25 Noyabr 2026 10:16
221
SİYASƏT
A- A+
Bu gün Kəlbəcərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir

Bu gün Kəlbəcərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir


25 noyabr – Kəlbəcər Şəhəri Günüdür.  Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər zəngin tarixi, təbii sərvətləri və strateji coğrafi mövqeyi ilə ölkəmizin mühüm bölgələrindən biridir.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər ağır humanitar fəlakətlə üzləşdi. Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı. Belə ki, bu rayonun işğalı çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratdı və beləliklə, digər torpaqlarımızın işğalına yol açdı.

BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsi işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etsə də, bu qərar uzun illər icra edilmədi. 27 ildən sonra, 44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Əslində Kəlbəcəri hərbi yolla azad etmək böyük itkilərlə nəticələnə bilərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, “O vaxt Ağdərə rayonu bizim nəzarətimizdə deyildi. Tək yeganə istiqamət Murov istiqamətindən idi və ona görə də biz böyük itkilər verə bilərdik”. 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin azad edilməsinin vacibliyini bəyan edərək bildirmişdi ki, “Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin azad olunması ilə erməni silahlı qüvvələrinin hərəkətləri bu istiqamətdə böyük dərəcədə məhdudlaşdırıldı və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər”. 

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Beləliklə, 27 illik işğala son qoyuldu. İşğalçı qüvvələrin ərazini tərk edərkən yaşayış evlərini və meşələri yandırması, infrastrukturu dağıtması isə erməni vandalizminin növbəti təzahürü idi.

Bu gün Kəlbəcərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyev 2021-ci il avqustun 16-da Kəlbəcərdə Dövlət bayrağını ucaltdı. Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plana əsasən, şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə 524 ailəlik yaşayış kompleksinin inşası da Böyük Qayıdışın mühüm mərhələsidir.

2025-ci il avqustun 21-də Prezident İlham Əliyev Kəlbəcərə köçən sakinlərlə görüşündə də bəyan etdiyi kimi, “biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır”.

Bu gün rayonun Yanşaq, Zallar və Zar kəndlərində də geniş quruculuq işləri aparılır. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun, Murovdağ tunelinin inşası, kiçik su elektrik stansiyalarının bərpası və yenilərinin yaradılması bölgənin iqtisadi potensialını artırır. “İstisu” mineral su zavodunun fəaliyyəti, Müalicə-İstirahət Kompleksinin tikintisi isə Kəlbəcərin gələcəkdə mühüm turizm və sağlamlıq mərkəzinə çevrilməsinə zəmin yaradır.

Hazırda Kəlbəcər rayonunda 162 ailə olmaqla 681 nəfər məskunlaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı Kəlbəcərin iqtisadi, sosial və mədəni həyatını yenidən canlandırır. Dövlət başçımızın da söylədiyi kimi, “Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir”.


Nigar MƏMMƏDOVA, 

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dörd yüz tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfər məsuliyyətə cəlb olunub

10:51
25 Noyabr

Ombudsman: Qadınlara və qızlara qarşı zorakılığın heç bir formasına bəraət qazandırıla bilməz  

10:47
25 Noyabr

Kəlbəcər Şəhəri Günü: tarixi Zəfər və yeni inkişaf mərhələsi  

10:43
25 Noyabr

Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunur

10:42
25 Noyabr

Azərbaycan Rusiya ilə ticarət sahələrində əməkdaşlıq imkanlarını dəyərləndirib

10:21
25 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:20
25 Noyabr

Birjalarda neft ucuzlaşıb

10:19
25 Noyabr

Çempionlar Liqası: “Sabah” “Barselona”nı qəbul edir

10:18
25 Noyabr

Bu gün Kəlbəcərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir

10:16
25 Noyabr

Azərbaycan nefti 96 dollara satılır

09:41
25 Noyabr

Çin “Şencou-24” kosmik missiyasını uğurla orbitə çıxarıb

09:38
25 Noyabr

NYT: Hakerlər ABŞ-nin kəşfiyyat sistemlərindən birinə müdaxilə ediblər

09:36
25 Noyabr

Çempionlar Liqası: “Real Madrid” PSV üzərində inamlı qələbə qazanıb  

09:28
25 Noyabr

Odessa bölgəsinə hava zərbəsi endirilib, ölənlər və xəsarət alanlar var

09:27
25 Noyabr

Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib

09:26
25 Noyabr

Avstraliya qaydaları sərtləşdirir

08:50
25 Noyabr

Dünyanın demoqrafik xəritəsi dəyişir

08:45
25 Noyabr

Qış qapıdadır

08:40
25 Noyabr

İrəvan tarixi seçim qarşısında

08:35
25 Noyabr

Türkmənistandakı konfransda Azərbaycanın logistika və tranzit imkanlarından danışılıb

08:30
25 Noyabr

Azərbaycan və Rumıniya "Yaşıl Enerji Dəhlizi" layihəsinin icrasını dəyərləndirib

08:25
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!