30 Aprel 2024 18:39
198
SİYASƏT
A- A+

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

 

Aprelin 30-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi komissiyasının sədri Çiğdem Erdoğan Atabekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq, strateji müttəfiqlik münasibətlərinin daim möhkəmləndiyini vurğulayıb. Deyib ki, iki qardaş ölkə beynəlxalq müstəvidə də qarşılıqlı faydalı əməkdaşlıq edir, hər zaman bir-birini dəstəkləyir. Komitə sədri dövlətlərimiz arasında əlaqələrin güclənməsində parlamentlərin önəmli rolundan danışıb. Bildirib ki, qanunvericilik orqanlarında fəaliyyət göstərən ayrı-ayrı komitələr, dostluq qrupları arasında əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi ümumi maraqlara xidmət edir.

H.Hüseynova qadınların siyasi, iqtisadi və digər sahələrdə daha fəal təmsilçiliyinin vacibliyindən, bu istiqamətdə dövlət tərəfindən olan diqqət və qayğıdan, həyata keçirilən layihələrdən söhbət açıb.

TBMM-in Qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi komissiyasının sədri Çiğdem Erdoğan Atabek Azərbaycanla Türkiyə arasında hər zaman sıx münasibətlərin olduğunu qeyd edib. Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini bildirən parlamentari qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsində həyata keçirilən birgə layihələrin vacibliyindən danışıb. Türk dövlətləri arasında əlaqələrin inkişafı üçün birgə səylərin əhəmiyyətindən bəhs edib.

Çiğdem Erdoğan Atabek parlamentlərarası əlaqələrin də uğurla inkişaf etdiyini vurğulayıb. O, qanunvericilik sahəsində təcrübə mübadiləsinin önəmli olduğunu, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların, habelə deputatların regional və beynəlxalq parlament qurumlarında səmərəli əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikirlərini bölüşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video