23 Yanvar 2026 08:55
525
İQTİSADİYYAT
A- A+
Daş Salahlı kəndindən 9 ölkəyə məhsul ixrac olunur

Daş Salahlı kəndindən 9 ölkəyə məhsul ixrac olunur


Ölkəmizin iqtisadi imkanları artdıqca, xüsusən kəndlərimizdə uzun illərdən bəri yığılıb qalmış problemlərin həlli sürətlənir. Bu hesaba Qazaxın Daş Salahlı kəndi də istisna deyil. Görülən genişmiqyaslı işlər kəndin simasını başdan-başa dəyişmişdir. 

Daş Salahlı rayonun ən böyük kəndlərindən biridir. Kənd 2550 evdən və 3000-dək təsərrüfatdan ibarətdir. Bu gün kəndin ərazisində yerləşən müəssisələrdən dünyanın 9 ölkəsinə məhsul ixrac olunur və 10 mindən çox sakini olan kənd əhalisinin əksəriyyəti həmin müəssisələrdə işləyir.    

Son illər kəndin abadlaşdırılması istiqamətində genişmiqyaslı tikinti və quruculuq işləri aparılır, işıq, qaz, su və rabitə sahələrində əsaslı dönüş yaradılır. Kəndin ərazisindəki 30 kilometr uzunluğunda olan yollara çınqıl tökülmüş və yollar hamarlanmışdır. Kəndin işıqlandırılması sahəsində də xeyli iş görülmüşdür. Köhnə elektrik dayaqları yenisi ilə əvəz edilmiş, sip kabellər çəkilmişdir. Kəndin mərkəzindən keçən 300 metrlik hissəyə yeni işıq dayaqları basdırılmışdır. Şəxsi evlərlə yanaşı, kənddə olan sahibkarlıq obyektlərinin əraziləri də abadlaşdırılaraq müasir görkəmə salınmışdır. Yol kənarlarına ağaclar əkilmiş, kənddəki poçt binası, eləcə də 2 və 3 saylı körpələr evi-uşaq bağçaları əsaslı şəkildə təmir olunmuşdur.

Dövlət başçısı dəfələrlə demişdir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Odur ki, hər bir rəhbər işçinin əsas vəzifəsi vətəndaşları narahat edən problemləri, qaldırdıqları məsələləri, səsləndirdikləri fikirləri dinləmək, onların həlli istiqamətində əməli işlər görməkdir. Bu baxımdan rayon rəhbərliyi kənd və qəsəbələrin, o cümlədən Daş Salahlının abadlaşdırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirirlər. Məsələn, təkcə son vaxtlar kənddə su xətti çəkilmiş, subartezian quyusu qazılmış, arxlar təmizlənmiş, bankomat qoyulmuş, Şəhidlər xiyabanı təmir olunmuş və digər işlər görülmüşdür. Ümumilikdə ötən illər ərzində kənd sakinləri tərəfindən qaldırılmış 51 məsələnin 31-i müsbət həll edilmişdir.

Birinci Qarabağ müharibəsində, həmçinin 44 günlük Vətən savaşında Daş Salahlı kəndinin 23 igid oğlu şəhidlik zirvəsinə ucalmışdır. Yalnız 44 günlük Vətən müharibəsində 2 nəfər müharibə əlili olmuşdur. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsində Daş Salahlı kəndindən 162 nəfər iştirak etmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı zamanı qanları ilə tarix yazan qəhrəmanlarımız arasında da Daş Salahlıdan oğullar olmuşdur.

Son illər kənddə aqrar sahənin inkişafı, əkin sahələrinin genişləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Nəticədə 2016-cı ildən indiyədək  əkin sahəsi 1980,8 hektardan 2514,3 hektara çatmışdır. Əkin sahələrinin su təminatının yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülmüşdür. Yeri gəlmişkən, qeyd edək ki, Abbasbəyli kəndində yerləşən Coğazçay su anbarından Daş Salahlı kəndinə gələn köhnə dəmir borular istismar müddətini başa vurduğu üçün kənd əhalisinin məişət suyu ilə təminatında müəyyən çətinliklər yaranmışdı. Daş Salahlı kənd bələdiyyəsi tərəfindən sözügedən dəmir borular yeni polietilen borularla əvəzlənmişdir. Bundan başqa, kənddə 10 subartezian quyusu sakinlərin istifadəsinə verilmişdir.

Əhalinin məşğulluğunun təmin olunması istiqamətində də xeyli iş görülmüşdür. 97 nəfər özünüməşğulluq proqramına cəlb olunmuşdur. Onlardan 1 nəfəri şəhid ailəsi üzvü, 26 nəfəri Vətən müharibəsi əlili,  70 nəfəri aztəminatlıdır.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azəralüminium”un ixrac gəlirləri 47 faizdən çox artıb

11:43
04 Mart

Nazir: Gələcəkdə qış idman növlərində də uğurlu nəticələr qazanacağımıza inanırıq

11:39
04 Mart

İrandan təxliyə - Azyaşlı üzvləri olan ailə Azərbaycana gətirilib 

11:34
04 Mart

Cənub Qaz Dəhlizi sabitlik və enerji təhlükəsizliyi platformasıdır  

11:21
04 Mart

Beynəlxalq axtarışda olan daha iki təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib

11:12
04 Mart

Anar Quliyev: Regionların şəhərsalma nöqteyi- nəzərdən balanslı inkişafının təmin edilməsi əsas prioritetlərdəndir  

11:07
04 Mart

Yaxın Şərq: Genişmiqyaslı köçkünlük və təchizat zəncirinin qırılması

11:01
04 Mart

Neft qiymətləri 2020-ci ildən bəri ən kəskin şəkildə bahalaşır

10:52
04 Mart

Ötən gün narkotiklərlə əlaqədar 31 fakt müəyyən edilib

10:31
04 Mart

Dünya bazarında qızıl 46 dollardan çox bahalaşıb 

10:26
04 Mart

Dünya birjalarında neft bahalaşıb 

10:21
04 Mart

Azərbaycan neftinin qiyməti 86 dolları ötüb

10:13
04 Mart

Azərbaycanın ev sahibliyi etdiyi xizək alpinizmi üzrə nüfuzlu yarışlar açıq elan olunub

10:07
04 Mart

Macarıstan iqtisadiyyatı enerji şokunun təzyiqi altında  

09:57
04 Mart

“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq  

09:54
04 Mart

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatı start götürür

09:23
04 Mart

Ermənistanda sülhə doğru atılan addımlar revanşistləri narahat edir

09:05
04 Mart

Daşkəsəndə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənclərlə görüş keçirilmişdir

09:00
04 Mart

Naxçıvan: Qədim karvan yolundan müasir nəqliyyat qovşağına

08:55
04 Mart

Baharın və Böyük qayıdışın addım səsləri bir-birinə qarışıb

08:50
04 Mart

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır

08:45
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!