13 May 2026 10:44
217
İQTİSADİYYAT
A- A+
bp Özbəkistanda Şimali Üstyurd üzrə Hasilatın Pay Bölgüsü Sazişinə qoşulub

bp Özbəkistanda Şimali Üstyurd üzrə Hasilatın Pay Bölgüsü Sazişinə qoşulub


bp bu gün Özbəkistan Respublikasının Şimali Üstyurd regionundakı altı blok üzrə Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) qoşulduğunu açıqlayıb.

bp-dən AZƏRTAC-a bildirilib ki, saziş Boyterak, Terengquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy bloklarını əhatə edir.

Sazişlər Daşkənddə keçirilən “Özbəkistan neft-qaz konfransı 2026” çərçivəsində Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzəmahmudov, “Uzbekneftegaz” SC-nin İdarə Heyətinin sədri Abduqani Sanginov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli tərəfindən imzalanıb.

“Bu layihənin həyata keçirilməsi ölkələrimizin rəhbərliyinin güclü siyasi iradəsi və hərtərəfli dəstəyi sayəsində mümkün olub və bu səylər qlobal investorlar üçün ən açıq və şəffaf şəraitin yaradılmasına yönəlib. bp-nin Üstyurd regionunda Hasilatın Pay Bölgüsü Sazişinə qoşulması sadəcə bir kommersiya razılaşması deyil, bu, beynəlxalq investorların Özbəkistanda aparılan islahatlara və enerji sektorunun inkişafına yönəlmiş strateji kursumuza olan inamının birbaşa göstəricisidir”,- deyə Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzəmahmudov bildirib.

“Azərbaycan ilə Özbəkistan arasında enerji sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcək bu layihə qardaş ölkələrimizin qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli strateji hədəflərə əsaslanan münasibətlərinin bariz təzahürüdür. Uzun illər ərzində SOCAR ilə sıx və səmərəli tərəfdaşlıq münasibətlərinə malik bp-nin bu layihəyə qoşulması birgə səmərəli fəaliyyətin təmin olunmasına geniş imkanlar açacaq. İnanırıq ki, SOCAR-ın və bp-nin enerji sektorundakı zəngin təcrübəsi, eləcə də “Uzbekneftegaz”ın imkanları və səyləri layihənin uğurla icrasına, həmçinin regionun enerji potensialının inkişafına mühüm töhfə verəcək”,- deyə SOCAR-ın prezidenti Rövşən Nəcəf qeyd edib.

“Uzbekneftegaz” və uzunmüddətli tərəfdaşımız olan SOCAR ilə yanaşı, Özbəkistandakı ilk layihəmizə qoşulmağımızdan çox məmnunuq. Özbəkistanın böyük resurs potensialına malik olduğuna inanırıq və bu layihəyə qoşulmağımızı ölkənin neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsinə dəstək olaraq region üçün uzunmüddətli faydalar gətirmək imkanı kimi dəyənləndiririk. Bu HPBS-yə qoşulmağımız, eyni zamanda, bp-nin uzunmüddətli artımına dəstək olaraq şirkətin öz geoloji kəşfiyyat portfelini daha da genişləndirdiyini göstərir”,- deyə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.

“bp kimi qlobal bir iştirakçının Şimali Üstyurd bloklarında geoloji kəşfiyyat işlərinə qoşulması Özbəkistanın enerji sektorunun investisiyalar üçün çox cəlbedici olduğunu təsdiqləyir. Əminik ki, bizim təcrübəmizin bp və SOCAR-ın qabaqcıl texnologiyaları, bilik və səriştələri ilə birləşməsi regionun resurs potensialının maksimum səmərəliliklə açılmasına imkan verəcək”,- deyə “Uzbekneftegaz” SC-nin İdarə Heyətinin sədri Abduqani Sanginov bildirib.

bp sazişin mövcud tərəfdaşlarının - SOCAR və “Uzbekneftegaz” SC, hər birindən 20 faiz iştirak payı almaqla bu HPBS-yə ümumilikdə 40 faiz payla qoşulub. bp-nin qoşulmasından sonra HPBS-də iştirak payları belədir: bp – 40 faiz, “Uzbekneftegaz” SC – 30 faiz və SOCAR (operator) – 30 faiz.

HPBS ilkin olaraq 24 iyul 2025-ci il tarixində SOCAR, “Uzbekneftegaz” SC və Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında imzalanmışdı. Hazırda layihə SOCAR-ın operator olaraq həyata keçirdiyi seysmik tədqiqat işləri ilə öz ilkin mərhələsindədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ümumdünya Ərzaq Proqramı: Bu il dünyada 318 milyon insan daha kəskin aclıqla üzləşir

15:22
13 May

Amerikalı mühəndislər “Tramp marşrutu” layihəsi üçün Ermənistana gəliblər  

15:22
13 May

Zəngilan şəhərində daha 59 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

15:21
13 May

Mart-aprel aylarında qlobal neft ehtiyatları sutkada 4 milyon barel azalıb

15:20
13 May

“NATO-Serbiya” hərbi təlimi: 600 hərbçi və 9 ölkədən müşahidəçi  

15:19
13 May

Dünya Su İdmanı Federasiyasının nümayəndələri Bakıda keçiriləcək beynəlxalq turnirə hazırlıq işləri ilə tanış olublar  

14:58
13 May

Ukrayna Rusiya əsirliyindən 9000-dən çox vətəndaşını geri qaytarıb

14:33
13 May

Sahib Ələkbərov: "Bakı-Xankəndi" velosiped yarışının iştirakçıları Azərbaycanın təbiətini çox bəyəniblər

14:32
13 May

Qarabağ Universitetinə 100 ədəd velosiped hədiyyə olunub

14:32
13 May

Azərbaycanın gənc diplomatları NATO mənzil-qərargahında

14:31
13 May

Şükürbəyli kəndində daha 97 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

14:29
13 May

Sabah WUF13 akkreditasiya kartlarının verilməsinə başlanılacaq

14:28
13 May

Slovakiya Milli Şurasının sədri: Slovakiya Azərbaycanın Avropada etibarlı tərəfdaşıdır

14:28
13 May

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

14:27
13 May

Rixard Raşi: Slovakiya Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasına töhfə verməkdən qürur duyur  

14:26
13 May

Xankəndi, Ağdərə və Xocalıda 644 obyekt sahibkarlıq fəaliyyəti üçün icarəyə verilib

14:25
13 May

Normativ sənədlərin tələblərinə cavab verməyən bioloji aktiv qida məhsulları məhv edilib

14:21
13 May

Ali Məclisin növbəti plenar iclasında 2 məsələ müzakirəyə çıxarılıb

14:13
13 May

Sahibə Qafarova: Slovakiya parlamenti ilə imzalanan memorandum əməkdaşlığı genişləndirəcək  

14:12
13 May

Qurbanlıq heyvanların satışı və kəsimi ilə bağlı ünvanların siyahısı açıqlanıb

14:11
13 May

Milli Məclisin sədri: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

14:10
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!