11 Avqust 2025 20:32
577
CƏMİYYƏT
A- A+
Diaspor Gənclərinin VI Yay Düşərgəsi başa çatıb

Diaspor Gənclərinin VI Yay Düşərgəsi başa çatıb

Diasporla İş üzrə Dövlət Komitəsinin Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsi başa çatıb.

Komitədən AZƏRTAC-a bildirilib ki, Xankəndi şəhərində təşkil olunan düşərgənin bağlanış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edib. Natiqlər gənclərin inkişafının dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, bu mühüm tədbirin onların milli kimliyinin gücləndirilməsi, diaspor şəbəkələrinin genişləndirilməsi, icmalaşma prosesinin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyətini qeyd ediblər.

Mərasimdə düşərgə ilə bağlı geniş videomaterial göstərilib, iştirakçılara və diaspor könüllülərinə sertifikatlar, intellektual oyunların qalibi olan “Xankəndi” və “Zəfər” komandalarına hədiyyələr təqdim edilib.

Xankəndi şəhərindən böyük təəssüratla ayrılan düşərgə iştirakçıları ilk dəfə səfər etdikləri Qarabağda unudulmaz bir həftə keçirdiklərinə, dünya azərbaycanlı gəncləri ilə bir araya gəldiklərinə görə təşkilatçılara minnətdarlıqlarını bildirib, bu layihənin uzunömürlü olmasını arzulayıblar. Gənclər Qarabağın işğalı, müharibə və postmüharibə dövrü ilə bağlı müfəssəl məlumat almaq, işğaldan azad olunan ərazilərə həyatın yenidən qayıtdığını, regionda sülh və ədalətin bərpasını müşahidə etmək üçün düşərgənin böyük fürsət olduğunu dilə gətiriblər.

Düşərgə iştirakçıları, həmçinin Prezident İlham Əliyevin ABŞ-dakı görüşünü - möhtəşəm tarixi anları böyük maraq, coşqu və həyəcanla izləməsini, 61 ölkəni təmsil edən bu qədər gəncin dövlət başçısını bir arada dəstəkləməsini həyatlarının unudulmaz anı kimi xatırlayacaqlarını ifadə ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızının aparıcılığı ilə keçən tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Xatırladaq ki, avqustun 3-dən 9-na kimi davam edən Diaspor Gənclərinin VI Yay Düşərgəsinə 61 ölkədən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqları təmsil edən gənclər qatılıb. Gənclərin düşərgə çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İşğaldan azad olunmuş rayonlardakı nümayəndələri ilə, diplomatlarla, ölkəmizin görkəmli mədəniyyət xadimləri və məşhur idmançılarla, şəhid ailələri və qazilərlə, Xankəndidə, eləcə də Qərbi Azərbaycanda doğulub-böyüyən ziyalılarla görüşləri təşkil olunub. Onlar, eyni zamanda, işğaldan azad olunan rayonlara səfər edib, Azərbaycan dili dərslərində, əyləncəli, intellektual oyun və yarışlarda, müxtəlif istiqamətli təlimlərdə biliklərini artırıblar.

Diaspor gənclərinin bundan əvvəlki yay düşərgələri Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin irihəcmli və uzunmüddətli layihələrindən olan Diaspor Gənclərinin Yay düşərgələri həm ölkə daxilində, həm də diaspor arasında böyük rəğbətlə qarşılanıb, xüsusi marağa səbəb olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib

22:58
04 Mart

Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının bir hissəsi ölkəyə təxliyə edilib 

22:55
04 Mart

Azərbaycan XİN: Qətərdə olan 200 nəfər vətəndaşımızın təxliyəsi istiqamətində iş aparılır  

22:54
04 Mart

İrandan təxliyə davam edir - 8 ölkənin vətəndaşları “Astara” buraxılış məntəqəsindən keçib

22:13
04 Mart

Braziliya səfiri də daxil olmaqla üç ölkənin diplomatları Azərbaycana təxliyə olunub 

21:46
04 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:36
04 Mart

Azərbaycan Kuboku: “Şamaxı”nı üstələyən “Qarabağ” yarımfinala yüksəlib

21:18
04 Mart

Nazir: Londonda Azərbaycan–Böyük Britaniya əməkdaşlığının texnoloji gündəliyi müəyyənləşdirilib  

21:07
04 Mart

“Yeni reallıqlar və müasir Azərbaycan: aktual çağırışlar fonunda gələcəyə baxış”

20:46
04 Mart

Azərbaycanın turizm potensialı “ITB Berlin 2026” sərgisində təbliğ olunur

20:32
04 Mart

Qətərin dörd sənaye şirkəti istehsalı dayandırıb

19:53
04 Mart

Türkmənistanın əfsanəvi milli atüstü oyunlar qrupundan Bakıda möhtəşəm şou Y

19:39
04 Mart

Pentaqon rəhbəri: ABŞ İranda müasir döyüş sursatlarından daha az istifadə edəcək  

19:36
04 Mart

İran hərbi gəmisinin batması nəticəsində azı 80 nəfər ölüb

19:31
04 Mart

Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinə Fəxri fərmanlar təqdim olunub

19:28
04 Mart

Böyük Britaniyada Çinə casusluq etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb

19:24
04 Mart

Ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilib, 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub

19:02
04 Mart

İsrail Hərbi Hava Qüvvələri Tehranın hava limanına zərbə endirib

19:01
04 Mart

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan ölkəmizə ekstradisiya edilir  

18:51
04 Mart

Misirə doğru hərəkət edən Rusiya gəmisi batıb

18:47
04 Mart

Nazir müavini: Bu il aliment ödəməkdən yayınan 4299 borclu barəsində protokol tərtib edilib

18:43
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!