16 Mart 2025 09:10
757
İQTİSADİYYAT
A- A+
"Cənub qaz dəhlizi"nin birləşdirici halqası

"Cənub qaz dəhlizi"nin birləşdirici halqası


TANAP-ın təməlinin qoyulmasından 10 il keçir


Azərbaycanın və Türkiyənin birgə layihəsi -  TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) Xəzərin sahilindəki Səngəçal terminalından başlayaraq Adriatik dənizinin sahilinə, İtaliya torpağınadək uzanan 3500 kilometrlik "Cənub qaz dəhlizi"nin ən böyük hissəsidir. Onu "Cənub qaz dəhlizi"nin birləşdirici halqası, bel sütunu da adlandırırlar. 

Bu səbəblərdən də 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda TANAP-ın təməlinin qoyulması tarixi bir hadisə idi. Bu, uzunmüddətli danışıqlardan konkret işlərə keçməyə imkan yaradırdı. Çünki kəmərin salnaməsi hələ bundan xeyli əvvəl başlanmışdı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin ovaxtkı baş naziri, indi Prezidenti olan Rəcəb Tayyib Ərdoğan TANAP üzrə hökumətlərarası sazişi İstanbulda hələ 2012-ci ilin iyun ayında imzalamışdılar. Prezident İlham Əliyevin dediyi kimi, TANAP-a aparan yol 2012-ci ildə başlamışdır. 

Layihənin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərə də elə həmin vaxtdan start verilmişdir. 2014-cü ilin ortalarınadək layihələndirmə işləri, araşdırmalar tamamlanmışdı. Sonra mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik müqavilələri imzalanmış və kəmərin tikintisinin bütün incəlikləri nəzərdən keçirilmişdi. Beləliklə, 2014-2015-ci illər TANAP-ın ərsəyə gəlməsində çox məsuliyyətli bir dövr olmuşdu.

Enerjinin İpək yolu sayılan TANAP 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Qardaş ölkəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlanıb. TANAP Türkiyənin ərazisində 1850 kilometrlik məsafə qət edir, ölkənin 20 vilayətindən, 67 rayonundan və 600 kəndindən keçərək Avropanın qapısına çatır. Kəmərin Gürcüstan-Türkiyə sərhədində başlayıb Əskişəhərdə bitən hissəsinin uzunluğu 1350 kilometr, oradan Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsi isə 480 kilometr təşkil edir. 2019-cu il iyulun 1-dən etibarən TANAP Azərbaycan qazını TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) ötürmək üçün hazır vəziyyətə gətirilib.

Bu boru xəttinin təkcə region üçün deyil, bütün Avropa məkanı ücün əhəmiyyəti böyükdür. "Cənub qaz dəhlizi"ni yaradan üç kəmərin ikincisi olması TANAP-ın dəyərini daha aydın əks etdirir. Belə ki, bu xətt Gürcüstan-Türkiyə sərhədində genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri) ilə birləşir, Türkiyə-Yunanıstan sərhədində isə TAP-a qovuşur.

Hazırda TANAP-la TAP-a ötürülən Azərbaycan qazı Avropanın 10 ölkəsinə - Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiyaya çatdırılır. Xatırladaq ki, TAP 2020-ci ilin son günündən fəaliyyətə başlayıb.

Bu il martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində  Prezident İlham Əliyev demişdir: "Bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan, Türkiyə ərazisindən gedən qaz bir çox ölkənin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir".

Elə həmin tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dedikləri də diqqət çəkir: " Ölkələrimiz arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Şübhəsiz ki, bu əməkdaşlıqlarımız arasında bir çox layihə ilə taclandırdığımız enerji sektoru başda yer alır. Bəzilərinin xəyal hesab etdiyi Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri kimi, "Şahdəniz" yatağının və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərinin istismara verilməsi ilə enerji əməkdaşlığımızı daha irəliyə aparmağa nail olduq. Anadoludan keçən təbii qaz boru kəməri - TANAP vasitəsilə böyük miqdarda Azərbaycan qazının Avropaya çatdırılmasının sevincini yaşayırıq. Bu sahədə strateji və qeyri-adi layihələri həyata keçirməkdə Can Azərbaycan ilə tam uzlaşma içərisindəyik" .

Deyilənlərə əlavə edək ki, cari ilin ötən iki ayında TANAP-la Türkiyəyə 0,9 milyard kubmetr qaz nəql olunub. Bu dövrdə Avropaya çatdırılan təxminən 1,9 milyard kubmetr Azərbaycan qazını da TAP-a TANAP ötürüb. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: Ankara Türkiyə üçün istədiyini dost ölkələrə də arzulayır  

16:36
11 Fevral

Fevralın 13-də pensiyaların yeni artımla birgə ödənişinə başlanacaq  

16:28
11 Fevral

Xankəndinin yolları qardan təmizlənir 

16:09
11 Fevral

Qərbi Azərbaycan İcması Avropa Şurasının komissarını azərbaycanlıların Ermənistana qayıdış hüququna dəstək verməyə çağırıb  

16:01
11 Fevral

Tailandda məktəbə silahlı hücum: müəllim və şagirdlər girov götürülüb

15:48
11 Fevral

ANAMA və FAO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

15:37
11 Fevral

Qazaxıstan mətbuatı Bakı ilə Vaşinqton arasında əməkdaşlığın genişlənməsi barədə yazır

15:29
11 Fevral

Media: Təhlükəsizlik təmin olunmayanadək Ukraynada seçki keçirilə bilməz  

15:26
11 Fevral

Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib  

15:23
11 Fevral

Azərbaycan-ABŞ münasibətlərində yeni, uğurlu səhifə açılıb 

15:23
11 Fevral

Vəhşi təbiətin harmoniyası - Şirvan Milli Parkı 

15:13
11 Fevral

Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9 faiz artıb

15:04
11 Fevral

Xidmət rəisi: AMEA tərəfindən 681 abidəyə müvafiq rəy verilib

14:57
11 Fevral

Peskov: Moskva Bakı və İrəvanla qarşılıqlı faydalı münasibətləri inkişaf etdirmək niyyətindədir  

14:41
11 Fevral

Məsud Pezeşkian: İran nüvə silahı yaratmağa can atmır  

14:01
11 Fevral

Orban: Avropa İttifaqı Macarıstana qarşı müharibə elan edib

13:55
11 Fevral

Fransa mediası ABŞ-ın Vitse-prezidentinin Bakıya səfərindən yazır  

13:43
11 Fevral

Levan Mamaladze: ABŞ Vitse-prezidentinin Azərbaycana və Ermənistana səfəri regionun inkişafına müsbət təsir göstərəcək  

13:31
11 Fevral

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib YENİLƏNƏCƏK

13:26
11 Fevral

Bakı və Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb  

13:14
11 Fevral

“AzerGold” 11 ildə Azərbaycan iqtisadiyyatına 1,9 milyard manatdan çox vəsait cəlb edib  

13:12
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!