Böyük qələbənin möhtəşəm abidəsi
Hərbi Qənimətlər Parkı... Qırx dörd gün davam edən Vətən müharibəsində düşmən üzərində çalınan möhtəşəm qələbənin əbədiyaşarlıq simvolu. Azərbaycan əsgərinin gücünü, qüdrətini simvolizə edən qəhrəmanlıq abidəsi. Ermənistan dövlətinin və ordusunun miskin durumunu əks etdirən muzey...
Burada nümayiş olunan "eksponatlar" səyahətçidə ilk növbədə Qarabağ uğrunda gedən qanlı döyüşlər, Azərbaycan əsgərinin Vətən sevgisi, döyüş rəşadəti haqqında təəssürat yaradır. İstər-istəməz milyonlarla manat dəyəri olan bu hərbi texnikanın, silah-sursatın haradan alındığı, Qarabağa necə gəlib çıxması suallar yaradır.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən yaradılan Hərbi Qənimətlər Parkına daxil olan zaman insan özünü gerçək bir müharibə alanında, əsl döyüş zonasında hiss edir.
Bu parkda nələr yoxdur?
Ermənistan ordusuna məxsus sıradan çıxarılmış 150-dək ağır texnika, 57 zirehli texnika, "T-72" tankları, piyadaların döyüş maşınları, 30 artilleriya silahı (o cümlədən haubitsalar, "Toçka-U", "Smerç" və "İsgəndər-M" raketlərinin qalıqları), 49 avtomobil, 2 S1 "Qvozdika" özüyeriyən artilleriya qurğusu, "Osa" zenit-raket kompleksi və digər eksponatlar nümayiş etdirilir.
Eləcə də KUB zenit-raket kompleksi, hərəsindən bir nümunə olmaqla saz vəziyyətdə tırtıllı ağır texnikanı da burada görmək olur. Bir sözlə, 5 hektarlıq ərazidə düşməndən qənimət götürülən 300 eksponat nümayiş olunur.
Parkda Ermənistanın 30 il torpaqlarımızda qurub-yaratdıqları istehkamların oxşarı, müdafiə mövqelərinin real mənzərəsi canlandırılır. Xüsusi yaradılmış pavilyonda bunkerlər, atəş nöqtələri, saxlanclar, tunellər, sığınacaqlar, səngərlər ilə tanış olmaq mümkündür. Parkda düşmən bölmələrinin döyüş mövqelərində xidmət və məişət şəraiti, əsgər yataqxanası da olduğu kimi qurulub.
Səyahətçiləri ermənilərin məhv edilmiş hərbi yük maşınlarının nömrələrindən hazırlanmış, üzərində "Qarabağ Azərbaycandır!" yazılmış lövhə qarşılayır. Ən maraqlısı da budur ki, parkda nə varsa, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan ordusundan əldə edilmiş qənimətlərdən hazırlanıb. Mərmi yeşiklərindən hazırlanan oturacaqlardan, artilleriya gilizlərindən düzəldilmiş işıq dirəklərinə və zibil qutularına kimi...
Xatırladaq ki, müharibədə zəfər qazanmış bir çox ölkədə - Koreya, Fransa, Britaniya, Portuqaliyada hərbi qənimətlər parkı və hərb tarixi muzeyi yaradılıb.
Cənubi Qafqazda erməni faşizmini məhv edib qazandığı böyük qələbə ilə regiona sabitlik gətirən Azərbaycanın Vətən müharibəsindəki böyük Zəfərini əbədiləşdirmək məqsədilə yaradılan Hərbi Qənimətlər Parkının çox böyük simvolik mənası var. Bu park başqalarının torpağına göz dikənlərin, mənəm-mənəmlik iddiasında olanların son aqibətini göstərən əyani vasitədir. Onu da qeyd edək ki, parkın ərazisində hərbi çadırda qurulan "Videozal" otağında Vətən müharibəsinə aid videoçarxlar və qısametrajlı filmləri izləmək mümkündür. Bununla yanaşı, parkın ərazisində informasiya mərkəzi, suvenir mərkəzi, kafe də fəaliyyət göstərir.
Hərbi Qənimətlər Parkı bir zamanlar tanklarını Bakıya sürəcəkləri ilə bizi təhdid edənlərə, "böyük Ermənistan" xəyalına düşənlərə tarixin ironiyasıdır. Ermənistan dövlətinin, ordusunun real vəziyyətini əks etdirən bir tablodur. Bir zamanlar başqalarının hesabına torpaqlarımızı işğal edib xalqımıza müsibətlər yaşadanlar indi cildlərini dəyişib Qərb ölkələrindən "təhlükəsizlik"lərinə təminat dilənirlər.
Elşən QƏNİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Odessaya raket hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
30 Aprel
Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər
30 Aprel
Əfqanıstanda məscidə hücum nəticəsində altı nəfər həlak olub
30 Aprel
Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib
30 Aprel
Azərbaycan Ali Məhkəməsi ilə Əlcəzair Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb...
30 Aprel
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
30 Aprel
Dünyanın mədəni tərəqqisinə Azərbaycanın dəyərli töhfələri TƏHLİL
30 Aprel
Laçın sakini: İgid oğullarımız qəhrəmanlıq tariximizdə həmişə yaşayacaq
30 Aprel
Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktından 15 il ötür
30 Aprel
Keçmiş məcburi köçkün: Laçına qayitdığım üçün sevincimin həddi-hüdudu yoxdur
30 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!