18 Aprel 2024 19:55
156
İQTİSADİYYAT
A- A+

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır  

 

Yaxın Şərqdə sabitliyin pozulduğu zamanda Rusiya Avropa ilə Asiyanı birləşdirəcək iki nəqliyyat dəhlizinin formalaşması istiqamətində tədbirlər həyata keçirir.

AZƏRTAC “Bloomberg”ə istinadən xəbər verir ki, Rusiya İran ərazisindən keçən dəmir yolu və Arktikanın dəniz yolları ilə Çin və Hindistan ilə ticarətini genişləndirmək istəyir. Buna Ukrayna müharibəsinə görə təcrid olunmuş vəziyyətə düşmüş Rusiyaya tətbiq olunan sanksiyalar səbəb olub. Bu nəqliyyat dəhlizləri tranzit yüklərin daşınması müddətini 30-35 faiz azaltmaqla yanaşı, İsrailin HƏMAS-a qarşı Qəzzadakı müharibəsinə görə Qırmızı dənizdə husilərin yaratdığı təhlükədən yan keçir. Asiyanın iri iqtisadiyyatına malik olan dövlətlər sanksiyalara baxmayaraq Rusiyanın təklif etdiyi dəhlizlərə böyük maraq göstərirlər.


Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistan ilə Rusiyanın Avropa hissəsini birləşdirir. Lakin İranın köhnəlmiş nəqliyyat infrastrukturu və Şimal dənizinin buz örtüyü problemlər yaradır. Qlobal istiləşmə buzların tədricən əriməsinə səbəb olur. Lakin bu dəniz yolunda hələ ki, logistika problemləri mövcuddur. Rusiya hər iki nəqliyyat dəhlizinin modernləşməsi üçün 25 milyard dollar həcmində sərmayə yatırmağa hazırlaşır.

Ötən 2023-cü ilin mayında Rusiya İrana 1,4 milyard dollar kredit ayırıb ki, Rəşt-Astara dəmir yolunun tikintisini başa çatdırsın. Xəzər dənizi sahilində yerləşən İranın Rəşt şəhəri ilə Azərbaycanın Astara şəhəri arasında çəkiləcək 162 kilometrlik dəmir yolu Fars körfəzi sahilindəki Bəndər-Abbas limanı ilə Rusiyanın Sankt-Peterburq liman şəhərini birləşdirəcək.

“Bu yolun tikintisi bizə birbaşa və kəsintisiz dəmir yolu əlaqəsi yaratmağa və dünya ticarət yollarının diversifikasiyasına imkan verəcək”, - deyə Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti İbrahim Rəisi ilə videokonfrans vasitəsilə söhbət zamanı deyib.

Avrasiya İnkişaf Bankının hesablamalarına görə, Mərkəzi Asiya ölkələrinin dəmir yollarını və Trans-Xəzər Beynəlxalq Nəqliyyat marşrutunu özündə birləşdirən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaların həcmi 2023-cü ilə kimi 85 faiz artaraq ildə 35 milyon tona çatacaq. Bu dəhliz Rusiya, İran, Hindistanı, Cənubi Asiyanı Fars körfəzi və Afrika ilə birləşdirəcək. Ötən ilin avqustunda Rusiya ilk yük qatarını bu dəhlizlə Səudiyyə Ərəbistanına göndərib.

“Digər marşrutlar dayana bilər. Lakin bu marşrut daim işləyəcək, çünki o sanksiyaların təsir dairəsindən kənarda qalır”, - deyə Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının analitiki Nikita Smaqin bildirib.

2023-cü ildə Rusiya ilə Çin arasındakı ticarət dövriyyəsinin həcmi 2 dəfədən çox artaraq 240 milyard dollara çatıb ki, bu da 2020-ci ilin dövriyyəsindən 108 milyard dollar çoxdur. Hindistan ilə Rusiyanın ticarət dövriyyəsi isə 3 il əvvəlki 10 milyard dollar həcmindən 64 milyard dollara qədər yüksəlib. Çin, Hindistan və Cənub Şərqi Asiya ölkələri ilə artan ticarət dövriyyəsi və neft satışından əldə olunan gəlir Rusiyanı şərq istiqamətindəki nəqliyyat dəhlizlərinin inkişafına milyardlarla dollar sərmayə yatırmağa məcbur edir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi qlobal xarakter daşıyır və dəhliz ərazisindən keçdiyi hər bir dövlətə səmərəli iqtisadi imkanlar yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video