18 Fevral 2026 19:54
716
İDMAN
A- A+
Çingiz Hüseynzadə: Azərbaycanın Qış Olimpiya Oyunlarında təmsil olunması çox vacibdir - MÜSAHİBƏ 

Çingiz Hüseynzadə: Azərbaycanın Qış Olimpiya Oyunlarında təmsil olunması çox vacibdir - MÜSAHİBƏ 


Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançılarının çıxışı ilə bağlı müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

- Çingiz müəllim, XXV Qış Olimpiya Oyunları Azərbaycan idmançıları üçün başa çatdı. İdmançılarımızın çıxışlarını necə dəyərləndirirsiniz?

- Milan-Kortina-2026 Qış Olimpiya Oyunları ölkəmizin iştirak etdiyi sayca səkkizinci qış olimpiadası idi. Ölkəmiz ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilən Qış Olimpiya Oyunlarında təmsil olunub və o vaxtdan etibarən ardıcıl olaraq bütün Qış olimpiadalarında iştirak edib. Budəfəki olimpiadada iki idmançı - Vladimir Litvintsev fiqurlu konkisürmə, Anastasiya Papatoma isə dağ xizəyinin slalom növündə çıxış etdi. Vladimir Litvintsev fevralın 10-da Milan şəhərində yerləşən “Mediolanum Forum” arenasında qısa proqramda yarışaraq, 63.63 balla çıxışını başa vurdu. Bu nəticə ilə o, ilk 24-lüyə düşə bilmədiyindən fevralın 13-də keçirilən sərbəst proqram yarışlarına vəsiqə qazanmadı. Əslində, Vladimir Litvintsev yarış öncəsi məşqlərdə özünü kifayət qədər yaxşı tərəfdən göstərmişdi və bu, onun Olimpiya Oyunlarında ikinci iştirakı idi. O, daha əvvəl Pekin 2022 Qış Olimpiya Oyunlarında 18-ci yeri tutmuşdu və bu da ondan daha uğurlu nəticə gözləməyə əsas verirdi. Ola bilər ki, Olimpiya Oyunlarının psixoloji təzyiqi və həyəcanı onun çıxışına mənfi təsir göstərdi. Digər təmsilçimiz Anastasiya Papatoma isə fevralın 18-də dağ xizəyinin slalom yarışlarında mübarizə apardı. 18 yaşlı idmançı böyük idmanda ilk addımlarını atır və bu olimpiada onun üçün ilk ciddi sınaq idi. Sevindirici haldır ki, Anastasiya ilk cəhdini 96 idmançı arasında 59-cu yerdə tamamladı. Bu nəticə ilə Azərbaycan təmsilçisi ikinci mərhələdə də iştirak etmək imkanı əldə etdi. Təmsilçimiz ikinci cəhdində 64 iştirakçı arasında finiş xəttini keçərək, hər iki cəhdin yekunlarına əsasən XXV Qış Olimpiya Oyunlarının dağ xizəyi yarışlarında çıxışını 51-ci yerdə başa vurdu. Onun göstəricisi Azərbaycan üçün Qış Olimpiya Oyunlarının slalom yarışlarında tarixi nəticə hesab olunur. Buna qədər bu idman növündə belə çıxış edən idmançımız olmayıb. Milan-Kortina-2026 Qış Olimpiya Oyunları gənc idmançımız üçün böyük təcrübə oldu və gələcək karyerası baxımından mühüm əhəmiyyət daşıyır.

- Azərbaycan Yay Olimpiya Oyunlarında mütəmadi olaraq medal qazanır. Qış Olimpiya Oyunlarında isə hələlik uğur əldə olunmayıb. Buna baxmayaraq, ölkəmizin Qış olimpiadalarında iştirakı hansı əhəmiyyəti daşıyır?

- Doğrudur, idmançılarımız Yay Olimpiya Oyunlarında medallar qazanaraq beynəlxalq arenalarda Dövlət Himnimizi səsləndirir, bayrağımızı yüksəldirlər. Qış Olimpiya Oyunlarında hələlik bu uğura nail ola bilməmişik. Bunun əsas səbəbi ölkəmizin coğrafi və iqlim xüsusiyyətləri ilə bağlıdır. Azərbaycan Cənubi Qafqaz ölkəsidir və burada qar örtüyü, şaxtalı qış mövsümü uzun sürmür. Bu amil qış idman növlərinin geniş inkişafına müəyyən məhdudiyyətlər yaradır. Lakin buna baxmayaraq, bu sahənin inkişafı istiqamətində ardıcıl addımlar atılır. Biz Qış Olimpiya Oyunlarının bir hissəsiyik. Bu səbəbdən də Azərbaycanın Qış Olimpiya Oyunlarında təmsil olunması çox vacibdir. Qış olimpiadasında ölkəmizin əldə etdiyi ən yüksək nəticə 2014-cü ildə Soçidə qeydə alınıb. Həmin Olimpiadada fiqurlu konkisürmə yarışlarında çıxış edən Yuliya Zlobina və Aleksey Sitnikov cütlüyü 12-ci yeri tutub.

- Sizcə, Azərbaycanı təmsil edən idmançıların Qış Olimpiya Oyunlarında iştirakı ölkəmizdə bu idman növünün inkişafı üçün hansı yeni imkanlar yaradır?

- Təbii ki, Azərbaycan idmançılarının Qış Olimpiya Oyunlarında iştirakı ölkəmizdə qış idman növlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün qış idman növlərinin inkişafı dövlətimizin idman sahəsindəki siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu sahədə həyata keçirilən layihələr Azərbaycan Prezidenti İlham Əliyevin idmana, xüsusilə də gənclərin sağlam həyat tərzinə və peşəkar idmana cəlb olunmasına göstərdiyi davamlı diqqət və qayğının nəticəsidir. Azərbaycanda qış idman növlərinin inkişafı üçün xüsusilə dağlıq ərazilərdən səmərəli istifadə olunur. Bu baxımdan mühüm layihələrdən biri Şahdağ Turizm Mərkəzidir. Burada qış idman növləri üzrə beynəlxalq standartlara cavab verən müasir infrastruktur yaradılıb. 2023-cü ildə Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançasının istifadəyə verilməsi paytaxtda da qış idman növlərinin inkişafına yeni imkanlar açıb. Azərbaycanın son illərdə qış idman növləri üzrə beynəlxalq yarışlara ev sahibliyi etməsi də diqqətçəkən məqamlardandır. Ötən il ölkəmiz Dünya Kuboku yarışının təşkilatçısı olub. Bu ilin mart ayında xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışlarının keçirilməsi planlaşdırılır. Gələn il isə Şahdağ Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Dünya Çempionatının təşkili nəzərdə tutulur. Belə nüfuzlu yarışların ölkəmizdə keçirilməsi gənclərin qış idman növlərinə marağını artırır.

- Çingiz müəllim, Oyunların təşkilatı məsələləri ilə bağlı fikriniz necədir? Sizcə, üçüncü dəfə Qış Olimpiya Oyunlarına ev sahibliyi edən İtaliya bu Olimpiadanın öhdəsindən layiqincə gələ bildimi?

- Biz Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələri ilə daim əlaqə saxlayır, mütəmadi fikir mübadiləsi aparırıq. Təşkilati məsələlərdə əvvəlki Olimpiya Oyunları ilə müqayisədə müəyyən çətinliklərin olduğunu demək olar. Bunun əsas səbəbi tətbiq edilən mexanizmlərin nisbətən yeni olmasındadır. Hazırda proseslərin böyük hissəsi rəqəmsal platformalar üzərindən həyata keçirilir və bu da uyğunlaşma dövründə bəzi texniki çətinliklər yaratsa da, hər hansı ciddi risk və ya narahatlıq doğurmur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliyada yanacaqla bağlı ciddi qıtlıq gözlənilmir

16:19
16 Aprel

İrana hücum Suriya və İraqda uşaqların müalicəsinə mane olub

16:13
16 Aprel

Sudanda münaqişənin fəsadları: iqtisadi tənəzzül, kütləvi köçkünlük, zorakılıq və humanitar böhran

16:12
16 Aprel

Zəngilanda Azərbaycan ilə Rusiya arasında Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının nəticələrinə dair Protokol imzalanıb  

16:11
16 Aprel

Milli Məclis və Mərakeş Parlamentinin Müşavirlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb  

15:45
16 Aprel

Azərbaycan və Rusiya arasında qarşılıqlı investisiyaların həcmi açıqlanıb

15:22
16 Aprel

AAYDA-nın sədri Quba–Qonaqkənd yolunda sürüşmə baş verən ərazidə olub

15:13
16 Aprel

Xaçmazda tədris prosesi izlənilib

15:06
16 Aprel

Şahin Mustafayev: Şimal–Cənub dəhlizi mürəkkəb geosiyasi şəraitdə etibarlı fəaliyyətini göstərir  

14:56
16 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

14:53
16 Aprel

Baş nazirin müavini: Azərbaycanla Rusiya arasında investisiya əməkdaşlığında müsbət dinamika müşahidə olunur  

14:51
16 Aprel

Baş nazirin müavini: İşğaldan azad edilmiş ərazilərdə hazırda 75 mindən çox insan yaşayır, işləyir və təhsil alır  

14:47
16 Aprel

Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq genişləndirilir  

14:40
16 Aprel

Avarçəkmə üzrə “Prezident Kuboku” ilk dəfə Sərsəngdən başlayacaq

14:36
16 Aprel

Ukrayna ordusunun Rusiyanın Krasnodar vilayətinə dron hücumu nəticəsində azı 2 nəfər ölüb  

14:26
16 Aprel

Türkiyədə yeni xüsusi təyinatlı briqadalar formalaşdırılır

14:13
16 Aprel

Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gəliblər

14:07
16 Aprel

İlin sonunadək ikinci LRHW hipersəs raket batareyası ABŞ ordusuna təhvil veriləcək  

13:43
16 Aprel

Azərbaycanda nadir elementlərlə zəngin yeni ərazilər müəyyən edilib

13:34
16 Aprel

DSMF-nin xərcləri artıb

13:26
16 Aprel

Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının iclasının iştirakçıları Zəngilanın Ağalı kəndi ilə tanış olublar  

13:03
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!