Bu il Şuşada gənclərin möhtəşəm tədbirləri keçiriləcək
Prezident İlham Əliyev aprelin 17-də "Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzaladı. Sərəncama əsasən, Nazirlər Kabinetinə Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayıb həyata keçirmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırıldı.
İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının ötən il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) "Gənclər paytaxtı 2024" Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib. Həmin iclasda İƏT Gənclər Forumunun həyata keçirdiyi "Gənclər paytaxtı 2024" beynəlxalq proqramının seçim komissiyasının üzvləri bu qərarın lehinə yekdilliklə səs veriblər.
Bu layihənin əsas məqsədi dünya gənclərini bir araya gətirməkdir. İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtında - Şuşada bu il təşkil ediləcək tədbirlərdə iştirak etmək üçün müxtəlif ölkələrdən gənclər gələcək. Onlar bu tarixi şəhərin dastanlara sığmayan azad olunması, həmyaşıdları olan qəhrəman Azərbaycan oğullarının yenilməzliyi, cəsurluğu barədə geniş məlumat alacaqlar. Öyrənəcəklər ki, Qarabağın incisi Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də Ermənistan silahlı qüvvələrinin otuz ilə yaxın davam edən işğalından azad edilməsi Azərbaycan tarixinin heç zaman yaddan çıxmayacaq qəhrəmanlıq səhifələrindəndir. Bu böyük Zəfərin qazanılmasında şəhərin azadlığı uğrunda şücaət göstərmiş gənclərimizin rolu misilsizdir.
Qeyd edək ki, bu il Şuşa islam dünyasının həm gənclər, həm də mədəniyyət paytaxtıdır. Belə ki, islam dünyasının mədəniyyət paytaxtı adına namizədliyinin irəli sürülməsi məqsədilə Şuşada olmuş ICESCO-nun müvafiq missiyası tərəfindən şəhərdə həyata keçirilən quruculuq işləri yüksək dəyərləndirildi. Ötən il sentyabrın 25-də Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Qarabağın incisi Şuşa şəhərinin bu il - 2024-cü il üçün islam dünyasının mədəniyyət paytaxtı elan olunmasına yekdil qərar verildi.
Prezident İlham Əliyev keçən il noyabrın 21-də imzaladığı Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında" sərəncamında bildirilir ki, bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub, islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və islam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır.
İşğaldan azad olunduqdan sonra bir sıra möhtəşəm beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə evsahibliyi edən Şuşa şəhərini bu il də unudulmaz günlər gözləyir...
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ...
02 May
"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ...
02 May
"Media haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
02 May
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsin...
02 May
Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanun...
02 May
"Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsi...
02 May
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Age...
02 May
Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May
Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb
01 May
VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində
01 May
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!