02 Fevral 2026 16:23
525
CƏMİYYƏT
A- A+
Cəbrayıl və Xankəndinin elektrik şəbəkəsi yenilənir  

Cəbrayıl və Xankəndinin elektrik şəbəkəsi yenilənir  


“Azərişıq” ASC paytaxt və regionlarda, eləcə də işğaldan azad olunan ərazilərdə elektrik təsərrüfatını yeniləyir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən yenidənqurma işləri Cəbrayılı da əhatə edib.

“Azərişıq”dan AZƏRTAC-a bildirilib ki, Cəbrayıl şəhəri işğaldan azad edilən andan “Azərişıq” ASC tərəfindən operativ tədbirlər görülərək 2020-ci il oktyabrın 28-də şəhər mərkəzi elektrik enerjisi ilə təmin edilib. 2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyev tərəfindən şəhər ərazisində təməli qoyulan 35/0,4 kV-luq Rəqəmsal İdarəetmə Mərkəzi inşa edilərək 2023-cü il sentyabrın 28-də dövlətimizin başçısı tərəfindən istifadəyə verilib.

Məskunlaşma aparılan Horovlu kəndini elektrik enerjisi ilə təmin etmək üçün ikidövrəli 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, həmçinin 35 kV-luq Paylayıcı Qurğu (PQ) inşa edilib. Kənddə 6 müasir tipli 35/0,4 kV-luq Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Fərdi yaşayış evləri müasir smart sayğaclarla təchiz olunub.

Şəhər ərazisinə köç edən sakinlər üçün Baş plana uyğun olaraq əlavə 35/0,4 kV-luq 4x2500 kVA gücündə Transformator Məntəqəsi (TM) inşa edilərək istismara verilib, həmçinin smart sayğaclar quraşdırılıb, 0,4 kV-luq yeraltı xətlər çəkilib. Yaxın gələcəkdə köç planlaşdırılan Soltanlı, o cümlədən Fuğanlı, Mərcanlı, Şükürbəyli kəndləri, Xudafərin qəsəbəsi istiqamətində metal dayaqlar bərkidilib, ikidövrəli 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib.

Rayonun Horovlu, Şükürbəyli, Xudafərin, Soltanlı, Sarıcallı, Maşanlı, Böyük Mərcanlı və Karxulu yaşayış məntəqələri 35 kV-luq elektrik verilişi xətləri vasitəsilə keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilib.

“Azərişıq” ASC Xankəndinin də elektrik təsərrüfatını yenidən qurur. Elektrik şəbəkəsinin (EŞ) xidməti ərazisinə daxil olan Xocalı şəhərində Prezident İlham Əliyevin iştirakı ilə 2024-cü ilin mayın 9-da “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub. 3200 kVA gücündə olan “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi rayon ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə də sosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturun dayanıqlı, etibarlı və fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır.

Həmçinin Xocalı şəhərində 10 müasir tipli müxtəlif gücdə KTM quraşdırılıb. Badara, Ballıca, Daşbulaq, Təzəbinə, Seyidbəyli və Xanyurdu yaşayış məntəqələri istiqamətində 35 kV-luq elektrik verilişi xətlərinin inşası davam etdirilir. Hazırda adı çəkilən yaşayış məntəqələrinin 0,4 kV-luq daxili elektrik şəbəkəsi yenilənir.

Xocalının Şuşakənd və Xanabad kəndlərinə də 35 kV-luq ÖİN-3 kabel hava xəttinin çəkilişi davam edir.

Vətəndaşların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ölkənin bütün regionlarında mərhələli şəkildə elektrik təsərrüfatının yenilənməsi işlərini davam etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

16:24
03 Fevral

Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5-də davam etdiriləcək  

16:22
03 Fevral

Geosiyasi proseslərə neft bazarı ucuzlaşma ilə reaksiya verir  

16:18
03 Fevral

“AnewZ” telekanalının yeni sənədli filmi - “Liviya Qəddafinin devrilməsindən 15 il sonra”  

16:16
03 Fevral

Baş prokuror İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:15
03 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

16:14
03 Fevral

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər  

16:12
03 Fevral

Cənubi Koreyada Afrika donuz taununa 6-cı yoluxma faktı təsdiqlənib

16:09
03 Fevral

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:05
03 Fevral

Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ-dan alınır  

16:05
03 Fevral

DSX: Xidmət zamanı fövqəladə hal yaranarsa, zəruri koordinasiya tədbirləri həyata keçirilir  

16:04
03 Fevral

“Azexport” portalı Yaxın Şərq bazarlarına ixrac imkanlarını genişləndirir  

16:01
03 Fevral

Əlcəzairdə 4 silahlı öldürülüb

16:00
03 Fevral

Gürcüstanın Baş naziri: Orta Dəhliz sabit, etibarlı tranzit marşrutudur  

15:59
03 Fevral

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşıb - STATİSTİKA 

15:56
03 Fevral

DSX: Cari ilin yanvarında dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

15:53
03 Fevral

Dövlət Agentliyi: Həkim və tibb personalı yeni tələblər barədə məlumatlandırılacaq

15:51
03 Fevral

Venesuela Vaşinqtona diplomatik missiya göndərəcək

15:50
03 Fevral

Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib  

15:49
03 Fevral

Sabah qar yağacaq, güclü külək əsəcək

15:47
03 Fevral

Rusiyada hərbi uçota düşməkdən imtina edən əcnəbi uşaqları vətəndaşlıqdan məhrum ola bilərlər  

15:46
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!