03 Avqust 2024 08:45
1121
Mədəniyyət
A- A+
Böyük maarifçi, təhsil qurucusu, xeyriyyəçi 

Böyük maarifçi, təhsil qurucusu, xeyriyyəçi 


1878-ci ildə Bakı Dumasına seçilən ilk 72 nəfər qlasnı üzvündən biri də müəllim Həbib bəy Mahmudbəyov idi. XIX əsrin sonu, XX əsrin əvvəllərində ziyalılarımız tərəfindən adı birmənalı şəkildə dərin hörmətlə çəkilən, xeyriyyəçiliyi ilə tanınan, ictimai işlərin önündə gedən azsaylı insanlardan biri idi Həbib bəy Mahmudbəyov.


Həbib bəy Hacı İbrahimxəlil bəy oğlu Mahmudbəyov 1864-cü il iyulun 29-da Şamaxıda dünyaya gəlib. Atası Hacı İbrahimxəlil bəy Şamaxıda böyük nüfuz sahibi  olub. Şirvan əsilzadələrindən olan ulu babası Hacı Sadiq Nadir şahın xəzinədarı olub. Səkkiz yaşında ikən Şamaxıda Mirzə Hüseyn adlı bir mollanın məhəlli məktəbinə gedən Həbib bəy sonra Şamaxıda şəhər məktəbində oxumalı olur. 1872-ci il Şamaxıda baş verən zəlzələ nəticəsində şəhər məktəbi dağıldığı üçün təhsilini davam etdirmək üçün Bakıya gəlib  realnı məktəbə daxil olur. Bir müddət burada oxuduqdan sonra 1881-ci ildə o, Sultan Məcid Qənizadə ilə birlikdə Tiflisə gedir və Aleksandrovski Müəllimlər İnstitutuna qəbul olunur. Hər ikisi 1887-ci ildə gimnaziya müəllimi adını alır.
Bakıya qayıdan Həbib bəy Mahmudbəyov 1887-ci il oktyabrın 20-də Sultanməcid Qənizadə ilə birlikdə Spasski küçəsi ilə Kolyubakin küçələrinin tinində Hacı ağa Dadaşovdan ayı 35 manata kirayə etdikləri birmərtəbəli evin üç otağında ilk özəl rus-müsəlman məktəbini açırlar. O zaman bu, Azərbaycanda əsl hadisə olur. Bu barədə sənədlərdə xəbər verilir ki, "Aleksandrovski Müəllimlər İnstitutunun keçmiş məzunları olan Mahmudbəyov və Qəniyev tərəfindən Bakıda birsinifli üçüncü dərəcəli xüsusi rus-tatar məktəbi açıldı". İlk illərdə məktəb təhsil haqqından toplanan vəsaitlə (ildə hər şagirddən 3 man.) idarə olunurdu. Məktəbin tədris planına ana dili, rus və fars dilləri, hesab, coğrafiya, tarix, şəriət fənləri daxil idi. Məktəbin uğurunun səbəbi həm dil siyasətinin doğru müəyyənləşdirilməsi, həm də şəriət dərslərinin məktəbdə tədris olunması idi. 
Məktəbdə təlimin yüksək keyfiyyəti, nümunəvi nizam-intizam, səliqəlilik tezliklə əhalinin diqqətini cəlb etdi. 1891-ci ildə Bakı camaatından 150 nəfər şəhər dumasına ərizə verərək bu məktəblərin sayının artırılması və dövlət xərcinə keçirilməsi tələbini irəli sürdü.  
Şəhər camaatının tələbi əsasında 1891-ci ildə dövlət xərcinə "rus-Azərbaycan" məktəbinin bazası əsasında iki yeni məktəb açmaq qərara alındı. Hər iki məktəb 1891-ci il sentyabrın 23-də açıldı. Birinciyə 35, ikinciyə isə 45 şagird qəbul edildi. Mahmudbəyov birinci, Qənizadə ikinci məktəbin müdiri təyin olundu. Bu iki rus-Azərbaycan məktəbinin təşkili ilə əlaqədar onların saxladıqları xüsusi rus-Azərbaycan məktəbi bağlandı (həmin il iyunun 15-də). Yeni təşkil edilmiş hər iki rus-Azərbaycan məktəbində Qafqaz canişini tərəfindən 1881-ci il yanvarın 13-də təsdiq olunmuş "Rus olmayan xalqların məktəbinin tədris planı" tətbiq edilirdi (ana dili, rus dili, fars dili, hesab, rəsmxət, müqəddəs tarix və şəriət). Rus-Azərbaycan məktəblərində təhsil haqqı ləğv olundu. Rus-Azərbaycan məktəbində S.S.Axundov, A.Şaiq, Ə.Cəfərov, A.Atakişiyev, Həmidə xanım Behbudova kimi nüfuzlu müəllimlər dərs deyirdilər.
XIX əsrin sonu, XX əsrin əvvəllərində ziyalılarımız tərəfindən adı birmənalı şəkildə dərin hörmətlə çəkilən, xeyriyyəçiliyin başında duran, ictimai işlərin önündə gedən insanların sırasında  Həbib bəy Mahmudbəyov da var idi. O, maarifçilik fəaliyyəti ilə məşğul olan "Nərimanov kitabxanası"na maddi və mənəvi yardım göstərirdi. 1897-ci ilin yanvarında S.M.Qənizadə, H.Mahmudbəyov və Ə.Axundovun rəhbərliyi altında Bakıda nəşriyyat şirkəti yaradıldı. 
Həbib bəy Mahmudbəyovun Azərbaycan  teatrının inkişafında da böyük xidmətləri var. 1880-ci ildə Bakıda teatr işi sürətlənməyə başlayarkən H.Mahmudbəyovun rəhbərliyi ilə teatr qrupu yaradıldı. Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Əbülfət Vəli, Mirzağa Əliyev, Məhəmməd Ələvəndi kimi teatr xadimləri bu truppada çıxış edirdilər. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Həbib bəy Mahmudbəyov hökumətin tapşırığı ilə qabaqcıl maarif xadimləri olan F.Rzabəyli və Ə.Cəfərovla birlikdə Bakıda Azərbaycan Ali Pedaqoji İnstitutunun yaradılmasında yaxından iştirak etmişdir. 
Həbib bəy Mahmudbəyov təmənnasız adam idi. Nə edirdisə, xalqının gələcəyi üçün edirdi. Azərbaycanın böyük maarif xadimi professor Həbibulla bəy Hacı İbrahimxəlil oğlu Mahmudbəyov 1927-ci ildə Bakıda vəfat etmişdir. Çox təəssüf ki, ömrünü xalqımızın mariflənməsinə, mədəniyyətimizin inkişafına həsr edən bu tarixi şəxsiyyətin, maarif fədaisinin məzarının yeri məlum deyil. Oğlu Şamil Mahmudbəyov digər görkəmli ziyalılarımız kimi 1936-cı ilin martında Marksizm-Leninizm İnstitutunun IV kursunda təhsil alarkən həbs edilib. Sovet İttifaqı Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə 30 aprel 1957-ci ildə ölümündən sonra bəraət alıb.

Elşən QƏNİYEV,
"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın XİN başçısı Azərbaycanın Cammu və Kəşmirlə bağlı mövqeyini bir daha açıqlayıb

13:41
22 İyun

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:39
22 İyun

Almaniyada COP29 Sədrliyi iqlim şəffaflığı sahəsində qlobal təşəbbüsləri müzakirə edib

13:37
22 İyun

ABŞ İranın üç nüvə obyektini vurub

13:35
22 İyun

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

13:34
22 İyun

Respublika üzrə iyun ayının pensiya ödənişi yekunlaşıb

13:31
22 İyun

Rəsmi Tehran AEBA-nın Rəhbərlər Şurasının təcili iclasının keçirilməsini istəyib

13:29
22 İyun

İran BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib

10:20
22 İyun

İran XİN: Nüvə obyektlərinə hücumun uzunmüddətli nəticələri olacaq

10:17
22 İyun

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

10:10
22 İyun

Bilmək istəyirəm

09:45
22 İyun

Baxışlar, baxışlar...

09:40
22 İyun

İsrail-İran qarşıdurması: gərginlik səngimir

09:35
22 İyun

Tarixi keçmişimizin əzəmətini daş yaddaşında yaşadan Əsgəran qalası

09:30
22 İyun

Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olmuş bir nəslin üç nümayəndəsi

09:25
22 İyun

Qələbənin sərhədsiz gücü 

09:20
22 İyun

Olimpiya hərəkatında Azərbaycan nümunəsi

09:15
22 İyun

Göygöl rayonunda yeni turizm obyekti açılıb

09:10
22 İyun

Ərçivanlıların xahişi: qəsəbədə Qarabağ şəhidlərinin Xatirə Kompleksi yaradılsın

09:07
22 İyun

Qazaxda arpa biçini davam edir

09:05
22 İyun

Bu il Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında ümumilikdə 72 min hektardan çox sahədə taxıl əkilib

09:02
22 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!