26 Avqust 2026 08:45
54
İQTİSADİYYAT
A- A+
Daha çox turistdən daha geniş turizmə 

Daha çox turistdən daha geniş turizmə 


Azərbaycanın 2026-2030-cu illər üçün yeni turizm strategiyası bu sahədə keyfiyyət və rəqabətlilik mərhələsini hədəfləyir


Bu gün dünyada turizm səyahət və istirahət çərçivəsini çoxdan aşıb. Qlobal iqtisadi tərəqqi, geosiyasi proseslər, iqlim dəyişmələri və texnologiyanın sürətli yüksəlişi turizm sektorunun qarşısında yeni tələblər formalaşdırır. Müasir turistin seçimləri tez-tez dəyişir, yeni səyahətçi seqmentləri meydana çıxır. Və bütün bunlar ölkələrin turizm siyasətinə yeni yanaşmalar gətirir.

Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" məhz bu sadalananların fonunda ölkənin turizm sektorunun qarşıdakı dövr üçün inkişaf istiqamətlərini müəyyənləşdirir. Sənəddə turizm ölkə iqtisadiyyatının mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir. Eləcə də regionlarda yeni imkanlar yaratması, məşğulluğu artırması və neftdənkənar sahənin inkişafını sürətləndirməsi hədəflənir. Turizmin Azərbaycanın beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynadığı vurğulanır. 

Sənədin ilk hissəsindən aydın görünür ki, Azərbaycanın yeni turizm siyasəti yalnız turist sayının artırılmasına hesablanmayıb. Burada əsas məqsəd daha rəqabətqabiliyyətli, dayanıqlı, rəqəmsal və şaxələndirilmiş turizm modeli formalaşdırmaqdır. Dünya turizmində müşahidə olunan yeni meyillər göstərir ki, müasir turist artıq yalnız istirahət üçün məkan axtarmır. O, keyfiyyətli xidmət, fərdi təcrübə, təhlükəsizlik, ekoloji məsuliyyət və rəqəmsal rahatlıq gözləyir. Dövlət proqramı da məhz bu dəyişən tələblərə uyğunlaşmanı, Azərbaycanın ayrı-ayrı bölgələrinin vahid turizm destinasiyalarına çevrilməsini və turizmin ölkənin iqtisadi inkişafında daha böyük paya sahib olmasını nəzərdə tutur. Məqsəd təkcə ayrı-ayrı turizm obyektlərini inkişaf etdirməkdən ibarət deyil. Əsas hədəf bölgələrdə bu sahə üçün mövcud olan imkanları birləşdirərək onları cəlbedici və dayanıqlı turizm məkanlarına çevirməkdir.

Dövlət proqramının növbəti hissəsində isə indiyədək həyata keçirilən tədbirlər və əldə olunan nəticələr diqqətə çatdırılır. Görülən işlər turizm sahəsində idarəetmə sisteminin gücləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, ölkənin turizm imkanlarının beynəlxalq səviyyədə tanıdılmasına yönəlib. Viza rejiminin sadələşdirilməsi, hava əlaqələrinin genişləndirilməsi, milli turizm brendinin formalaşdırılması, mədəni və təbiət marşrutlarının yaradılması, kənd və sağlamlıq turizminin inkişafı bu istiqamətdə atılan əsas addımlar sırasındadır. Qarabağ və Şərqi Zəngəzurda turizm infrastrukturunun qurulması da sektorun gələcək inkişafı baxımından yeni imkanlar yaradır.

Bu siyasətin nəticələri turizmin iqtisadi göstəricilərində də özünü göstərir. 2025-ci ildə turizm üçün xarakterik sahələrdə yaradılan əlavə dəyər 7 milyard manata yaxınlaşıb, sektorun iqtisadiyyatda payı 5,4 faizə yüksəlib. Xüsusilə qeyd edək ki,  turizm xidmətlərinin ixracından ölkəyə əhəmiyyətli həcmdə xarici valyuta daxil olub ki, nəticədə məşğulluq artıb. Bu göstəricilər turizmin artıq ölkə iqtisadiyyatında xeyli dərəcədə yer tutduğunu göstərir.

Yalnız bunlarmı? Əlbəttə ki, dövlət proqramı turizmdə əldə olunan nəticələrlə kifayətlənmir və qarşıda duran problemləri də müəyyənləşdirir. Azərbaycanın turizm baxımından əlçatanlığının artırılması, turist bazarlarının şaxələndirilməsi, mövsümiliyin azaldılması, investisiyaların genişləndirilməsi, peşəkar kadr hazırlığının və xidmət keyfiyyətinin yüksəldilməsi əsas məsələlər sırasında göstərilir. Beləliklə, sənəd bir tərəfdən Azərbaycanın turizm sektorunda son illər formalaşan inkişaf dinamikasını ortaya qoyur, digər tərəfdən isə növbəti mərhələdə görülməli işlərin istiqamətini müəyyənləşdirir. 

Dövlət proqramında turizm sektorunun inkişafını sürətləndirəcək konkret dəstək və təşviq mexanizmlərinin yaradılması da nəzərdə tutulur. Bu baxımdan xüsusilə sahibkarlığın dəstəklənməsi, investisiyaların artırılması və regionların turizm potensialının hərəkətə gətirilməsi diqqət çəkir. Belə ki, bu sahədə fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə, ölkəyə əcnəbi turist gətirən turoperatorlara və yerləşmə infrastrukturu yaradan investorlara subsidiya dəstəyinin verilməsi planlaşdırılır. Çarter reyslərinin təşkilinə çəkilən xərclərin kompensasiyası üçün də yeni subsidiya mexanizminin yaradılması nəzərdə tutulur. Bu addımların əsas məqsədi turizm biznesinin genişlənməsinə, ölkəyə turist axınının artırılmasına və regionlarda yeni turizm imkanlarının formalaşmasına əlavə stimul verməkdir.

Proqramda 2027-2030-cu illərdə üç yeni turizm və rekreasiya zonasının yaradılması da nəzərdə tutulur. Bununla yanaşı, turizm sənayesində innovasiyaların təşviqi üçün müsabiqələrin keçirilməsi və seçiləcək pilot layihələrə dəstək göstərilməsi planlaşdırılır. Beləliklə, dövlət dəstəyi yalnız mövcud turizm imkanlarının genişləndirilməsinə deyil, həm də yeni ideyaların, müasir xidmətlərin və innovativ layihələrin sektora gətirilməsinə yönəlir.

Göründüyü kimi, dövlət proqramında nəzərdə tutulan əsas məsələ ölkəyə gələn hər bir turist üçün daha keyfiyyətli və fərqli təcrübə yaratmaq, regionların turizm potensialını iqtisadi dəyərə çevirmək və bu sahənin yaratdığı faydanı cəmiyyətin daha geniş təbəqələrinə çatdırmaqdır. Təbii ki, bu tədbirlərin ardıcıl həyata keçirilməsi Azərbaycanın həm daxili, həm də beynəlxalq turizm bazarında mövqeyini daha da gücləndirəcək. Qlobal trendlərə uyğunlaşan, innovasiyalara açıq və təbii-mədəni irsi qoruyan turizm modeli isə ölkənin dayanıqlı iqtisadi inkişafının yeni dayaqlarından birinə çevrilmək imkanına malikdir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mədəniyyət xəzinəmizin əbədi inciləri

08:50
26 Avqust

Daha çox turistdən daha geniş turizmə 

08:45
26 Avqust

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında "yaşıl" körpü olacaq

08:40
26 Avqust

Rəqəmsal inkişafın mərkəzində duran Azərbaycan reallığı

08:35
26 Avqust

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə: nəticələr və prioritet istiqamətlər

08:30
26 Avqust

Azərbaycan yeni dünya düzəninin formalaşmasında iştirak edən ölkədir

08:25
26 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri türk dünyasının inteqrasiyasına böyük təkan verir

08:20
26 Avqust

Yeni uğurlar, yeni hədəflər: Özbəkistanla milyardlıq ticarət əlaqələrimiz qurulacaq

08:15
26 Avqust

Qəhrəmanlıq tariximizin daha bir səhifəsi

08:10
26 Avqust

LAÇIN: Zəfər və quruculuq meydanı

08:05
26 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq

08:00
26 Avqust

2026-cı ildə Bakı şəhərində keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

02:16
26 Avqust

"Dənizkənarı Bulvar İdarəsi" və "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi" publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında

02:15
26 Avqust

Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında

02:14
26 Avqust

"Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:14
26 Avqust

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

02:00
26 Avqust

“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində! 

23:24
25 Avqust

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

23:12
25 Avqust

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub

21:44
25 Avqust

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

21:23
25 Avqust

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

21:13
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!