25 Noyabr 2026 10:42
139
SİYASƏT
A- A+
Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunur

Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunur


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Antalyada səfərdədir.

Mərkəzi Seçki Komissiyasından AZƏRTAC-a bildirilib ki, noyabrın 24-25-də keçirilən “Antalya Beynəlxalq Seçki Forumu”nda iştirak məqsədilə gerçəkləşdirilən səfər Türkiyənin Yüksək Seçim Kurulunun sədri Sərdar Muttanın dəvəti əsasında baş tutub.

Türkiyənin Yüksək Seçim Kurulunun təşəbbüsü ilə təşkil olunan beynəlxalq forum müasir dövrdə seçki proseslərinə təsir göstərən qlobal tendensiyalar, seçki idarəçiliyi, seçki proseslərində müasir çağırışlar, seçki qurumlarının media ilə münasibətləri və ictimaiyyətlə əlaqələr, seçkilərin hazırlanıb keçirilməsində şəffaflıq və ictimaiyyətlə səmərəli kommunikasiyanın təmin olunması kimi bir sıra aktual məsələləri əhatə edir.

Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahov forumda çıxış edərək seçki prosesində aşkarlığın və şəffaflığın təmin olunmasının, media və ictimaiyyətlə səmərəli kommunikasiyanın və seçki subyektlərinin maarifləndirilməsinin əhəmiyyətindən bəhs edib. Azərbaycanın seçki praktikasına istinad edən MSK sədri ölkəmizin seçki qanunvericiliyinin yaratdığı imkanlar, müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, müşahidəçilərin və media nümayəndələrinin seçki prosesində sərbəst iştirakı, eləcə də ictimaiyyətin dəqiq və operativ məlumatlandırılması istiqamətində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. M.Pənahov rəqəmsal mühitdə dezinformasiyaya qarşı mübarizənin və beynəlxalq təcrübə mübadiləsinin aktuallığını xüsusi qeyd edib.

Səfər çərçivəsində MSK sədri foruma qatılan xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə də görüşüb. Görüşlərdə seçki sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qurumlararası əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Ümumilikdə 23 ölkə və beynəlxalq qurumdan 75 nümayəndənin qatıldığı “Antalya Beynəlxalq Seçki Forumu” seçki idarəçiliyi sahəsində beynəlxalq dialoqun inkişafı, müxtəlif ölkələrin ali seçki qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, yeni əməkdaşlıq imkanları və qabaqcıl təcrübələrin qarşılıqlı mübadiləsi baxımından əhəmiyyətli beynəlxalq platformadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dörd yüz tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfər məsuliyyətə cəlb olunub

10:51
25 Noyabr

Ombudsman: Qadınlara və qızlara qarşı zorakılığın heç bir formasına bəraət qazandırıla bilməz  

10:47
25 Noyabr

Kəlbəcər Şəhəri Günü: tarixi Zəfər və yeni inkişaf mərhələsi  

10:43
25 Noyabr

Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunur

10:42
25 Noyabr

Azərbaycan Rusiya ilə ticarət sahələrində əməkdaşlıq imkanlarını dəyərləndirib

10:21
25 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:20
25 Noyabr

Birjalarda neft ucuzlaşıb

10:19
25 Noyabr

Çempionlar Liqası: “Sabah” “Barselona”nı qəbul edir

10:18
25 Noyabr

Bu gün Kəlbəcərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir

10:16
25 Noyabr

Azərbaycan nefti 96 dollara satılır

09:41
25 Noyabr

Çin “Şencou-24” kosmik missiyasını uğurla orbitə çıxarıb

09:38
25 Noyabr

NYT: Hakerlər ABŞ-nin kəşfiyyat sistemlərindən birinə müdaxilə ediblər

09:36
25 Noyabr

Çempionlar Liqası: “Real Madrid” PSV üzərində inamlı qələbə qazanıb  

09:28
25 Noyabr

Odessa bölgəsinə hava zərbəsi endirilib, ölənlər və xəsarət alanlar var

09:27
25 Noyabr

Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib

09:26
25 Noyabr

Avstraliya qaydaları sərtləşdirir

08:50
25 Noyabr

Dünyanın demoqrafik xəritəsi dəyişir

08:45
25 Noyabr

Qış qapıdadır

08:40
25 Noyabr

İrəvan tarixi seçim qarşısında

08:35
25 Noyabr

Türkmənistandakı konfransda Azərbaycanın logistika və tranzit imkanlarından danışılıb

08:30
25 Noyabr

Azərbaycan və Rumıniya "Yaşıl Enerji Dəhlizi" layihəsinin icrasını dəyərləndirib

08:25
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!