27 Dekabr 2024 12:04
1148
PARLAMENT
A- A+
“Diplomatik xidmət haqqında” yeni qanun layihəsi təsdiqləndi

“Diplomatik xidmət haqqında” yeni qanun layihəsi təsdiqləndi


“Diplomatik xidmət haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin dekabrın 27-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

“Diplomatik xidmət haqqında” yeni qanun layihəsi beş fəsil və 31 maddədən ibarətdir. Layihənin hazırlanması prosesində diplomatik xidmət orqanlarının və həmin orqanlarda xidmət edən əməkdaşların fəaliyyətinin tənzimlənməsi ilə bağlı ehtiyac duyulan məsələlər araşdırılıb. Bununla yanaşı, diplomatik xidmət sahəsində beynəlxalq təcrübə və dövlət qulluğu sahəsində Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının aidiyyəti normaları öyrənilib. Layihə diplomatik xidmət sahəsinin müasir tələblərə uyğun təşkilini və hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir. Yeni qanun diplomatik xidmətdə tənzimlənməyən aktual məsələlərin həllinə, hüquqi əsasların yenilənməsinə, əməkdaşların hüquq və vəzifələrinin dəqiq müəyyən edilməsinə, rotasiya və beynəlxalq təşkilatlarda fəaliyyət kimi bir sıra mühüm məsələlərin həllinə yönəlib.

Layihəyə əsasən, diplomatik xidməti orqanı əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsi və diplomatik xidmət əməkdaşlarının attestasiyası həyata keçiriləcək. Xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi vəzifələrində xidmət keçən diplomatik xidmət əməkdaşları istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən, müvafiq diplomatik və ya inzibati vəzifədə təqvim ilinin sonunadək azı altı ay daimi xidmət (qulluq) keçən diplomatik xidmət orqanı əməkdaşlarının xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir.

Peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi, habelə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən diplomatik vəzifəyə təyin edilən diplomatik xidmət əməkdaşlarının (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən diplomatik rütbə verilən və xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi vəzifələrində xidmət keçən diplomatik xidmət əməkdaşları istisna olmaqla) attestasiyası keçirilir. Yalnız müvafiq diplomatik vəzifədə azı bir il daimi xidmət keçən diplomatik xidmət əməkdaşları attestasiyadan keçirilə bilərlər. Diplomatik xidmət əməkdaşlarının attestasiyası beş ildə bir dəfədən çox olmayaraq keçirilir və bu zaman onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır.

Qeyd edilənlər nəzərə alınmaqla, diplomatik nümayəndəliklərdə və konsulluqlarda xidmət keçən diplomatik xidmət əməkdaşları rotasiya əsasında geri çağırıldıqdan sonra attestasiyadan keçirilirlər. Diplomatik xidmət əməkdaşlarının attestasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyən etdiyi qaydada həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İki ayda Qəbələyə 13 min 209 turist gəlib

12:28
13 Mart

Sürücülər arasında daha çox rast gəlinən 5 təhlükəli vərdiş

12:01
13 Mart

Baş nazir: Son 7 ildə 4 milyon insanı əhatə edən sosial islahatlar həyata keçirilib  

11:53
13 Mart

Anar Bağırov: Andiçmədən sonra vəkillərin sayı artacaq

11:51
13 Mart

Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb

11:49
13 Mart

Şəki və Qəbələdə 1500-ə yaxın ağac əkilib

11:48
13 Mart

Konstitusiya Məhkəməsinin sədri: Vəkillik Azərbaycanda institusional təsisat kimi çox böyük yol keçib  

11:46
13 Mart

Bakı Forumunda “Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə” mövzusunda müzakirələr başlayıb  

11:42
13 Mart

Azərbaycanda ÜDM-in həcmi 1,4 faiz artıb

11:36
13 Mart

Əli Əsədov: Vaşinqton Zirvə Görüşü regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şərait yaradıb  

11:32
13 Mart

Baş nazir: Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığı etibarlı şəkildə təmin olunmaqdadır  

11:29
13 Mart

BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyalarla bağlı gərgin müzakirələr 

11:29
13 Mart

Baş nazir: 2025-ci il Azərbaycan üçün siyasi sabitliyin daha da gücləndiyi mühüm mərhələ kimi yadda qalıb  

11:18
13 Mart

Səfir: “İki sessiya” dünyaya Çinin sabit inkişafını nümayiş etdirib

11:17
13 Mart

Ədliyyə Nazirliyi bələdiyyələrə metodoloji dəstək göstərir  

11:13
13 Mart

ÜST-nin Baş direktoru Bakıda yeni pandemiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib  

11:08
13 Mart

Parlamentdə Nazirlər Kabinetinin hesabatı dinlənilir  

11:03
13 Mart

Nazir: Orta Dəhliz qarşılıqlı yük tranziti baxımından mühüm əhəmiyyət kəsb edir

11:01
13 Mart

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:51
13 Mart

Azərbaycan neftinin qiyməti 105 dolları ötüb 

10:40
13 Mart

Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir

10:39
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!