08 Oktyabr 2025 14:56
1063
Mədəniyyət
A- A+
Deputat: Kitab təhsilin inkişafı və millətin mənəvi yüksəlişinin əsas amilidir

Deputat: Kitab təhsilin inkişafı və millətin mənəvi yüksəlişinin əsas amilidir


Hər bir xalqın mədəniyyəti, təhsili və elminin inkişafı mahiyyət etibarilə dövlətin özünün inkişafıdır. Axı bilik və maarifçilik ictimai tərəqqinin möhkəm bünövrəsini təşkil edir. Kitablar bir xalqın təhsilinin inkişafına, nailiyyətlərinə, mənəvi yüksəlişinə töhfə verən əsas amillərdəndir. İnformasiya texnologiyalarının sürətlə inkişaf etməsinə baxmayaraq, kitab sevgisi və mütaliə vərdişi olmadan davamlı və harmonik inkişafı təsəvvür etmək mümkün deyil.

Bu sözləri Milli Məclisin deputatı Ziyad Səmədzadə XI Bakı Beynəlxalq Kitab Sərgisində AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

“Builki sərgi mənim üçün çox maraqlı oldu. Azərbaycan xalqının ən layiqli nümayəndələri ilə burada görüşmək məni həqiqətən də sevindirdi. Bir neçə gün sərgidə iştirak etdim, pavilyonları gəzdim, ziyarətçilərin üzündə əsl sevinc və ruh yüksəkliyi müşahidə etdim”, -deyə deputat təəssüratlarını bölüşüb.

Onun sözlərinə görə, sərginin yaratdığı əsas təəssürat ondan ibarətdir ki, Azərbaycan bu gün bütün dünyada öz milli dəyərlərini və adət-ənənələrini qoruyub saxlayan, elmə və təhsilə qayğı göstərən ölkə kimi tanınır.

“Azərbaycan mədəniyyətinin nə qədər zəngin və çoxşaxəli olduğuna bir daha əmin oldum. Nəşriyyatlarımız həqiqətən gözəl, qürur duya biləcəyimiz mənalı əsərlər təqdim ediblər”, -deyə Z.Səmədzadə qeyd edib.

Milli Məclisin deputatı vurğulayıb ki, bu cür sərgilər mütəmadi olaraq keçirilməlidir, çünki onlar insanların kitabların sehrli dünyasına qərq olmasına xüsusi ab-hava yaradır. O əlavə edib: “Çox şadam ki, nəşriyyatlarımızın əvvəllər üzləşdiyi çətinliklər tədricən aradan qaldırılır və kitabsevərlərin sayı ildən-ilə artır”.

AZƏRTAC-ın fəaliyyətindən danışan deputat Azərbaycan Dövlət İnformasiya Agentliyinin ölkəmizdə ən mühüm və etibarlı obyektiv informasiya mənbələrindən biri olduğunu vurğulayıb.

“Agentlik uzun illər ərzində üzərinə düşən nəcib missiyanı - dövlət siyasətinin mahiyyətini geniş auditoriyaya çatdırmaq, ictimai rəyi formalaşdırmaq, milli dəyərlərə inamı gücləndirmək kimi vəzifələri böyük peşəkarlıq və məsuliyyətlə yerinə yetirib. Agentliyin ən mühüm nailiyyətlərindən biri də 44 günlük Vətən müharibəsinin işıqlandırılmasında fədakarcasına iştirakı olub. AZƏRTAC ordumuzun yanında dayanaraq cəbhədən gələn xoş xəbərləri operativ və doğru şəkildə ictimaiyyətə çatdırırdı. Bu, təkcə yüksək peşəkarlığın nümayişi deyil, həm də səmimi vətənpərvərlik və vətəndaş məsuliyyətinin örnəyi idi”, - deyən parlament üzvü müsahibənin sonunda AZƏRTAC-ın fəaliyyətinin Azərbaycanın müstəqillik tarixi, ölkəmizin mədəni və mənəvi inkişafı, onun beynəlxalq imicinin möhkəmlənməsi ilə ayrılmaz şəkildə bağlı olduğunu vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3 milyard dollara çatıb  

12:08
14 Noyabr

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

12:07
14 Noyabr

Azərbaycan neftinin qiyməti 66 dolları ötüb  

11:53
14 Noyabr

“Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına  

11:50
14 Noyabr

Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub  

11:36
14 Noyabr

Kiyevə hava hücumu olub, ölənlər və xəsarət alanlar var

11:33
14 Noyabr

Balakən Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub  

11:33
14 Noyabr

Ekspert: Mərkəzi Asiyanın Rusiya və Çinlə qonşuluğu onu ABŞ üçün mühüm regiona çevirir  

10:55
14 Noyabr

Ağalı sakini: O vaxt 15 yaşım vardı, indi övladlarımla qayıdıram

10:25
14 Noyabr

Keçmiş məcburi köçkün: Atam həmişə deyirdi ki, biz qayıdacağıq

10:25
14 Noyabr

Belemdə COP31 sammitinə ev sahibliyi məsələsi hələ də açıq qalır

10:24
14 Noyabr

Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç karvanı yola salınıb  

10:21
14 Noyabr

“OpenAI” GPT-5.1-i təqdim etdi: daha “ağıllı” və daha fərdiləşdirilmiş süni intellekt  

10:20
14 Noyabr

NYT: Pentaqon F-35-lərin Ər-Riyada tədarükü zamanı həssas texnologiyanın Çinə sızmasından narahatdır  

10:19
14 Noyabr

Kiyev raket və dronlarla vurulur, dağıntılar var  

10:04
14 Noyabr

Media: Pentaqon Venesualaya qarşı hərbi əməliyyatlara hazırlaşır

10:03
14 Noyabr

Bənzərsiz rolları ilə tamaşaçı rəğbətini qazanmışdır

09:00
14 Noyabr

Ən böyük qazancı sevgi və alqışlardır 

08:55
14 Noyabr

Şirin mərəzin fəsadları

08:50
14 Noyabr

"Azexport"un əlaqələri genişlənir

08:45
14 Noyabr

Kiber məkanda insan hüquqlarına təhdidlər və onlara qarşı mübarizə

08:40
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!