli formatda uğurla əməkdaşlıq edirlər və bu günədək bir sıra layihələr həyata keçiriblər. İndi isə artıq səyləri birləşdirmək önəm daşıyır və buna görə də  çoxtərəfli əməkdaşlığın yeni mərhələsi başlanır.

Cari il martın 4-də Prezident İlham Əliyev Rusiyanın "Tatneft" şirkətinin baş direktoru Nail Maqanovu, Qazaxıstanın "KazMunayQaz" şirkətinin İdarə Heyətinin sədri Asxat Xassenovu və Özbəkistanın "Uzbeknefteqaz" şirkətinin İdarə Heyətinin sədri Baxodirjon Sidikovu qəbul edərkən də görüşün əsas mövzusu bu barədə olub. Dövlətimizin başçısı yeni mərhələnin başlanmasına hazırlıq işlərinin uğurla aparıldığını vurğulayıb. Birgə istehsal və dost ölkələrə sifarişlərin həyata keçirilməsi baxımından da dördtərəfli əməkdaşlığın rolu qeyd edilib.

Sözügedən hər üç şirkəti Azərbaycanda yaxşı tanıyırlar. İstər "KazMunayQaz", istər   "Uzbeknefteqaz", istərsə də "Tatneft"in adı çəkiləndə bu şirkətlər barədə bildiklərimiz, onların ölkəmizlə əməkdaşlığının ayrı-ayrı məqamları yada düşür. 

"KazMunayQaz"la (KMQ) əlaqələrimizin ən yeni səhifələrindən biri "Kaşaqan" yatağının neftinin Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə vurulmasıdır. Əvvəla xatırladaq ki, "KazMunayQaz" Qazaxıstanın dövlət neft-qaz şirkətidir. 2002-ci ildə "Kazaxoyl" və Neft-Qaz Nəqliyyatı şirkətlərinin birləşdirilməsi ilə təsis edilib. 2022-ci ildə isə "KazMunayQaz" və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında Qazaxıstan neftinin tranzitinə dair saziş imzalanıb. 2024-cü ilin martında KMQ və SOCAR arasında neftin Azərbaycan Respublikası ərazisindən tranzit həcminin mərhələli şəkildə artırılması ilə bağlı razılıq əldə edilib. Sənəd il ərzində tranzit həcminin 2,2 milyon tona qədər artırılmasını nəzərdə tutur.

Onu da qeyd edək ki, dost və qardaş Qazaxıstan BTC-nin çəkilişi ideyası yaranandan bəri bu layihəni həmişə dəstəkləyib.  1999-cu il noyabrın 18-də İstanbulda kəmərin tikintisi üçün həlledici rol oynayan sənədi Azərbaycanın, Gürcüstanın, Türkiyənin, ABŞ-nin dövlət başçıları ilə birgə Qazaxıstanın ovaxtkı prezidenti də imzalamışdı.

2005-ci il mayın 25-də Səngəçal terminalından BTC-yə ilk neft vuruldu. Bu həm də kəmərin Azərbaycan hissəsinin işə düşməsi demək idi. Bu münasibətlə Bakıda və Səngəçalda təntənəli mərasimlər keçirildi. Həmin vaxt da Qazaxıstan bizimlə idi.

Hazırda bu boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli"nin neftini və "Şahdəniz"in kondensatını daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

İndi BTC-yə Qazaxıstanın "Kaşaqan" yatağının nefti də vurulacaq. Bununla BTC polad kəmər kimi Azərbaycanla Qazaxıstanı bir-birinə daha da sıx birləşdirir.

Özbəkistanın neft-qaz sənayesinin mütəxəssisləri də azərbaycanlı həmkarlarına böyük hörmətlə yanaşır, onların bu sahədəki təcrübəsini yüksək qiymətləndirirlər. "Uzbekneteqaz"ın Azərbaycanda keçirilməsi artıq ənənə halını almış Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində dəfələrlə iştirak etməsi bunu bir daha təsdiqləyir.

"Uzbeknefteqaz" genişmiqyaslı iş aparır. Onun fəaliyyətinə karbohidrogenlərin hasilatı, emalı və satışı daxildir. Şirkət eləcə də təbii qazın nəqli - idxalı və ixracını həyata keçirir. 

Özbəkistanın neft yataqları əsasən Qaraqalpaq Muxtar Respublikasının, eləcə də Əndican, Buxara, Qaşqadərya, Nəməngan, Surxandərya və Fərqanə vilayətlərinin ərazisində yerləşir. Hasilatın əsas hissəsi ölkənin cənub-qərb regionlarındakı yataqlardan əldə olunur. Digər rayonlardakı neft hasilatı obyektləri həcmcə kiçikdir və quyuların debiti də böyük deyil.

Özbəkistan əsasən qaz yataqları ilə tanınır. "Qazlı" adından göründüyü kimi, ən zəngin mavi yanacaq mənbələrindən biridir. Burada az miqdarda neft və kondensat ehtiyatları da mövcuddur. Yatağın neftli-qazlı ərazisi 460 kvadratkilometrə çatır. Daha bir zəngin qaz-kondensat yatağı Buxara vilayətinin qərb hissəsində yerləşir. Bu, 1980-ci ildə kəşf edilən "Qandım" yatağıdır. 2010-cu ilin mart ayında kəşf olunmuş "Təvəkkəl" ölkənin gənc yataqlarındandır. Özbəkistanın daha neçə-neçə neft-qaz yatağının adını çəkmək mümkündür. 

Özbəkistanın neft-qaz emalı sahəsinə gəldikdə isə Şurtan, Mübarək, Üstyurd, Buxaradakı qaz-kimya komplekslərini, qaz emalı zavodlarını misal göstərmək olar. Bunlar böyük layihə gücü olan müəssisələrdir. 

Son illər Azərbaycan-Tatarıstan enerji əməkdaşlığının genişləndirilməsi istiqamətində də mühüm addımlar atılır. SOCAR-la "Tatneft" arasında başlanan işgüzar əlaqələr getdikcə enerji sektorunun digər sahələrinə də şaxələnir.  

Keçən ay Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri də  məhz bu məqsədə xidmət edirdi.  Belə ki, Energetika naziri Pərviz Şahbazovun nümayəndə heyəti ilə  görüşündə Azərbaycanla Tatarıstanın enerji şirkətləri arasında əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Neft və neft-kimya, təcrübə mübadiləsi, insan kapitalının inkişafı barədə söhbət gedib. Eləcə də elektrik enerjisi sahəsində yeni texnologiyaların tətbiqi ilə enerji obyektlərinin rəqəmsallaşdırılması, paylayıcı elektrik şəbəkələri obyektlərinin avtomatlaşdırılması, avadanlıqlar istehsalı kimi istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib. 

Tatarıstanlı qonaqlarla SOCAR-ın prezidenti Rövşən Nəcəf də görüşüb. Söhbət zamanı SOCAR-la "Tatneft" arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, iki şirkət arasında birgə reallaşdırılan layihələrin önəmi qeyd olunub.

Görüşdə Tatarıstan nümayəndə heyətində təmsil olunan şirkətlərin fəaliyyət sahələrinə dair məlumatlar təqdim edilib. SOCAR-la Tatarıstan şirkətləri arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. 

Xatırladaq ki, keçən ilin mart ayında SOCAR-la "Tatneft" arasında neft-kimya sahəsində qarşılıqlı fəaliyyətə dair Saziş və neft yatağında birgə işlərə dair Anlaşma Memorandumu imzalanmışdı. Bunun ardınca may ayında isə SOCAR və "Tatneft" arasında əməkdaşlığa dair Yol Xəritəsi imzalanmışdı. Bu sənədlə şirkətlər arasında neft hasilatı, emalı, neft və neft-kimya məhsullarının satışı, təcrübə mübadiləsi, insan kapitalının inkişafı və digər sahələr üzrə əməkdaşlıq nəzərdə tutulur.

Qeyd edək ki, "Tatneft" Rusiyanın beynəlxalq aləmdə tanınmış və qəbul edilmiş neft şirkətlərindəndir. Bu nəhəng istehsalat kompleksində neft və qaz yataqlarının geoloji kəşfiyyatı və işlənməsi, karbohidrogenlərin hasilatı və emalı, maşınqayırma, neft kimyası, yanacaqdoldurma, şin buraxılışı sahələri birləşib. "Tatneft" eləcə də maliyyə (bank və sığorta) sektoru şirkətlərinin kapitalında iştirak edir.

Prezident İlham Əliyev  bu üç şirkətin rəhbərlərini qəbul edərkən də söhbət zamanı yeni yaradılan əməkdaşlıq formatının perspektivləri barədə fikir mübadiləsi aparılııb və bu əməkdaşlığın ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəyinə inam ifadə olunub. Vurğulanıb ki, bu format çərçivəsində şirkətlər arasında fövqəladə halların aradan qaldırılması və birgə reaksiya qruplarının yaradılması, rəqəmsal texnologiyalar və proqram təminatı sahələrində işlərin optimallaşdırılması, müştərək satınalmaların təşkili, habelə müxtəlif sənaye sahələrinin inkişafı üzrə əməkdaşlıq nəzərdə tutulur. Həmçinin yeni əməkdaşlıq formatının digər xarici şirkətlərin qoşulması üçün  açıq  olduğu da qeyd edilib.


 Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:05
09 Noyabr

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 275-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:05
09 Noyabr

Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradla bağlı paylaşım edib VİDEO  

01:18
09 Noyabr

Bakıda keçirilən Hərbi parad dünyanın bir sıra ölkələrinin nüfuzlu media qurumlarında geniş işıqlandırılıb 

01:15
09 Noyabr

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - YENİLƏNİB  

01:13
09 Noyabr

Hilmi Daşdemir: 8 Noyabr Türk dünyasının yenidən tarix səhnəsinə çıxdığı gündür  

01:11
09 Noyabr

Laçında konsert: “Zəfərin Səsi" 

23:09
08 Noyabr

Şuşada möhtəşəm atəşfəşanlıq olub

22:40
08 Noyabr

Hidayət Heydərov İslamiadanın ikiqat qalibi olub, daha 3 cüdoçumuz medal qazanıb

22:02
08 Noyabr

Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazıb  

21:50
08 Noyabr

Xankəndidə Zəfər Günü ilə bağlı atəşfəşanlıq olub

21:36
08 Noyabr

Naxçıvanda Zəfər Gününün 5 illiyi münasibətilə möhtəşəm atəşfəşanlıq olub  

21:35
08 Noyabr

Yavuz Subaşı: 8 Noyabr Azərbaycan xalqının əzminin və qətiyyətinin ən parlaq göstəricisidir  

20:54
08 Noyabr

Professor Renyin Li: Çin süni intellekt sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır  

20:36
08 Noyabr

Türkiyənin və Şimali Kiprin aparıcı media qurumları Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradı geniş işıqlandırıblar  

20:31
08 Noyabr

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib YENİLƏNİB - 4

20:14
08 Noyabr

Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib 

20:06
08 Noyabr

Xankəndidə Zəfərimizin 5 illiyi möhtəşəm bayram coşqusu ilə qeyd olunub  

20:03
08 Noyabr

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən  

19:49
08 Noyabr

İslamiada: Azərbaycan boksçuları günü maksimum nəticə ilə başa vurublar  

19:36
08 Noyabr

Füzulidə Zəfər Günü tədbirləri atəşfəşanlıqla başa çatıb 

19:24
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!