18 Noyabr 2026 11:05
567
CƏMİYYƏT
A- A+
COP31-də binalarda enerji səmərəliliyinin artırılmasında bələdiyyələrin rolu mövzusunda müzakirə təşkil olunub  

COP31-də binalarda enerji səmərəliliyinin artırılmasında bələdiyyələrin rolu mövzusunda müzakirə təşkil olunub  


Türkiyənin Antalya şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində “Binalarda enerji səmərəliliyi: yerli özünüidarəetmə orqanları” mövzusunda panel müzakirəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (ABMA) sədri Təmraz Tağıyev və Assosiasiyanın baş məsləhətçisi Rövşən Məmmədov təmsil edibLƏR.

Panel çərçivəsində binalarda enerji istehlakının optimallaşdırılması, enerji resurslarından səmərəli istifadə, ekoloji dayanıqlılığın gücləndirilməsi və iqlim siyasətinin yerli səviyyədə həyata keçirilməsində bələdiyyələrin rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələrdə çıxış edən Təmraz Tağıyev dayanıqlı şəhər mühitinin formalaşdırılmasında enerji səmərəliliyinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, enerji resurslarından qənaətlə istifadə , binalarda enerji itkilərinin minimuma endirilməsi və ekoloji yanaşmaların şəhərsalma prosesinə inteqrasiyası müasir yerli idarəetmənin prioritet istiqamətlərindən olmalıdır.

ABMA sədri bu prosesdə bələdiyyələrin xüsusi roluna diqqət çəkərək, qeyd edib ki, yerli özünüidarəetmə orqanları ərazilərin xüsusiyyətlərini, əhalinin ehtiyaclarını və yerli resursları nəzərə almaqla ekoloji təşəbbüslərin həyata keçirilməsinə, enerji səmərəliliyinin artırılmasına və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına mühüm töhfə verə bilərlər.

Azərbaycanda bələdiyyə sisteminin inkişafı istiqamətində həyata keçirilən islahatlardan danışan T.Tağıyev bələdiyyələrin institusional və maliyyə imkanlarının gücləndirilməsinin, yerli resursların idarə edilməsində səmərəliliyin artırılmasının, eləcə də rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqinin yerli özünüidarəetmənin fəaliyyətinin təkmilləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib.

O, həmçinin vurğulayıb ki, bələdiyyələrin ekoloji məsuliyyəti yalnız öz inzibati binalarında enerji qənaətinin təmin edilməsi ilə məhdudlaşmamalıdır. İctimai binalarda enerjiyə qənaət edən texnologiyaların tətbiqinin təşviqi, müasir və səmərəli işıqlandırma sistemlərinin qurulması, yaşıllıq sahələrinin genişləndirilməsi, bərpaolunan enerji mənbələrindən istifadənin təşviqi və əhali arasında ekoloji maarifləndirmə işinin gücləndirilməsi də bu istiqamətdə həyata keçiriləcək fəaliyyətin mühüm tərkib hissəsi olmalıdır.

Paneldə bələdiyyələrin enerji səmərəliliyi sahəsində fəaliyyətinin genişləndirilməsi üçün onların texniki bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılması, habelə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin vacibliyi də diqqətə çatdırılıb. Bu baxımdan yerli enerji səmərəliliyi fəaliyyət planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi və bərpaolunan enerji həllərinin təşviqi bələdiyyələrin qarşısında duran mühüm vəzifələr kimi dəyərləndirilib.

Sonda COP31-in iqlim dəyişmələri ilə mübarizədə yerli özünüidarəetmə orqanlarının rolunun gücləndirilməsi, qabaqcıl təcrübələrin bölüşülməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Təmraz Tağıyev Azərbaycan bələdiyyələrinin qlobal iqlim gündəliyinə töhfə vermək, beynəlxalq təşəbbüslərdə fəal iştirak etmək və yerli səviyyədə qazanılan təcrübəni tərəfdaşlarla bölüşməkdə maraqlı və hazır olduğunu bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

HONOR İstanbulda istehsala başlayıb 

18:27
18 Noyabr

Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi olub  

18:17
18 Noyabr

Qısa gəzintilər qan şəkərini tənzimləməkdə daha faydalıdır  

18:10
18 Noyabr

Avropanın enerji nəhəngi “Equinor” kiberhücuma məruz qalıb

17:59
18 Noyabr

“Hayabusa-2” kosmik stansiyasının uçuş marşrutu dəyişdirilib  

17:44
18 Noyabr

Milli Məclisdə 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb YENİLƏNİB  

17:23
18 Noyabr

Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir  

17:16
18 Noyabr

ABŞ dəniz piyadaları yeni M7 əvəzinə daha çox alman atıcı silahı alacaq

17:05
18 Noyabr

ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi fəaliyyətini dayandırıb  

16:59
18 Noyabr

Marko Rubio: ABŞ sistemli hücuma məruz qalmayıb

16:58
18 Noyabr

10 ayda 548 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

16:57
18 Noyabr

Alzheimer xəstəliyini yavaşladan dərman aşkarlanıb

16:54
18 Noyabr

Şencendə tarixi üçtərəfli görüş: qlobal çağırışlara ortaq cavab tapılacaqmı?

16:53
18 Noyabr

Azərbaycanda startap ekosistemi böyüyür 

16:38
18 Noyabr

Rusiyada məhsuldarlığı 15 faizədək artıran biopreparatlar hazırlanıb  

16:24
18 Noyabr

Bakıda ödənişli hərəkət zonalarına daxil olan avtomobillərdən toplanan vəsait dövlət büdcəsinə köçürüləcək  

16:10
18 Noyabr

Çində keçəlliklə mübarizə üçün xüsusi daraq hazırlanıb  

16:09
18 Noyabr

Masallıda bir müəllim var...  

16:08
18 Noyabr

Kreml: APEC sammitində Putin ilə Tramp arasında tammiqyaslı danışıqlar gözlənilmir  

15:57
18 Noyabr

Sosial media qadağasının uşaqlara təsirlərini araşdırmaq üçün elmi tədqiqatlara başlanılıb  

15:52
18 Noyabr

Macarıstanda kilsə şkafında saxlanılan sümüyün krala məxsus olduğu DNT ilə təsdiqlənib  

14:49
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!