05 İyul 2026 20:58
419
Mədəniyyət
A- A+
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb  

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb  


Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbirlər silsiləsi 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın elmi və mənəvi irsinin yenidən dəyərləndirilməsi, ortaq türk mədəni irsinin təbliği və türk dövlətləri arasında humanitar əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətdə də vurğulandığı kimi, Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasının ortaq humanitar məkanının formalaşmasının əsas mənəvi və intellektual dayaqlarından biri olaraq qalır. Dövlət başçısının qeyd etdiyi kimi, "Türk Dünyası Həftəsi" zəngin tarixi-mənəvi irsin yaşadılmasına, öyrənilməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcək.

"Türk Dünyası Həftəsi" yüksək beynəlxalq təmsilçilik səviyyəsi ilə yadda qalıb. Tədbir iştirakçılarına Azərbaycan Prezidentinin müraciəti ilə yanaşı, beş türk dövləti başçısının rəsmi müraciətləri təqdim olunub, yubiley tədbirlərinə göstərilən yüksək siyasi dəstək və Birinci Türkoloji Qurultayın irsinə verilən önəm bir daha nümayiş etdirilib. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu da daxil olmaqla, Türk dünyasının aparıcı beynəlxalq əməkdaşlıq qurumları tədbirlərdə fəal iştirak edib, "Türk Dünyası Həftəsi" nin yüksək səviyyədə təşkilində və məzmununun zənginləşdirilməsində mühüm rol oynayıblar.

Həftə çərçivəsində beynəlxalq elmi konfranslar, panel müzakirələri, beş sərgi, təqdimatlar, konsert proqramları və digər mədəni tədbirlər təşkil edilib. Bu tədbirlərdə türk dövlətlərindən və dünyanın müxtəlif ölkələrindən alimlər, türkologiya üzrə tədqiqatçılar, dövlət rəsmiləri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Proqrama uyğun olaraq təşkil edilmiş tematik sərgilərdə Birinci Türkoloji Qurultayın tarixi irsi, türk xalqlarının ortaq mədəni dəyərləri və zəngin mədəni irsi nümayiş etdirilib. Bununla yanaşı, yubiley münasibətilə hazırlanmış xüsusi sənədli filmin, eləcə də süni intellekt texnologiyalarından istifadə olunmaqla ərsəyə gətirilmiş innovativ filmin təqdimatı keçirilib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

"Türk Dünyası Həftəsi" çərçivəsində nəşr fəaliyyəti də xüsusi yer tutub. Təxminən on adda elmi nəşr və kitab ictimaiyyətə təqdim edilib, onların əksəriyyətində Birinci Türkoloji Qurultay və türkologiya sahəsində aparılmış yeni elmi araşdırmaların nəticələri öz əksini tapıb. Xüsusilə, Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr edilmiş Birinci Türkoloji Qurultayın yeni stenoqrafik materialları gələcək tədqiqatlar üçün mühüm mənbə kimi əhəmiyyət daşıyır. Nəşrə sovet dövründə müxtəlif səbəblərdən dərc edilməmiş çıxışların da daxil edilməsi Qurultayın elmi irsinin daha dolğun şəkildə bərpasına və gələcək nəsillərə çatdırılmasına mühüm töhfə olub,

Tədbirlər zamanı Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, ortaq dil və mədəni irsin qorunması, elmi əməkdaşlığın genişləndirilməsi, türk xalqlarının ortaq yaddaşının möhkəmləndirilməsi, müasir dövrdə humanitar inteqrasiyanın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

"Türk Dünyası Həftəsi" nin ən mühüm nəticələrindən biri tədbir iştirakçıları tərəfindən "Xankəndi Bəyannaməsi"nin qəbul edilməsi olub. Bəyannamədə elm, təhsil, dil, mədəniyyət və ortaq tarixi irsin qorunması sahələrində türk dövlətləri arasında əməkdaşlığın gələcək inkişaf istiqamətləri müəyyən edilib, Birinci Türkoloji Qurultayın ideyalarına sadiqlik bir daha təsdiqlənib.

Bəyannamədə Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin dövlət səviyyəsində qeyd olunması təşəbbüsü, yubiley tədbirlərinin keçirilməsi ilə bağlı Sərəncamı və Türk dünyasının inteqrasiyasına verdiyi töhfələr yüksək qiymətləndirilib. Eyni zamanda, yubiley münasibətilə təbriklərini çatdıran dövlət başçılarına, beynəlxalq təşkilatlara və tərəfdaş qurumlara təşəkkür ifadə edilib.

Həftə çərçivəsində iştirakçılar Bakıda Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi məkanlarla tanış olub, daha sonra Qarabağa səfər edərək Xankəndidə təşkil olunan yekun tədbirlərdə iştirak edib, bununla da Türk dünyasının ortaq tarixi yaddaşı ilə Azərbaycanın müasir inkişaf reallıqları arasında mənəvi və tarixi bağlılıq bir daha nümayiş etdirilib.

"Türk Dünyası Həftəsi" bir daha nümayiş etdirdi ki, yüz il əvvəl Bakıda əsası qoyulan ideyalar bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən humanitar əməkdaşlığın ideoloji təməlini təşkil edir. Azərbaycan isə bu prosesin təşəbbüskarı və fəal iştirakçısı kimi ortaq dəyərlərin qorunmasına, mədəni inteqrasiyanın dərinləşdirilməsinə və Türk dünyasının gələcək inkişafına bundan sonra da ardıcıl töhfə vermək əzmindədir.

Keçirilmiş tədbirlər, qəbul edilmiş qərarlar və formalaşmış yeni əməkdaşlıq istiqamətləri "Türk Dünyası Həftəsi"nin təkcə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər toplusu deyil, həm də Türk dünyasının ortaq elmi, mədəni və humanitar əməkdaşlığının gələcək inkişafı üçün mühüm beynəlxalq platforma olduğunu bir daha təsdiqləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

18:14
14 İyul

Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

18:09
14 İyul

Müstəqil xarici siyasətin dəyişməz prinsipləri

17:54
14 İyul

Baş nazir Əli Əsədov “Damen Shipyards Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb

17:49
14 İyul

Milli Məclisin sədri Qətərə səfər edib

17:25
14 İyul

Azərbaycan və Slovakiyanın daxili işlər nazirləri əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar

17:19
14 İyul

IV Şuşa Qlobal Media Forumu başa çatıb

16:21
14 İyul

ŞUŞADAN DÜNYAYA BAXIŞ

16:00
14 İyul

Xocavənd rayonunun Xocavənd kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

15:48
14 İyul

Slovakiya Prezidenti Prezident İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edib

15:31
14 İyul

Bərpaolunan enerji istehsalı üzrə tarixdə ən sürətli artım qeydə alınıb - Hesabat

15:16
14 İyul

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

15:07
14 İyul

Prezident İlham Əliyev Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları Şuşadan dünyaya bəyan etdi  

15:06
14 İyul

DSMF sədri Bakıda növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib

15:01
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!